Pharmed
YOSEPT 10% 100ML MEHLUL
YOSEPT
Beynəlxalq patentləşdirilməmiş adı: Povidone iodine
YOSEPT Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 100 mq polivinilpirrolidon-yod kompleksi var, bu da 10 mq aktiv yoda muvafiqdir. Köməkçi maddələr:susuz ikiəsaslı anhidrik natrium fosfat, qliserin, nonoksinol 9, limon turşusu, distillə olunmuş su.
Farmakoterapevtik qrupu
Xaricə istifadə üçün geniş təsir spektrli dezinfeksiyaedici məhlul.
ATC kodu: D08AG02.
Farmakoloji xüsusiyyətləri
YOSEPT yodun polivinilpirrolidon ilə kompleks birləşməsindən ibarətdir.YOSEPT geniş təsir spektrinə malikdir: qrammüsbət və qrammənfi bakteriyalara, göbələklərə, vərəm mikobakteriyalarına, viruslara və ibtidailərə qarşı fəalliq göstərir. Preparatın bu xüsusiyyətləri polivinilpirrolidon-yod kompleksindən azad olan elementar yodun sayəsindədir. Yod hüceyrə zülallarının amin qrupları ilə birləşərək yodaminlər əmələ gətirir. Bu zaman zülallar laxtalanır, hüceyrələr isə məhv olur. Dəri və selikli qişalar ilə təmasda olduqda yod kompleksindən tədricən azad olaraq mikroorqanizmlərə qarşı bakterisid təsir göstərir. Preperatın effekti dərhal- adətən 15-60 saniyə ərzində müşahidə olunur. Polivinilpirrolidon-yodun adətən istifadə olunduğu nahiyədə əmələ gələn nazik, rəngli, təbəqə yodun bütün miqdarı azad olunana qədər saxlanılır. Bundan sonra preparatın təsiri tamamlanır.
İstifadəsinə göstərişlər
- Cərrahların və tibbi personalın əllərinin cərrahi əməliyyatdan əvvəl və sonra işlənməsi;
- cərrahi müdaxilə sahəsinin cərrahi əməliyyatdan əvvəl və sonra işlənməsi;
- dərinin infeksiyalaşmış zədələnmələrinin (yaralar, yanıqlar, xoralar, sıyrıqlar, yataq yaraları) işlənməsi;
- punksiyadan, qanalmadan, transfuziyadan, infuziyadan, inyeksiyadan və biopsiyadan əvvəl dərinin işlənməsi;
- yoluxmuş xəstələrə qulluq zamanı əllərin, xəstələrə qulluq əşyalarının və alətlərin gigiyenik işlənməsi;
- yara səthlərinin infeksiyalaşmasının qarşısının alınması;
- dərinin bakterial, göbələk və virus mənşəli zədələnmələri;
- stomatoloji manipulyasiyalardan əvvəl və sonra ağız boşluğunun dezinfeksiyası üçün;
- “kiçik” ginekoloji əməliyyatlar zamanı (hamiləliyin süni pozulması, uşaqlıqdaxili vasitələrin yerildilməsi, eroziya və poliplərin koaqulyasiyası və s.) və doguş yollarının dezinfeksiyası məqsədilə;
- selikli qişaların dezinfeksiyası üçün.
Əks göstərişlər
Yoda qarşı yüksək həssaslıq, hipertireoz. Vaxtından əvvəl yenidoğulmuşlarda və yeni doğulmuş körpələrdə istifadəsi. Qalxanabənzər vəzinin xəstəlikləri və adenoması olan pasiyentlər. Radioaktiv yodla eyni vaxtda istifadəsi. Herpesəbənzər dermatit (Dürinq xəstəliyi).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Geniş yara səthində preparatın istifadəsi məsləhət deyil, böyuk miqdarda yodun sorulmasına səbəb olur. Hamiləlik və laktasiya dövründə uzun müddət istifadə etmək məsləhət görülmür. Hamiləlik zamanı vaginitlərin müalicəsi məqsədilə istifadə olunması yodun qana sorulması və cift baryerindən keçməsinə səbəb ola bilər. Yarımçıqdoğulmuşlarda istifadəsi məsləhət görülmür. Paltar YOSEPT məhlulu ilə çirkləndikdə ləkələr ilıq su ilə aradan qaldırılır, daha çox çirklənmə zamanı tiosulfat sodium məhlulundan istifadə olunur. Xüsusi ehtiyatla: Böyrək çatışmazlığı zamanı. Daxilə tətbiq olunmamalıdır.
