PharmEd

Pharmed

YODOMARIN 100MKG N100 TB

YODOMARİN

Beynəlxalq patentləşdirilməmiş adı: Potassium iodide
 

 

YODOMARİN Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 131 mkq kalium yodid (100 mkq yoda müvafiq)
 vardır.
Köməkçi maddələr:laktoza monohidrat, əsasi yüngül maqnezium karbonat, jelatin, nişasta
 qlikolyatın natrium duzu (A tipi), susuz kolloidal silisium, maqnezium
 stearat.

ATC kodu: H03CA.

 

Farmakoloji xüsusiyyətləri

Yodomarin 100 preparatı qalxanabənzər vəzi xəstəliklərinin müalicəsi üçün istifadə olunan
dərman vasitəsidir.

 

İstifadəsinə göstərişlər

Yodomarin 100 preparatı aşağıdakı hallarda istifadə olunur:
- yod çatışmazlığı nəticəsində meydana çıxan xəstəliklərin profilaktikası (məsələn, torpaqda və
suda yod çatışmazlığı müşahidə olunan bölgələrdə zob xəstəliyinin profilaktikası və həmçinin,
yod çatışmazlığı nəticəsində zobun rezeksiyasından sonra);
- yenidoğulmuşlarda, südəmər körpələrdə, uşaqlarda, yeniyetmələrdə və gənc yaşlı yetkin
pasiyentlərdə zob xəstəliyinin müalicəsi.

 

Əks göstərişlər

Aşağıdakı hallarda Yodomarin 100 preparatını istifadə etmək olmaz:
- kalium yodidə və ya dərman preparatının tərkibində olan hər hansı digər komponentə
(“Tərkibi” bölməsində qeyd olunan) qarşı allergiya müşahidə olunduqda;
- qalxanabənzər vəzi funksiyalarının aşkar yüksəlməsi (şikayətlərin mövcudluğu) qeyd
olunduqda;
- qalxanabənzər vəzi funksiyalarının gizli yüksəlməsi (şikayətlərin olmaması) qeyd olunduqda,
sutkada 150 mkq yoddan artıq dozalarda;
- pasiyentdə hormon əmələ gətirən xoşxassəli şiş olduqda və həmçinin, qalxanabənzər vəzidə
nəzarətolunmayan hormon əmələ gətirən sahələr mövcud olduqda, sutkada 300 mkq-dan 1000
mkq dozaya qədər yod (əməliyyatdan əvvəlki dövrdə aparılan müalicə istisna olmaqla).
-dermathitis herpetiformis (During).
-hipokomlementemik vaskulit.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Yodomarin 100 preparatının istifadəsinə başlamazdan əvvəl məsləhət üçün həkimə və ya
əczaçıya müraciət etmək lazımdır.
Yodomarin 100 preparatının tərkibində laktoza vardır. Pasiyentdə istənilən şəkər növlərinə
qarşı dözümsüzlüyün mövcudluğu müəyyən edildiyi halda, göstərilən dərman preparatının
istifadəsinə başlamazdan əvvəl, həkimlə məsləhətləşmək lazımdır.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Hazırda və ya az müddət əvvəl qəbul edilən və ya istifadəsi ehtimal edilən istənilən dərman
preparatı barədə həkimi və ya əczaçını məlumatlandırmaq lazımdır.
Hipertireoz (qalxanabənzər vəzinin funksiyasının yüksəlməsi) zamanı yod çatışmazlığı,
orqanizmin dərman müalicəsinə qarşı reaksiyasını gücləndirdiyi halda, yodun artıq olması onu
zəiflədir. Bu səbəbdən, hipertireozun müalicəsinə başlamazdan əvvəl və ya müalicə aparıldıqda,
yodun istifadəsindən mümkün qədər çəkinmək lazımdır.
Qalxanabənzər vəzi tərəfindən yodid (məsələn, perxlorat) kimi eyni mexanizm əsasında
mənimsənilən maddələr və həmçinin, özləri mənimsənilməyən dərman maddələri, məsələn, 5
mq/dl-dən yüksək konsentrasiyalarda tiosianat, qalxanabənzər vəzi tərəfindən yodun
mənimsənilməsinə mane olur.
Qalxanabənzər vəzi tərəfindən yodun mənimsənilməsi və həmin vəzinin daxilində yod
metabolizmi, endogen və ekzogen tireotrop hormonlar (TTH) tərəfindən stimullaşdırılır.
Qalxanabənzər vəzinin sekresiyasını tormozlayan yodun yüksək dozalarının və bir qayda olaraq,
psixi pozğunluqların müalicəsi üçün istifadə edilən litium duzlarının eyni zamanda istifadəsi ilə
aparılan müalicə, zob xəstəliyinin və hipotireozun inkişaf etməsinə səbəb ola bilər.
Kaliumqoruyucu diuretiklərlə birlikdə istifadə edilən yüksək dozalarda kalium yodid, hiperkaliemiyanın meydana çıxmasına səbəb ola bilər.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və ya laktasiya dövründə və həmçinin, hamiləlik ehtimal edildikdə və ya planlaşdırıldıqda, bu preparatın istifadəsinə başlamazdan əvvəl, məsləhət almaq üçün həkimə və ya
əczaçıya müraciət etmək lazımdır.
Hamiləlik və laktasiya dövründə orqanizmin yoda olan tələbatı yüksəlir – bu səbəbdən, qeyd
olunan dövrlərdə, orqanizmə yodun kifayət qədər daxil olmasını təmin etmək xüsusilə vacibdir.
Lakin, yodu və yod-tərkibli preparatları yalnız, “fayda/risk” nisbətini qiymətləndirdikdən sonra
və yalnız həkimin bilavasitə təyinatına əsasən istifadə etmək olar.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Xüsusi ehtiyat tədbirlərinin görülməsi tələb olunmur.

