Pharmed
ZELYONKA 1% 10ML RUS
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
___________________ 2023-cü il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
BRİLYANT YAŞILI xaricə istifadə üçün spirtli məhlul
BRILLIANT GREEN
Tərkibi
Təsiredici maddə: 100 ml məhlulun tərkibində 1 q brilyant yaşılı vardır.
Köməkçi maddələr: 95%-li etanol (etil spirti), təmizlənmiş su.
Təsviri
İntensiv yaşıl rəngdə, spirt qoxulu şəffaf mayedir.
Farmakoterapevtik qrupu
Antiseptik vasitə.
ATC kodu: D08AX.
Farmakoloji xüsusiyyətləri
Antiseptik vasitə olub, qram-müsbət bakteriyalara qarşı aktivdir.
İstifadəsinə göstərişlər
Cərrahi əməliyyatdan sonrakı və posttravmatik çapıqlar, meybomit (itdirsəyi), blefarit,
piodermiya, sıyrıntılar, kəsilmələr, dəri örtüklərinin tamlığının pozulması.
Əks göstərişlər
Hiperhəssaslıq.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Brilyant yaşılı tərkibində aktiv yod, xlor, qələvilər (o cümlədən ammonyak məhlulu) olan
dezinfeksiyaedici vasitələrlə uyuşmur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri
Tibbi istifadəsi üzrə təlimata müvafiq olaraq istifadə zamanı nəqliyyat vasitələrini və digər
potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir göstərmir.
İstifadə qaydası və dozası
Xaricə istifadə olunur. Ətraf sağlam toxumaları əhatə etməklə, bilavasitə dərinin zədələnmiş
nahiyəsinə sürtülür.
Əlavə təsiri
Yaxıldığı nahiyədə yandırma hissi, gözün selikli qişasına düşdükdə – yandırma, göz yaşının
axması.
Doza həddinin aşılması
Aşkar olunmayıb.
Buraxılış forması
Xaricə istifadə üçün nəzərdə tutulmuş 5%-li spirtli məhlul.
10 ml narıncı rəngli şüşə flakonlarda və ya narıncı rəngli damcısalan-flakonlarda və ya tıxaclı
vasitələrlə təchiz edilmiş polimer flakonlarda.
Tıxaclı vasitələrin köməkçi elementlər – kürəkcik və ya kiçik fırça ilə komplektləşdirilməsinə
icazə verilir.
Hər bir flakon/damcısalan-flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Qutusuz flakonlar/damcısalan-flakonlar bərabər miqdarda içlik vərəqə ilə birlikdə qrup
qablaşmasına yerləşdirilir.
Saxlanma şəraiti
25ºC-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
“Yaroslavl Əczaçılıq fabriki” QSC
Rusiya Federasiyası, 150030, Yaroslavl şəh., 1-ci Putevaya küç., 5
Tel.:/Faks: (4852) 44 -38 -56.