PharmEd

pharmed

ZINK MELHEMI 10% 25GR


SİNK MƏLHƏMİ    100 mq/q xaricə istifadə üçün məlhəm ZINC OINTMENT

 

Beynəlxalq patentləşdirilməmiş adı: yoxdur.

 

Tərkibi
Təsiredici maddə:  1 tubda 2,5 q sink oksid vardır.
Köməkçi maddələr: ağ yumşaq parafin.

 

Təsviri
Ağ və ya açıq sarı rəngli məlhəmdir.

 

Farmakoterapevtik qrupu
Yumşaldıcı və qoruyucu vasitə. Sink əsaslı vasitələr.
ATC kodu: D02AB.

 

İstifadəsinə göstərişlər
-    Uşaq bezi dermatiti;
-    dermatitlərin, ekzamaların, bişməcələrin müalicəsi;
-    dəri zədələnməsinin müalicəsi (kiçik termik və günəş yanıqları, kəsiklər, sıyrıntılar).

 

Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Dərinin və bitişik toxumaların irinli iltihabi xəstəlikləri.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Məlhəm, yalnız xaricə istifadə üçün nəzərdə tutulub. Dərinin irinli xəstəlikləri zamanı istifadə etmək olmaz.
Məlhəm, yalnız dərinin infeksiyalaşmamış nahiyəsinə sürtülür.
Məlhəmin selikli qişalara və gözlərə düşməsindən çəkinmək lazımdır. Məlhəm gözlərə düşdükdə, xeyli miqdarda axar su ilə gözləri yumaq və həkimə müraciət etmək lazımdır.
Körpədə uşaq bezi dermatiti preparatın istifadəsindən sonra 7 gün ərzində aradan qalxmadığı halda müalicəni dayandırmaq və təkrar məsləhət üçün həkimə müraciət etmək lazımdır.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Sink məlhəminin digər sistem təsirli dərman vasitələrilə qarşılıqlı təsiri qeyd edilməyib. Sink məlhəminin digər yerli vasitələrlə qarşılıqlı təsiri barədə məlumat olmadığı üçün onların eyni vaxtda istifadəsi məsləhət görülmür.
 

Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi, yalnız o zaman mümkündür ki, ana üçün gözlənilən fayda dölə və ya uşağa qarşı potensial riskdən üstün olsun.

 

Pediatriyada istifadəsi
Preparatı pediatrik praktikada istifadə etmək olar.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir etmir.

 

İstifadə qaydası və dozası
Uşaq bezi dermatiti
Uzun müddət yaş bezlə kontakt nəticəsində dərinin qıcıqlanmasının qarşısını almaq üçün profilaktik məqsədlə məlhəm təmiz və quru dəri səthinə (bezin altından), xüsusilə yatmazdan əvvəl sürtülür.
Müalicə məqsədilə məlhəm hiperemiyanın, bişməcənin və ya əhəmiyyətsiz dəri qıcıqlanmasının ilk təzahürü zamanı nazik təbəqə ilə sutkada 2-3 dəfə (ehtiyac olduqda, hər dəfə bezi dəyişdikdə) sürtülür.
Dermatitlər, ekzema, termik və günəş yanıqları, kəsiklər, sıyrıntılar, bişməcələr
Məlhəm nazik təbəqə ilə sutkada 3-4 dəfə zədələnmiş nahiyəyə çəkilir. Müalicənin müddətini xəstəliyin xarakterindən və gedişatından asılı olaraq, həkim müəyyən edir.

 

Əlavə təsirləri
Qaşınma, hiperemiya, səpgi, istifadə nahiyəsində dəyişiklik, qabıqvermə, ağrı, övrə daxil
olmaqla, preparata qarşı yüksək həssaslıq. Uzun müddət istifadəsi zamanı dərinin qıcıqlanması mümkündür. Əlavə təsirlərin yaranması zamanı məlhəmin istifadəsini dayandırmaq məsləhət görülür.

 

Doza həddinin aşılması
Yerli istifadəsi zamanı doza həddinin aşılması az ehtimal ediləndir. Böyük dozaların təsadüfən daxilə qəbulu zamanı mədədə ağrı, ürəkbulanma, qusma, diareya, mərkəzi sinir sisteminin
stimulyasiyası və qıcolmalar baş verə bilər. Müalicə simptomatikdir.

 

Buraxılış forması
25 q məlhəm, alüminium tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 

Yararlılıq müddəti
5 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.

 

İstehsalçı
“Borisov Dərman Preparatları Müəssisəsi” ASC.
Belarus Respublikası, Minsk vilayəti, Borisov ş., Çapayev k., 64. Tel.: +375 (177) 735612, 731156.