Pharmed
ZALAIN 300MG N1 SAM
ZALAİN
Beynəlxalq patentləşdirilməmiş adı: Sertaconazole
ZALAİN Tərkibi
Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 300 mq sertakonazol nitrat vardır. Köməkçi maddələr:vitepsol və supposir yarımsintetik qliseridləri, susuz kolloidal silisium dioksid
Farmakoterapevtik qrupu
Kotikosteroidlərlə kombinasiyadan başqa ginekologiyada istifadə edilən mikrob əleyhinə preparatlar və antiseptiklər, imidazol törəmələri.
ATC kodu: G01AF19.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası: İmidazol törəməsi sertakonazol ginekoloji infeksiyaların yerli müalicəsi üçün göbələk əleyhinə dərman vasitəsidir. İn vitro Candida spp. kimi patogen göbələklərə, eləcə də digər orqanizmlərə qarşı aktivdir (məsələn, qrammüsbət bakteriyalar: stafilokoklar, streptokoklar). Təsir mexanizmi Sertakonazolun təsir mexanizmi digər imidazol törəmələrində olduğu kimi göbələk hüceyrəsinin vacib membran komponenti erqosterolun biosintezinin zəifləməsinə əsaslanır ki, bu da hüceyrə membranının dezorqanizasiyasına və keçiriciliyinin artmasına, patogen mikroorqanizmin destruksiyasına və məhv olmasına səbəb olur. Farmakokinetikası: Vaginal istifadəsi zamanı təsiredici maddənin qan plazmasında konsentrasiyası aşkarolma həddinə çatmır. Sertakonazolun radioaktiv nişanlanmış vaginal istifadəsindən sonra qan plazmasında radioaktiv maddə aşkar edilməmişdir. Klinikaya qədər təhlükəsizlik tədqiqatları Təhlükəsizliyi, farmakologiyası, təkrar dozaların toksikliyi, genotoksikliyi, kanserogen potensial tədqiqatları və reproduktiv funksiyaya toksik təsiri üzrə standart tədqiqatların aparılması zaman əldə edilən klinikaya qədər məlumatlarda insan üçün hər hansı təhlükə aşkar edilməmişdir.
İstifadəsinə göstərişlər
Vaginal kandidozun yerli müalicəsi. Xarakterik klinik əlamətlər olmadıqda, müsbət mikrobioloji nəticə öz-özlüyündə müalicənin başlanması üçün göstəriş deyil.
Əks göstərişlər
• Preparatın istənilən komponentinə qarşı və ya imidazol qrupundan istənilən mikrob əleyhinə birləşməyə qarşı hiperhəssaslıq.
• Lateks prezervativləri və ya diafraqma ilə eyni vaxtda istifadəsi.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Kandidoz diaqnozunun təsdiq edilməsi zaman göbələk infeksiyasının inkişafına və saxlanmasına səbəb olan məişət və gigiyenik faktorları aşkar etmək və aradan qaldırmaq vacibdir. Beləliklə, residivin qarşısını almaq üçün törədicinin ləğv edilməsi və yuxarıda qeyd edilən məişət və gigiyenik faktorların aradan qaldırılması vacibdir. Kandidozla müşayiət olunan istənilən digər patoloji mikroorqanizmlərin müalicəsi məsləhət görülür. Yerli dözümsüzlüyün və ya allergiyanın yaranması zaman müalicə dayandırılmalıdır. Pasiyentlərə turş pH-a malik sabundan istifadə etməməyi tövsiyə etmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Müalicə dövründə lateks prezervativlərinin və diafraqmanın istifadəsi onların zədələnmə riski ilə əlaqədar əks göstərişdir. Zalain suppozitoriyaları yerli spermisid kontraseptivlərinin effektivliyini azalda bilər, bu səbəbə görə onların eyni vaxtda istifadəsi məsləhət görülmür. Uyuşmazlığı Spermisid kontraseptivlərlə eyni vaxtda istifadəsi məsləhət görülmür.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Klinikaya qədərki tədqiqatlarda sertakonazolun teratogen effektinin olmadığının göstərilməsi ilə əlaqədar insanda istifadəsi zamanı belə effektlərin təzahürü gözlənilmir. Buna baxmayaraq, sertakonazolun istifadəsinin mümkün fetotoksik və teratogen effekti barədə əsaslı məlumat yoxdur. Onun istifadə qaydasını (birdəfəlik doza ilə müalicə) və sistem absorbsiyasının olmamasını nəzərə alaraq, həkim rəyinə əsasən müalicənin faydasının mümkün riskdən üstün olduğu halda sertakonazol hamiləlik dövründə təyin edilə bilər. Laktasiya Sertakonazolun ana südü ilə xaric olmasını təsdiq və ya istisna edən əsaslı məlumat yoxdur. Preparat laktasiya dövründə, yalnız həkim rəyinə əsasən müalicənin faydasının mümkün riskdən üstün olduğu halda istifadə edilə bilər.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Zalain suppozitoriyalarının istifadəsi bu qabiliyyət növlərinə neqativ təsir etmir.
ZALAİN İstifadə qaydası və dozası
Dozalanma rejimi Kürəyi üstə uzanaraq, yatmazdan əvvəl 1 vaginal suppozitoriya uşaqlıq yoluna dərinə yeritmək məsləhət görülür. Xəstəliyin klinik simptomları aradan qalxmadıqda, 7 gündən sonra daha bir vaginal suppozitorya yeritmək olar. İstifadə qaydası Praktik tövsiyə Xarici cinsiyyət orqanlarının yuyulması zaman neytral pH-a malik sabundan istifadə etmək məsləhət görülür. İnfeksiyanın saxlanmasına səbəb olan faktorları istisna etmək tövsiyə edilir (məsələn, sintetik geyim əvəzinə pambıq parçalı geyimdən istifadə etmək, uşaqlıq yolunun intensiv yuyulmasından çəkinmək və s.). Yaxşı olardı ki, əlavə olaraq, vulva və perianal nahiyəyə göbələk əleyhinə kremdən istifadə edilsin. Cinsi partnyorun hər konkret hal üçün fərdi əsasla paralel müalicəsini nəzərdən keçirmək lazımdır. Menstruasiya suppozitoriyanın istifadəsi üçün əks göstəriş deyil. Uşaqlarda Zalain vaginal suppozitoriyalarının istifadəsi üçün müvafiq göstəriş yoxdur.
Əlavə təsirləri
İmmun sistemdə baş verən pozuntular Nadir hallarda (≥1/10 000 - <1/1000): allergik reaksiyalar. Ümumi və yeridilmə nahiyəsində baş verən pozuntular Nadir hallarda (≥1/10000 - <1/1000): uşaqlıq yolunda yanma hissi və qaşınma kimi müvəqqəti, yerli qıcıqlanma reaksiyalrı. Bu, eləcə də məhv edilən törədicilərin çürümə effekti ilə əlaqədar ola bilər, ona görə bu reaksiya, eləcə də uğurlu müalicənin əlaməti ola bilər. Şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi: Dərman vasitəsinin qeydiyyatından sonra preparatın “fayda-risk” nisbətinin fasiləsiz monitorinqini təmin etmək məqsədilə şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi vacibdir. Tibb işçilərinə DV-nin istənilən şübhəli əlavə təsiri barədə milli sistem vasitəsilə məlumat vermələri məsləhət görülür.
Doza həddinin aşılması
Doza həddinin aşılmasının heç bir halı qeyd edilməmişdir. Buraxılış forması 1 suppozitoriya blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.