PharmEd

Biogen

ZOMIT

                                                                                                TƏSDİQ EDİLMİŞDİR

                                                                                                Azərbaycan Respublikası

                                                                                                Səhiyyə Nazirliyi

                                                                                                Farmakoloji və Farmakopeya

                                                                                                Ekspert Şurasının sədri

 

                                                                                                _____________  E.M.Ağayev

                                                                                            

                                                                                                “ _____  ”_____________ 2024-cü il

 

 

                             Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

 

ZOMIT    2.5 mq/doza nazal sprey

ZOMIT

 

Beynəlxalq patentləşdirilməmiş adı: zolmitriptan

 

Tərkibi

Təsiredici maddə:   1 dozada 2.5 mq zolmitriptan vardır.

Köməkçi maddələr: benzalkonium xlorid; limon turşusu, susuz; natrium hidrogen fosfat, dihidrat; dekspantenol;  təmizlənmiş su.

 

Təsviri

Açıq sarı rəngli mayedir.

 

Farmakoterapevtik qrupu

Migren üçün istifadə olunan dərman vasitəsi. Selektiv 5-HT1 serotonin reseptor aqonistləri.

 

ATC kod: N02CC03

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

5HT1-reseptorların selektiv aqonisti, miqren əleyhinə preparatdır.
5НТ1B/1D-reseptorları ilə yüksək və 5HT1A-reseptorları ilə orta dərəcəli affinliyə malikdir. Zolmitriptan 5HT2-, 5HT3-, 5HT4-reseptorlara, α1-, α2-, β1-adrenoreseptorlara, H1-, H2-histamin reseptorlarına, muskarin reseptorlarına, D1 və D2 tipli dopamin reseptorlarına qarşı, əhəmiyyət kəsb edən farmakoloji aktivlik nümayiş etdirmir. Qan damarları və beyinin sərt qişasının damarları üçlü sinirin afferent lifləri ilə innervasiya olunur. Heyvanlar üzərində aparılan eksperimentlərdə, zolmitriptanın damarların 5НТ1B/1D-reseptorları ilə aqonistlik xüsusiyyətləri hesabına, yeridilməsi nəticəsində vazokonstriksiya baş verir; bu hal kalsitonin geni, vazoaktiv intestinal peptidin və P substansiya peptidinin azad olmasının tormozlanması ilə assosiasiya olunur. Miqren tutması baş verdikdə damarların daralması və neyropeptidlərin azad olmasının inhibə olunması, vəziyyətin yaxşılaşmasına səbəb olur, xüsusilə, preparatı qəbul etdikdən sonra 1 saatdan gec olmayaraq, ağrının intensivliyinin aşağı düşməsi və miqrenlə əlaqəli ürəkbulanmanın, qusmanın, fotofobiyanın və fonofobiyanın azalmasına səbəb olur. Periferik təsirinə əlavə olaraq, zolmitriptan miqren tutmalarının inkişaf mexanizmində iştirak edən, baş beyin gövdəsinin nüvələrinə təsir göstərir ki, bu da bir pasientdə bir neçə miqren tutmasının müalicəsi zamanı təkrar istifadənin davamlı effektini izah edir. Miqren tutması zamanı əsas effektor neyromediator kimi, vazoaktiv intestinal peptidin azad olması vasitəsi ilə, üçlü sinirin ortodrom lifləri və baş beyin damarlarının parasimpatik innervasiyası ilə dəstəklənən reflektor oyanmanın aktivləşməsi hesabına vazodilatasiya qeyd olunur. Zolmitriptan bu reflektor oyanmanı və vazoaktiv intestinal peptidin azad olmasını blokadaya alır.

 

 

 

Farmakokinetikası

Sorulması
Daxilə qəbul edildikdən sonra zolmitriptan sürətlə və yaxşı absorbsiya olunur (minimum 64 %-i).
75% Cmax 1 saat müddətində əldə edilir; qan plazmasında müəyyən olunan konsentrasiya növbəti 4-6 saat ərzində saxlanılır. Zolmitriptanın absorbsiyası qida qəbulundan asılı deyil.
Birdəfəlik dozanı qəbul etdikdə, zolmitriptanın və onun aktiv metabolitinin 2,5-dən 50 mq-a qədər dozalar diapazonunda, AUC və Cmax göstəriciləri dozadan mütənasib surətdə asılıdır.
Orta mütləq biomənimsənilmə təxminən 40 %-dir.
Dəfələrlə təkrar istifadə edildikdə, preparatın kumulyasiyası müşahidə olunmamışdır.
Paylanması
Qan plazmasının zülalları ilə birləşməsi aşağıdır (təxminən 25 %).
Metabolizmi

