pharmed
ZINKOROT 25MG N20 TB
SİNKOROT 25 tabletlər
ZINKOROT 25
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 25 mq və ya 0,38 mmol sinkə ekvivalent olan 157,36 mq sink
oratat dihidrat vardır.
Köməkçi maddələr: susuz kolloidal silisium dioksid, mikrokristalik sellüloza, povidon K 30, natrium
kroskarmelloza, talk, maqnezium stearat.
Təsviri
Üzərində bölmə xətti olan ağ rəngli tabletlərdir. Tabletlər bərabər dozalara bölünə bilər.
Farmakoterapevtik qrupu
Mineral əlavələr.
ATC kodu: A12CB.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Sink hüceyrə biologiyasında struktural, katalitik və tənzimləyici vəzifə daşıyan bir çox ferment
sistemlərinə daxil olan əhəmiyyətli mikroelementdir. Sink immun sistemin fəaliyyəti, dərinin sağlamlığı,
yaraların sağalması, dad və qoxu bilmə, qalxanabənzər vəzinin fəaliyyəti, böyümə və inkişaf, cinsi
yetkinlik, sinir sisteminin fəaliyyəti və insulinin təsirində mühüm rol oynayır. O, məməlilər qrupuna aid
hər bir canlının beyninin normal inkişafı və fiziologiyası üçün tələb olunur, belə ki, sink çatışmazlığının və
ya orqanizmdə həddindən çox olmasının davranış pozğunluğu, mərkəzi sinir sisteminin qeyri-normal
inkişafı və sinir xəstəliklərinə gətirib çıxardığı məlumdur.
Yetkinlik yaşına çatmış şəxslərə və qadınlara tövsiyə olunan qəbul miqdarı (TQM) gün ərzində 10 və 7 mq
təşkil edir. Tələb olunan dəqiq miqdar yaşla əlaqədar olaraq, eləcə də hamiləlik və laktasiya dövrlərində
dəyişir.
“Plazma Sinki” sink çatışmazlığını müəyyən etmək üçün əsas laboratoriya sınağıdır. Bu sınağın
əhəmiyyətli dərəcədə olan çatışmazlıqları aşkar etməkdə olduqca yaxşı olmasına baxmayaraq o, cüzi
miqdarda çatışmazlıqlara qarşı qeyri-həssasdır, çünki qəbul olunan sinkin miqdarı həddindən artıq aşağı
olmadıqca plazma sinkdə heç bir dəyişiklik baş vermir. Belə ki, “normal” nəticə əldə edən pasientlərdə
belə çatışmazlıq mövcud ola bilər. Plazma Sinki üçün ən müvafiq göstərici 13,8-22,9 µmol/L-dir (90-
150 µq/dl). Plazma sinkinin konsentrasiyası 9,9 µmol/L (65 µq/dl) göstəricisindən aşağı olduqda sink
çatışmazlığının klinik əlamətləri meydana çıxa bilər. 5 µmol/L (33 µq/dl) göstəricisindən aşağı rəqəmlər,
əsasən, dad və qoxu bilmə hissiyyatının qismən itirilməsi, qarın boşluğunda ağrılar, ishal, dəri səpgiləri və
iştahasızlıqla əlaqələndirilir. Qan zərdabında Sinkin normal miqdarı 10,7-22,9 µmol/L (70-150 µq/dl)
hesab olunur. 7 µmol/L (46 µq/dl) göstəricisindən aşağı miqdarda qatılıq açıq-aşkar sink çatışmazlığı
deməkdir.
İnsan orqanizmində əhəmiyyətli dərəcədə sink çatışmazlığının əsas əlamətləri inkişafdan qalma, cinsi
yetişkənliyin gecikməsi, skeletin inkişafının ləngiməsi, perioral dermatit və akrodermatitin yaranması,
ishal, alopesiya (saç tökülməsi), iştahasızlıq, davranışda dəyişikliklərin özünü büruzə verməsi və immun
sisteminin zəifləməsi nəticəsində infeksiyalara qarşı həssaslıq hesab olunur.