YOSEPT İstifadə qaydası və dozası
Preparatın istifadəsindən əvvəl onu sınaqdan keçirmək zəruridir. Bu məqsədlə dəridə məhlulun bir damcısını tətbiq edib 30 dəqiqə gözləmək lazımdır. Allergik reaksiyalar müşahidə olunduqda preparatın istifadəsini dayandırmaq lazımdır. Məhlulu həll etmədən və ya müxtəlif nisbətdə (1:20, 1:10, 1:100) su ilə durulaşdırılmış məhlul şəklində istifadə etmək olar. Əllərin işlənməsi üçün 5 ml YOSEPT məhlulu ovucun içinə tökülür və 5 dəqiqə müddətində dırsəyə qədər əllərə sürtülür (köpük əmələ gəlməsi üçün su əlavə etmək olar), sonra təmiz yuyulur. Prosedur təkrar olunur. Kiçik yaraların, sıyrıqların, yanıqların və s. punksiya, qanalma, transfuziya, infuziya, infeksiya və biopsiyadan əvvəl dərinin işlənməsi üçün məhlul durulaşdırılmadan 1-2 dəqiqə ekspozisiya ilə istifadə olunur. Dərinin irinli xəstəlikləri, civzəli səpgi zamanı dəri durulaşdırılmamış məhlulda və ya 1:2 (5%) nisbətində durulaşdırılmış məhlulda islanmış tampon ilə işlənilir. Stomatoloji manipulyasiyadan əvvəl və sonra ağız boşluğunun dezinfeksiyası üçün 1:10 (1%) nisbətində durulaşdırılmış məhluldan istifadə olunur. Cərrahi müdaxilə sahəsinin işlənməsi üçün məhlul durulaşdırılmadan 2 dəqiqəlik ekspozisiya ilə istifadə olunur, xəstələrin cərrahiyyədən əvvəl “dezinfeksiyaedici işlənməsi” 1:100-1:200 (0,1- 0,05%) durulaşdırılmış məhlulda isladılmış süngər sürtməklə həyata keçirilir. İnvaziv manıpulyasiyalardan sonra fəsadların profilaktika və müalicəsi, yaraların aseptik işlənməsı və fəsadların müalicəsi durulaşdırılmamış və ya 1:2 (5%) nisbətində durulaşdırılmış məhlulla həyata keçirilir. Yanıqların müalicəsində bilavasitə yanıq səthinə durulaşdırılmamış və yaranın vəziyyətindən asılı olaraq 1:2-1:10 (5-1%) nisbətində durulaşdırılmış məhluldan istifadə edilir, sarğı materialı durulaşdırılmamış məhlulla hopdurulur. Seroz boşluqların (qarın, plevral), oynaq boşluqlarının yuyulması 1:10-1:100 (1%-0,1%) nisbətində durulaşdırılmış məhlulla həyata keçirilir. Parenximatoz orqanlarda kistaların cərrahi müalicəsi zamanı sklerozlaşdırıcı vasitə kimi durulaşdırılmamış məhluldan istifadə olunur. Transplantologiya, oftalmologiyada donor orqan və toxumaların işlənməsi üçün 1:10-1:2 (1-5%) durulaşdırılmış məhluldan istifadə olunur. “Kiçik” ginekoloji müdaxiləlar zamanı (hamiləliyin süni pozulması, uşaqlıqdaxili vasitələrin yeridiliməsi, eroziya və poliplərin koaqulyasiyası və s.) və doğuş yollarının dezinfeksiyası üçün 1:10 (1%) durulaşdırılmış məhluldan istifadə olunur. Virus zədələnmələrində (dəridə herpetik səpgilər, papilomalar) durulaşdırılmamış məhluldan istifadə olunur. Yodun korroziv təsirini nəzərə alaraq yalniz plastik materiallardan hazırlanmış məmulatların, xrom-nikel və ya molibden örtüyü olan metal avadanlıqların işlənməsində istifadə olunur.
Əlavə təsirləri
Yoda qarşı həssas olan şəxslərdə allergik reaksiyalar mümkündür. Hiperemiya, yanma hissi, qaşınma, ağrı, şişkinlik.
Doza həddinin aşılması
Məhlul xarıcə tətbiq üçün nəzərdə tutulub. Məqsədli və ya təsadüfi olaraq daxilə istifadə edildikdə kəskin zəhərlənmə mümkündür, bu da mədə-bağırsaq sistemi tərəfindən ağızda metallik tam, qusma, ishal, epiqastral nahiyədə ağrılar ilə özünü büruzə verir. Belə hallarda mədəni yumaq və müvafiq müalicə tədbirləri aparmaq lazımdır. Yodun spesifik antidotu natrium tiosulfatdır.Yodu neytrallaşdırmaq məqsədilə daxilə 100 ml 5%-li natrium tiosulfat məhlulu verilir.
Buraxılış forması
YOSEPT 10%-li məhlul. 100 ml, 1 l, 3 l, 5 l və ya 10 l məhlul, flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.