Qaraciyərdə metabolizmə məruz qalır və bu zaman 3 əsas metabolit əmələ gəlir: indol-asetat turşusu (qan plazmasında və sidikdə əsas metabolit), N-oksid və N-desmetil analoqları. N-desmetilləşmiş metabolit (183C91) aktivdir, digər iki metabolit isə qeyri-aktivdirlər. Zolmitriptana nisbətən, N-desmetil-metabolit (183C91) 2-6 dəfə yüksək 5HT1D-reseptorların aqonistlik aktivliyinə malikdir (heyvanlar üzərində aparılan eksperimentlərdən alınan məlumatlara əsasən). N-desmetil-metabolitin (183C91) qan plazmasında konsentrasiyası, zolmitriptanın konsentrasiyasının təxminən yarısını təşkil edir və bu səbəbdən, ehtimal etmək olar ki, bu metabolit Zomit preparatının terapevtik təsirini dəstəkləyir.
Xaricolması
Birdəfəlik peroral doza şəklində qəbul edilən preparatın 60 %-dən artıq hissəsi sidiklə (əsasən, indol-asetat metaboliti şəklində) və təxminən 30 %-i nəcislə, əsasən dəyişilməmiş şəkildə xaric olunur.
Zolmitriptanın orta T1/2-i 4,7 saatdır. Onun metabolitlərinin T1/2-i təxminən eynidir ki, bu da onların əmələ gəldikcə xaricolmasını ehtimal edir.
Xüsusi klinik vəziyyətlərdə farmakokinetikası
Zolmitriptanın və onun aktiv metabolitinin AUC göstəricilərinin bir qədər artmasına (müvafiq olaraq, 16 % və 35 %), T1/2-in isə 1 saat (3-3,5 saata qədər) uzanmasına baxmayaraq, sağlam könüllülərlə müqayisədə, orta və ağır dərəcəli böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə zolmitriptanın və onun metabolitlərinin böyrək klirensi 7-8 dəfə aşağı düşür.
Müxtəlif ağırlıq dərəcəli qaraciyər xəstəlikləri zamanı zolmitriptanın farmakokinetikasını qiymətləndirdikdə, sağlam könüllülərlə müqayisədə qaraciyərin orta dərəcəli pozğunluqlarında AUC göstəricisinin 94 % və Cmax göstəricisinin 50 % artması və müvafiq olaraq, qaraciyərin ağır dərəcəli pozğunluqlarında 226 % və 47 % artması göstərilmişdir. Qaraciyər xəstəlikləri zamanı metabolitlərin (o cümlədən, aktiv metabolitin) əmələ gəlməsi azalır. Orta dərəcəli qaraciyər funksiyalarının pozulması olan pasiyent qrupunda (183С91) metaboliti üçün AUC və Cmax göstəriciləri 33 % və 44 %, ağır dərəcəli qaraciyər funksiyalarının pozulması olan pasiyentlərdə isə bu göstəricilər 82 % və 90 % aşağı düşür.
Orta dərəcəli qaraciyər funksiyalarının pozulması olan pasiyent qrupunda zolmitriptanın T1/2-i 7,3 saat, ağır dərəcəli qaraciyər funksiyalarının pozulması olan pasiyentlərdə isə 12 saat təşkil etmişdir. Metabolitlərin T1/2-i 5,7 saat, 7,5 saat və 7,8 saat təşkil etmişdir.
Preparatın erqotamin ilə farmakokinetik qarşılıqlı təsiri qeyd olunmamışdır.
Sağlam yaşlı şəxslərdə zolmitriptanın farmakokinetikası, sağlam cavan insanların farmakokinetikası ilə eynidir.
Yalnız sərbəst zolmitriptanın istifadəsi ilə müqayisədə, zolmitriptanın erqotamin/kofein ilə eyni zamanda istifadəsi pasiyentlər tərəfindən yaxşı keçirilmişdir və mənfi reaksiyaların tezliyinin artmasına və ya arterial təzyiqin (AT) dəyişməsinə gətirib çıxarmamışdır.
Selegilin (MAO-nun inhibitoru B tipi) və fluoksetin (serotoninin geri tutulmasının selektiv inhibitoru) zolmitriptanın farmakokinetik parametrlərinə təsir göstərmirlər.