Farmakokinetikası
Absorbsiyası
Sinkin absorbsiyası (sorulması) nazik bağırsaqda baş verir və daşıyıcı vasitəsilə nəqledilmə prosesinə
bənzəyir ki, bu da normal fizioloji şərtlər altında hopdurulmur. Sink həm passiv diffuziya, həm naməlum
membrana nəqledilmə prosesi vasitəsilə sorulur. Sink tükəndikcə onun nəqledilmə sürəti artıdığı üçün sink
absorbsiyasının kinetikası doymamış hesab edilir. Bundan başqa, nazik bağırsaqda daşıyıcı ifadəsi sinkin
qida istehlakı ilə qəbuluna istinad edir ki, bu zaman sink itkisinin azalması ilə nəticələnən az miqdarda
sinkin qida ilə qəbul edilməsi sinkin bağırsaqdaxili absorbsiyasını artırır. Sink homeostazı, əsasən, həzm
sistemi vasitəsilə tənzimlənir. Bu gərgin tənzimlənmə prosesi çoxsaylı daşıyıcılarla birgə fəaliyyətə ehtiyac
duyur. Qida ilə qəbul zamanı normal qida rasionundan 26-33% sink udulur, acqarına qəbul zamanı isə bu
daha yüksək olur (68-81%). Toxumanın tərkibi və sinklə bağlı proseslərin fəallığı geniş miqdarda sink
təşkil edən xüsusi qida rasionu ilə tənzimlənir. Sinkin qəbulu artıqda, natamam hopma azalır və sidik
ifrazatı sabit qaldıqda bağırsaq ifrazatı artır.
Paylanılması
İnsanlarda ən yüksək toxuma toplanmaları saç, əzələ və sümükdə, daha sonra isə prostat vəzi, qaraciyər və
böyrək kimi orqanlarda baş verir. Qanda onun 80%-nə eritrositlərdə rast gəlinir. Plazma sinki sərbəst
şəkildə albüminlə əlaqəlidir. Təqribən 7%-i amin turşusu ilə əlaqəlidir, qalanı isə alfa 2-makroqlobulinləri
və digər zülallarla sıx əlaqəlidir.
Biotransformasiyası
İkivalentli sink bədəndə kation kimi mövcud olan bir metal elementdir. Bu səbəbdən o, maddələr
mübadiləsinə məruz qalmır.
Xaric olması
Sorulmuş sinkin əksər hissəsi ödlə ifraz edilir və sonda nəcislə xaric olur. Bədəndə heç bir konkret sink
“ehtiyatı” olmadığı görünür.
Preklinik təhlükəsizlik məlumatları
Zəhərliliyin kəskin və təhrarlanan dozası üzrə şərti tədqiqatlara əsaslanan preklinik məlumatlar insan üçün
heç bir xüsusi təhlükə aşkar etmir. Qeyri-klinik tədqiqatların təsirləri klinik istifadəyə cüzi səviyyədə
uyğun olan və insanın məruz qala biləcəyi maksimum doza ilə müşahidə edilmişdir.
Bəzi genotoksikoloji testlərdə sinkin müsbət nəticə göstərməsinə baxmayaraq, onun insan üzərində
xərçəngtörədici təsirə malik olduğuna dair heç bir dəlil yoxdur, lakin artıq mövcud olan şişlər
hüceyrədaxilində böyümə üçün sinkə ehtiyac duyur və sink çatışmazlığı şişlərin böyüməsinin qarşısını alır.
Sink teratogen maddə deyildir. Sink digər metallar (kadmium) tərəfindən yaranan teratogen təsirlərin
qarşısını alır.
İstifadəsinə göstərişlər
Normal qidalanma rejimi ilə aradan qaldırıla bilməyən sink çatışmazlıqlarının müalicəsində istifadə olunur.
Məsələn, yüksək tələbat infeksiyaya qarşı həssaslığı büruzə verə bilər.
Qidanın tərkibində sinkin miqdarının kifayət qədər olmaması, zəif qidalanma, balanslaşdırılmamış az
miqdarda kalori və ya yeməkdən imtina halları sink çatışmazlığına gətirib çıxara bilər. Sink absorbsiyasının
zəif olması və ya spirtli içki qəbulu, işlətmə dərmanları və ya digər dərmanlardan istifadə səbəbindən sink
ifrazının artması da, həmçinin, sink çatışmazlığı ilə müşayiət oluna bilər. (məsələn: bağırsaq xəstəlikləri).
Əks göstərişlər
Sink orotat dihidrata və ya Sinkorotun digər komponentlərinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Sinkdən uzun müddət ərzində istifadə olunduqda sinklə yanaşı misin səviyyələri də yoxlanılmalıdır.
Xəstələrin məlumatlanması məqsədilə
Sink orqanizmin özünün yarada bilmədiyi və xarici mənbələrdən əldə etməli olduğu vacib elementdir. Sink
bir çox biokatalizatorların (fermentlər) tərkib hissəsidir və ona görə də, əksər vacib metabolik proseslərdə
mühüm rol oynayır.