 

 

İstifadəsinə göstərişlər

-Aura ilə müşahidə olunan miqren tutmalarının aradan qaldırılması.

- Aura olmadan miqren tutmalarının aradan qaldırılması.

- Baş ağrısı olmayan miqren aurası (səssiz miqren) zamanı.

 

 

 

 

Əks göstərişlər

- İdarə olunmayan arterial hipertenziya;
- ürəyin işemik xəstəliyi (ÜİX);
- angiospastik stenokardiya (Prinsmetal stenokardiyası);
- anamnezdə beyin qan dövranı pozğunluğu və ya tranzitor işemik hücumlar;
- erqotamin və ya onun törəmələri və ya 5НТ1B/1D-serotonin reseptorların digər aqonistləri ilə birlikdə istifadəsi;
- digər əlavə impuls keçirilmə yolları ilə əlaqəli, VPU sindrom və ya aritmiyalar;
- preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Yaşlı pasientlərə preparatı ehtiyatla təyin etmək lazımdır (yaşı 65-dən yuxarı olan pasientlərdə Zomit preparatının istifadəsinin təhlükəsizliyi və effektivliyi öyrənilməyib).
Zomit preparatı, aura ilə müşayiət olunan və ya aura olmadan, menstruasiya ilə assosiasiya olunmuş miqren zamanı güclü effektə malikdir. Pasientin cinsi və yaşı, tutmanın davam etmə müddəti, preparatın istifadəsindən əvvəl ürəkbulanmanın olması və miqren tutmalarının profilaktikası üçün adi preparatların istifadəsi, preparatın effektivliyinə təsir göstərmir.
Preparatı yalnız təsdiq olunmuş diaqnoz zamanı istifadə etmək olar. Preparatın istifadəsindən əvvəl, digər mümkün ciddi nevroloji vəziyyətləri istisna etmək lazımdır.
Hemiplegik və ya bazilyar miqren zamanı Zomit preparatının istifadəsi barədə hal-hazırda heç bir məlumat yoxdur. Miqrendən əziyyət çəkən pasientlərdə, beyin qan dövranı pozğunluğunun inkişaf etmə riski yüksək ola bilər. 5НТ1B/1D-serotonin reseptorların aqonistlərini qəbul edən pasiyentlərdə, hemorragik insult, subaraxnoidal insult, işemik insult və beyin qan dövranının digər pozğunluqları qeyd olunmuşdur.
Bu sinifdən (5НТ1B/1D-serotonin reseptorların aqonistləri) olan preparatlardan istifadə etdikdə, çox nadir hallarda koronar damarların spazmları, stenokardiya və ya miokard infarktının inkişaf etməsi qeyd olunmuşdur. ÜİX-in inkişaf etmə riski yüksək olan pasientlərə, preparatla müalicəyə başlamazdan əvvəl, ürək-damar sisteminin vəziyyətini müayinə etmək tövsiyyə olunur. Çox nadir hallarda, anamnezlərində ürək-damar sistemi xəstəlikləri olmayan pasiyentlərdə, ciddi ürək-damar ağırlaşmaları inkişaf edə bilər.
Zomit preparatının (5НТ1B/1D-serotonin reseptorlarının digər aqonistləri kimi) istifadəsi zamanı, ürək nahiyəsində atipik hissiyyat barədə məlumatlar var. Sinədə ağrılar və ya ÜİX-in simptomları meydana çıxdıqda, müvafiq tibbi müayinə aparılana qədər, Zomit preparatının istifadəsini dayandırmaq lazımdır.
Zomit preparatı (5НТ1B/1D-serotonin reseptorlarının digər aqonistləri kimi), anamnezdə arterial hipertenziyanın olmasından asılı olmayaraq, AT-in yüngül tranzitor yüksəlməsinə səbəb ola bilər; çox nadir hallarda, AT-in bu cür yüksəlməsi klinik əhəmiyyətli olur. Zomit preparatından (5НТ1B/1D-serotonin reseptorlarının digər aqonistləri kimi) istifadə etdikdə, nadir hallarda anafilaktik/anafilaktoid reaksiyalar qeyd olunmuşdur. Miqren əleyhinə preparatların həddindən artıq istifadəsi, baş ağrısının meydana çıxma tezliyinin artmasına gətirib çıxara bilər ki, bu hal da potensial olaraq, müalicənin dayandırılmasını tələb edir.
Zomit preparatını miqren tutmalarının profilaktikası üçün istifadə etmək olmaz.
Qaraciyər funksiyaları pozulduqda istifadəsi
Yüngül və orta dərəcəli qaraciyər funksiyalarının pozulması olan pasientlər üçün dozanın korreksiyası tələb olunmur.
Qaraciyər funksiyalarının ağır dərəcəli pozğunluğu olduqda, preparatın 24 saat ərzində qəbul edilən tövsiyyə olunan maksimal dozası, 5 mq təşkil edir.
Böyrək funksiyaları pozulduqda istifadəsi
Böyrək funksiyalarının pozulması olan pasientlər üçün, Zomit preparatının dozalanma rejiminin korreksiyası tələb olunmur.
Pediatriyada istifadəsi
18 yaşa qədər uşaqlarda və yeniyetmələrdə Zomit preparatının istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməyib.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Miqrenin profilaktikası üçün birlikdə istifadə olunan preparatların (beta-adrenoblokatorlar, dihidroerqotamin, pizotifen) Zomit preparatının effektivliyinə və ya arzuolunmayan effektlərinə təsirlərini təsdiq edən, heç bir məlumat yoxdur.
Parasetamol, metoklopramid və erqotamin ilə birlikdə istifadə edildikdə, Zomit preparatının farmakokinetik parametrləri və tolerantlığı dəyişilməmişdir.
Sağlam könüllülərin iştirakı ilə aparılan tədqiqatların gedişində, Zomit preparatı və erqotamin arasında klinik əhəmiyyətli qarşılıqlı təsirin olmaması göstərilmişdir, lakin, nəzəri cəhətdən koronar vazospazmın inkişaf etmə riskinin yüksəlməsi mümkündür. Bununla əlaqədar, tərkibində erqotamin olan preparatların istifadəsinin dayandırılması və Zomit preparatının təyin olunması arasında intervala (minimum 24 saat) riayət etmək tövsiyyə olunur. Zomit preparatının istifadəsi dayandırıldıqdan sonra erqotamin tərkibli preparatları 6 saatdan tez təyin etmək olmaz.
Zomit preparatının qəbulundan sonra 12 saat müddətində 5НТ1B/1D-serotonin reseptorlarının digər aqonistlərinin istifadəsini istisna etmək lazımdır.
Moklobemiddən (MAO fermentinin inhibitoru A tipi) istifadə etdikdən sonra zolmitriptanın AUC göstəricisinin bir qədər artması (26 %) və onun aktiv metabolitinin AUC göstəricisinin üçqat artması qeyd olunmuşdur. Bu səbəbdən, MAO fermentinin A tipli inhibitorlarını eyni zamanda qəbul edən pasiyentlər üçün, 24 saat müddətində qəbul edilən Zomit preparatının tövsiyyə olunan maksimal dozası 5 mq-dan artıq olmamalıdır.
Simetidin (sitoxrom P450 fermentlərin inhibitoru) istifadə etdikdən sonra, zolmitriptanın T1/2 göstəricisinin 44 % və AUC göstəricisinin 48 % artması qeyd olunmuşdur. Aktiv N-demetilləşən metabolitin T1/2 və AUC göstəriciləri ikiqat artmışdır, bu səbəbdən, simetidin qəbul edən pasiyentlər üçün, 24 saat müddətində qəbul edilən Zomit preparatının tövsiyyə olunan maksimal dozası 5 mq təşkil edir.
Zolmitriptanın qarşılıqlı təsirinin ümumi profilinə əsaslanaraq, onun CYP1A2 izofermentin inhibitorları ilə qarşılıqlı təsir ehtimalını istisna etmək olmaz. Bu səbəbdən, bu cür preparatlarla (fluvoksamin və xinolon sırasından olan antibiotiklər) birlikdə istifadə edildikdə, Zomit preparatının 24 saat ərzində qəbul edilən ümumi dozasını 5 mq-a qədər aşağı salmaq tövsiyyə olunur.
Rifampisin yeridildikdən sonra, zolmitriptanın və onun aktiv metabolitlərinin farmakokinetikasında klinik əhəmiyyətli dəyişikliklər qeyd olunmamışdır.
Eyni zamanda istifadə edildikdə, dazıotu (Hypericum perforatum) preparatları ilə qarşılıqlı təsirin olması mümkündür; bu təsir arzuolunmayan effektlərin inkişaf etmə riskini artıra bilər (5НТ1B/1D-serotonin reseptorlarının digər aqonistləri ilə istifadə zamanı olduğu kimi).