Sinkin orqanizmdəki təsiri müxtəlif və kompleks olduğuna görə sink çatışmazlığı simptomları da,
həmçinin, yüksək şəkildə fərqlənir. Sink immun funksiyası üçün olduqca zəruri faktor olduğuna görə sink
çatışmazlığı infeksiyalara yoluxma riskinin artmasına səbəb ola bilər. Bundan əlavə, sink çatışmazlığı
yaranın sağalması prosesini yubada və bərpanın gecikməsinə səbəb ola bilər.
Qidanın tərkibində sinkin miqdarının kifayət qədər olmaması, zəif qidalanma, balanslaşdırılmamış az
miqdarda kalori və ya yeməkdən imtina halları sink çatışmazlığına gətirib çıxara bilər. Sink absorbsiyasının
zəif olması və ya spirtli içki qəbulu, işlətmə dərmanları və ya digər dərmanlardan istifadə səbəbindən sink
ifrazının artması da, həmçinin, sink çatışmazlığı ilə müşayiət oluna bilər. (məsələn: bağırsaq xəstəlikləri)
Bir tabletin tərkibində 1 mmol (23 mq-dan) daha az miqdarda natrium vardır ki, buda natriumun
olmamasına bərabərdir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Reseptsiz əldə olunan dərmanlar da daxil olmaqla digər dərman vasitələrindən istifadə edirsinizsə və ya bu
yaxınlarda istifadə etmisinizsə həkiminizi və ya əczaçını bu barədə məlumatlandırmağınız xahiş olunur. Dpenisillamin, dimerkaptopropansulfon turşusu (dimercaptopropansulfonic acid, DMPS),
dimerkaptokəhrəba turşusu (dimercaptosuccinic acid, DMSA) və ya etilendiamintetrasirkə turşusu
(ethylenediamintetraacetic acid, EDTA) kimi maddələr sinkin absorbsiyasını azaldır və ya onun ifrazını
çoxaldır.
Sinkorotla eyni zamanda fosfatlar və ya dəmir, mis və kalsium duzları qəbul olunduqda sinkin resorbsiyası
azala bilər.
Sink misin faydalılıq dərəcəsinə təsir edə bilər. Sinkin yüksək miqdarda olması dəmirin absorbsiya və
saxlanma dərəcəsini azalda bilər.
Sink tetrasiklinlər, ofloksasin və digər xinolonların (məsələn: norfloksasin, siprofloksasin) resorbsiyasını
azaldır. Buna görə də, sink və yuxarıda qeyd olunan dərmanların qəbulu arasında minimum 3 saatlıq
interval gözlənilməlidir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hər hansı dərmanı qəbul/istifadə etməzdən öncə həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Klinik cəhətdən əsaslandırılmış sink çatışmazlığı mövcud olduqda Sinkorotun qəbulu ilə bağlı terapevtik
dozalama dərəcəsinə heç bir məhdudiyyət tətbiq olunmur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Bu dərmanın nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir
etməsi ilə bağlı heç bir hal qeydə alınmayıb.
İstifadə qaydası və dozası
Sinkorotu hər zaman bu təlimata müvafiq qaydada qəbul edin. Dərmanın qəbulu ilə bağlı tərəddüd
yarandıqda təlimatı həkiminiz və ya əczaçı ilə birgə gözdən keçirin. Dərmanın qəbulu ilə bağlı göstərişlərə
diqqətlə əməl edin, əks təqdirdə Sinkorot lazımi şəkildə təsir göstərməyə bilər.
Həkiminiz digər bir şəkildə təyin etmədiyi təqdirdə standart doza gündəlik ½-1 tabletdir.
Sinkorot yemək zamanı qəbul edilməməlidir. İstisna hal kimi müalicənin əvvəlində sink duzları qarın
boşluğunda ağrılar, ürəkbulanma, dispepsiya və ishal kimi hallara səbəb olduqda (bu kimi şikayətlər daha
çox acqarnına qəbul edildikdə rast gəlir, nəinki yemək ilə birlikdə qəbul zamanı) preparatı qida ilə birlikdə
qəbul etmək olar.
Qəbul qaydası
Yeməkdən bir qədər öncə tableti bol su ilə qəbul edin.
Qəbul müddəti
Müalicənin müddəti terapevtik nəticədən asılıdır.
Həkimlə məsləhətləşməyiniz xahiş olunur.
Sinkorotun qida və maye ilə birgə qəbulu
Tərkibində yüksək miqdarda fitinlər olan qidalar (məsələn, taxıl məhsulları, paxlalılar, qoz-fındıq) sinkin
absorbsiyasını azaldır. Bununla yanaşı, qəhvənin də, həmçinin, sinkin resorbsiyasını azaltması ilə bağlı
sübutlar mövcuddur.