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatın hamiləlik dövründə istifadəsinin öyrənilməsi istiqamətində klinik tədqiqatlar aparılmayıb. Zomit preparatının hamiləlik dövründə istifadəsi, yalnız ana üçün  gözlənilən müalicəvi təsiri döl üçün ehtimal edilən riskdən yüksək olduğu hallarda mümkündür.
Laborator heyvanlar üzərində aparılan eksperimental tədqiqatlarda zolmitriptanın teratogen təsiri aşkar edilməyib.
Zomit preparatının laktasiya (ana südü ilə qidalanma) dövründə təyin olunması barədə qərarı ehtiyatla qəbul etmək lazımdır.
Eksperimental tədqiqatlarda müəyyən edilmişdir ki, zolmitriptan, balalarını ana südü ilə qidalandıran heyvanların südünə nüfuz edir. Zolmitriptanın insanlarda ana südünə nüfuz etməsi barədə heç bir məlumat yoxdur.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Zomit preparatını 20 mq-a qədər dozada qəbul etdikdə, psixomotor testlərin icra edilməsində əhəmiyyətli pisləşmə müşahidə edilməmişdir. Preparatın istifadəsinin pasientin potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olma qabiliyyətinin pozulmasına gətirib çıxarma ehtimalı azdır, lakin, pasienti yuxuya meylliliyin inkişaf etməsi barədə xəbərdar etmək lazımdır.

 

İstifadə qaydası və dozası

Zomit spreyi miqren tutmalarının qarşısının alınması üçün nəzərdə tutulmayıb. Migren hücumu baş verdikdən sonra dərmanı mümkün qədər tez istifadə etmək tövsiyyə olunur. Tövsiyyə olunan ilkin doza 2,5 mq təşkil edir ki, bu da 2,5 mq/dozada Zomit spreyinin bir spreyinə uyğundur. Tövsiyyə olunan maksimum doza 5 mq təşkil edir ki, bu da 5 mq/dozada Zomit spreyinin bir spreyinə və ya 2,5 mq/doza dozasında iki spreyə uyğundur. Preparatın təsiri olmadıqda və ya ağrı təkrarlanarsa, birinci dozadan sonra 2 saatdan gec olmayaraq ikinci doza mümkündür. Maksimum gündəlik doza 10 mqdir.

Yaşlı xəstələr

65 yaşdan yuxarı xəstələrdə Zomit spreyinin təhlükəsizliyi və effektivliyi sistematik şəkildə öyrənilməmişdir.

Qaraciyər disfunksiyası

Qaraciyər çatışmazlığının zolmitriptan burun spreyinin farmakokinetikasına təsiri öyrənilməmişdir. Orta və ya ağır qaraciyər çatışmazlığı olan xəstələrdə, oral qəbuldan sonra zolmitriptanın parçalanması azalır. Orta və ağır qaraciyər disfunksiyası olan xəstələr üçün dərmanı gündə maksimum 5 mq dozada istifadə etmək tövsiyyə olunur.

Böyrək disfunksiyası

Doza seçməyə ehtiyac yoxdur.

Dozanın tənzimlənməsini tələb edən qarşılıqlı təsirlər üçün “Digər dərman vasitələri ilə qarşılıqlı təsirlər və digər qarşılıqlı təsir növləri” bölməsinə baxın.

İstifadəyə dair göstərişlər

Zomit spreyinin daha çox effektiv olması üçün onu istifadə etməzdən əvvəl burun dəliklərini təmizləməlisiniz.

Dərmanı ilk dəfə istifadə etməzdən əvvəl, vahid sprey buludu əmələ gələnə qədər spreyi havaya yönəltməklə, sprey başlığına bir neçə dəfə basın. İndi dərman istifadəyə hazırdır.

Dərmanın son istifadəsindən dörd həftədən çox vaxt keçibsə, natamam dozanın istifadəsinin qarşısını almaq üçün ilk sprey havaya aparılmalıdır. İstifadələr arasında dərmanı olan şüşə qapağı möhkəm bağlanmış vəziyyətdə saxlanmalıdır.

İstifadə edərkən şüşə çiləyici yuxarıya baxaraq tutulmalıdır.

Başınızı bir az irəli əyin, spreyi burun dəliyinə daxil edin, spreyin ucunu burnun mərkəzindən bir az əyərək və bir dəfə basın. Lazım gələrsə, digər burun dəliyi ilə də eyni şeyi təkrarlayın.

 

                                                                        

            

               1-ci addım                                       2-ci addım                                     3-cü addım

  

        

Uşaqlar

Dərmanın uşaqlarda effektivliyi və təhlükəsizliyi müəyyən edilməmişdir, buna görə də bu yaş qrupunda istifadəsi tövsiyyə edilmir.

 

 

Əlavə təsirləri

Bir qayda olaraq, Zomit preparatı pasientlər tərəfindən yaxşı qəbul olunur. Mənfi reaksiyalar yüngül və ya orta dərəcəlidir, tranzitor xarakter daşıyır və müalicə olunmadan spontan aradan qalxır.
Ehtimal edilən mənfi reaksiyalar, daha tez-tez preparatın qəbulundan sonra 4 saat müddətində meydana çıxır və təkrar dozaların qəbulu ilə tezləşmir.
Əlavə halların təsviri zamanı aşağıda göstərilən tezlik kriterilərindən istifadə olunur: tez-tez ≥ 1 %, lakin < 10 %; nadir hallarda ≥ 0,01 %, lakin < 0,1 %; çox nadir hallarda < 0,01 %.
MSS-də və periferik sinir sistemində baş verən pozğunluqlar: tez-tez – hissiyyat  pozğunluqları, sinir-psixi asteniya, başgicəllənmə, ətraflarda ağırlıq və bərkimə hissi, udlaq, boyun və sinə nahiyəsində sıxılma (EKQ-də işemik dəyişikliklər ilə müşayiət olunmayan), paresteziyalar, yuxuya meyllilik, istilik hissi; nadir hallarda – baş ağrısı.
Həzm sistemində baş verən pozğunluqlar: tez-tez – ürəkbulanma, ağızda quruluq; çox nadir hallarda – qarın nahiyyəsində ağrı, hemorragik diareya, işemik kolit, dalaq infarktı, bağırsaq işemiyası və ya infarktı.
Sümük-əzələ sistemində baş verən pozğunluqlar: tez-tez – mialgiya, əzələ zəifliyi.
Ürək-damar sistemində baş verən pozğunluqlar: nadir hallarda – taxikardiya, ürək çırpınması; çox nadir hallarda – stenokardiya, koronar damarların spazmı, miokard infarktı, tranzitor arterial hipertenziya (çox nadir hallarda klinik əhəmiyyətli simptomlarla müşahidə olunan).
Sidik-ifrazat sistemində baş verən pozğunluqlar: çox nadir hallarda – poliuriya, tez-tez sidiyə getmə.
Allergik reaksiyalar: nadir hallarda – anafilaktik reaksiyalar, angionevrotik ödem, övrə.

 

Doza həddinin aşılması

Simptomlar. Zolmitriptan burun spreyinin həddindən artıq istifadəsi qeydə alınmamışdır. Bir dəfə 50 mq zolmitriptan qəbul edən könüllülərə sedativ təsir göstərdi. Zolmitriptanın intranazal tətbiqdən sonra istifadə müddəti 3 saatdır. Doza həddinin aşılması halında xəstələr ən azı 15 saat və ya simptomlar və ya əlamətlər aradan qalxana qədər monitorinq edilməlidir.

Müalicə. Zolmitriptan üçün xüsusi antidot yoxdur. Şiddətli intoksikasiya hallarında tənəffüs yollarının açıqlığının təmin edilməsi, adekvat oksigenləşmə və ventilyasiya, ürək-damar funksiyalarının monitorinqi və dəstəklənməsi daxil olmaqla intensiv terapiya prosedurları tövsiyyə olunur.

 

 

Buraxılış forması

2 ml (20 doza) karton qutuda işıqdan qoruyan şüşə qabda

 

Saxlanma şəraiti

30°C-dən aşağı temperaturda, quru, qaranlıq  və  uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmamaq.

 

Yararlılıq müddəti

2 il.

Qutu üzərində göstərilən son istifadə tarixindən sonra dərmanı istifadə etməyin.

 

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.       

 

İstehsalçı

Farmak JSC, Ukrayna

04080, Kiev şəhəri, Kirilovskaya küç, 74

 

Qeydiyyat vəsiqəsinin sahibi

Farmak JSC, Ukrayna

04080, Kiev şəhəri, Kirilovskaya küç, 63