Sinkorotu qəbul etməyi unutmusunuzsa
Qəbul edilməmiş dozanı əvəzləmək məqsədilə ikiqat dozadan istifadə etməyin. Dozalama göstərişlərinə
müvafiq olaraq dərmanı normal dozada qəbul etməkdə davam edin.
Sinkorotun qəbulunu dayandırırsınızsa
Müalicəni dayandırmaq və ya yarımçıq saxlamaq istədikdə heç bir xüsusi tədbir görmək lazım deyil.
Bu dərmanın qəbulu ilə bağlı əlavə suallarınız yarandığı təqdirdə həkiminiz və ya əczaçı ilə
məsləhətləşməyiniz xahiş olunur.
Sinkorotun təsirinin olduqca yüksək və ya olduqca aşağı olduğunu düşündükdə həkimlə və ya əczaçı ilə
məsləhətləşməlisiniz.
Əlavə təsirləri
Bütün dərmanlarda olduğu kimi Sinkorotun da müəyyən şəxslərdə əlavə təsirləri ola bilər.
Baş verə biləcək əlavə təsirləri
Mədə-bağırsaq pozğunluqları
Sinkorotdan istifadə qarın nahiyəsində ağrılar, ürəkbulanma, qusma, ishal və mədədə qıcıqlanma kimi
mədə-bağırsaq problemlərinə səbəb ola bilər. Bu simptomlar, adətən, müalicənin əvvəlində özünü büruzə
verir və dərman yemək vaxtı deyil, acqarına qəbul edildikdə daha çox müşahidə olunur.
Belə olan hallarda dərman yalnız qida qəbulları arasında qəbul olunmalıdır. Lakin, Sinkorotu bitki əsaslı
yeməklərlə birgə qəbul etməməyə çalışın (bax: "Sinkorotun qida və maye ilə birgə qəbulu”).
Uzunmüddətli istifadə sink-mis çatışmazlığının yaranmasına səbəb ola bilər (bax: "Xəbərdarlıqlar və
ehtiyat tədbirləri").
Əlavə təsirlər barədə məlumatın verilməsi
Dərmanın qəbulu ilə bağlı hər hansı əlavə təsir müşahidə etdikdə həkimə, əczaçıya və ya tibb
mütəxəssisinə müraciət edin. Əlavə təsirlərə bu təlimatda qeyd olunmayan digər əlavə təsirlər də daxil ola
bilər. Müşahidə etdiyiniz əlavə təsirlər barədə məlumat verməklə bu dərmanın təhlükəsizliyi üzrə daha çox
məlumatın toplanmasına kömək etmiş olarsınız.
Doza həddinin aşılması
Doza həddi aşıldıqda ağızda metal dadının hiss olunması, baş ağrısı, qarın ağrısı, yorğunluq, arterial
təzyiqin enməsi, ürək ritminin pozulması, sarılıq və oliquriya ilə müşayiət olunan qaraciyər və böyrək
çatışmazlığı, amilazanın artması ilə müşayiət olunan pankreatit müşahidə edilə bilər. Lakin bunlar, adətən,
dərmanın terapevtik dozadan dəfələrlə artıq miqdarda qəbul olunması zamanı baş verən hallardır və
dərmanın qəbulu dayandırıldıqda bu simptomlar tezliklə aradan qalxır. Doza həddinin aşılması zamanı
təcili yardım: mədə təcili şəkildə boşaldılmalı, 1 q 250 ml fizioloji məhlulda həll edilərək 6 saat ərzində
yeridilməli, sonra hər 24 saatda 2 q kalsium trinatrium pentetat fizioloji məhlulda həll edilərək venadaxili
yeridilməlidir.
Kəskin zəhərlənmələrdə D-penisillamin (1 qram venadaxili və ya 2 × 12,5 mq/kq/sutka) verilməlidir.
Buraxılış forması
20, 50 və ya 100 tablet içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
Bu dərmanla bağlı heç bir xüsusi saxlanma şəraiti tələb olunmur. Uşaqların əli çatmayan yerdə saxlamaq
lazımdır.
Yararlılıq müddəti
5 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
Mauermann-Arzneimittel KG.
Heinrich-Knote-Straße 2.
82343 Pöcking.
Qeydiyyat vəsiqəsinin sahibi/İstehsalçı
Wörwag Pharma GmbH & Co. KG.
Flugfeld-Allee 24.
71034 Böblingen.
Tel.: 07031/6204-0.
Faks: 07031/6204-31.
E-mail: info@woerwagpharma.com