 

YODOMARİN İstifadə qaydası və dozası

Göstərilən dərman preparatını hər zaman, bu içlik vərəqədə qeyd olunan göstərişlərə və ya
həkimin və ya əczaçının təyinatlarına ciddi riayət edərək qəbul etmək lazımdır. İstənilən şübhə
meydana çıxdığı halda, həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır.
Tövsiyə olunan doza:
Yod çatışmazlığı zamanı zob xəstəliyinin profilaktikası
Yenidoğulmuşlar, südəmər körpələr və uşaqlar: sutkada 1 dəfə ½-1 tablet Yodomarin® 100
preparatı (50-100 mkq yoda müvafiqdir).
Yeniyetmələr və böyüklər: sutkada 1 dəfə 1-dən 2 tabletə qədər Yodomarin® 100 preparatı (100-
200 mkq yoda müvafiqdir).
Hamiləlik və laktasiya dövrü: sutkada 1 dəfə 2 tablet Yodomarin® 100 preparatı (200 mkq yoda
müvafiqdir).
Zobun rezeksiyası əməliyyatından sonra və ya yod çatışmazlığı ilə əlaqəli zob xəstəliyinin
dərman müalicəsi sona çatdıqdan sonra, zobun təkrar inkişafının profilaktikası: sutkada 1 dəfə
1-dən 2 tabletə qədər Yodomarin 100 preparatı (100-200 mkq yoda müvafiqdir).
Yod çatışmazlığı nəticəsində zob xəstəliyinin müalicəsi
Yenidoğulmuşlar, südəmər körpələr və uşaqlar: sutkada 1 dəfə 1-dən 2 tabletə qədər
Yodomarin 100 preparatı (100-200 mkq yoda müvafiqdir).
Gənc yaşlı yetkin pasiyentlər: sutkada 1 dəfə 3-dən 5 tabletə qədər Yodomarin® 100 preparatı
(300-500 mkq yoda müvafiqdir).
İstifadə qaydası:
Preparatı yeməkdən sonra, kifayət qədər maye (məsələn, bir stəkan su) ilə birlikdə qəbul etmək
lazımdır.
İstifadə müddəti:
Profilaktik məqsədlərlə Yodomarin 100 preparatını adətən, bir neçə il müddətində, bəzi hallarda
isə hətta bütün ömür boyu istifadə etmək olar.
Yenidoğulmuşlarda və südəmər körpələrdə zob xəstəliyinin müalicəsi üçün, bir qayda olaraq, 2-4
həftəlik müalicə yetərli ola bilər. Uşaqlarda, yeniyetmələrdə və böyüklərdə zob xəstəliyinin
müalicəsi üçün isə 6 aydan 12 aya qədər müddət tələb olunur.
Tabletləri bərabər dozalı 2 hissəyə bölmək olar.
Yodomarin 100 preparatının istifadəsinin ötürülməsi
Preparatın ötürülmüş dozasını əvəz etmək üçün, tabletləri ikiqat dozada istifadə etmək olmaz.
Yodomarin 100 preparatının istifadəsinin dayandırılması
Yodomarin 100 preparatının istifadəsinin, məsələn, əlavə effektlərin meydana çıxması
səbəbindən dayandırılması barədə, pasiyent həkimi məlumatlandırmalıdır.
Gələcəkdə göstərilən preparatın istifadəsi ilə bağlı əlavə suallar meydana çıxdıqda, həkimə və ya
əczaçıya müraciət etmək lazımdır.

 

Əlavə təsirləri

Bütün dərman vasitələri kimi bu preparat da əlavə təsirlərin meydana çıxmasına səbəb ola bilər,
lakin həmin təsirlər hər pasiyentdə müşahidə olunmur.
Yodiddən profilaktik məqsədlə istənilən yaş dövründə istifadə etdikdə və həmçinin, müalicə
məqsədi ilə yenidoğulmuşlarda, südəmər körpələrdə, uşaqlarda və yeniyetmələrdə istifadə
edildikdə, bir qayda olaraq, arzuolunmayan effektlər müşahidə olunmur. Bununla belə,
qalxanabənzər vəzi avtonomiyasının genişmiqyaslı nəzarətolunmayan hormon əmələ gətirən
sahələri mövcud olduqda və yodu 150 mkq-dən yüksək sutkalıq dozalarda təyin etdikdə,
qalxanabənzər vəzinin funksiyalarının yüksəlməsinin klinik təzahürlərini tamamilə istisna etmək
mümkün deyil.
Çox nadir hallarda müşahidə olunan əlavə təsirlər (10000 pasiyentdən 1-dən azında qeyd
olunur)
İmmun sistemdə baş verən pozğunluqlar: yüksək həssaslıq reaksiyaları, məsələn, yod səbəbli
zökəm, dəri reaksiyaları (bullyoz və ya tuberoz yododerma, eksfoliativ dermatit), dəri və selikli
qişaların ödemi (angionevrotik ödem), qızdırma, sızanaqlar və tüpürcək vəzilərinin şişkinliyi.
Hormonal sistemdə baş verən pozğunluqlar: böyüklərdə zob xəstəliyinin müalicəsi üçün istifadə
edildikdə (sutkalıq 300 mkq-dən 1000 mkq-ə qədər yod), bəzi hallarda, qalxanabənzər vəzi
funksiyasının yod səbəbli yüksəlməsi müşahidə oluna bilər. Əksər hallarda, bunun başlıca şərti
qalxanabənzər vəzidə hormon əmələ gətirən ocaqların mövcudluğudur. Riskə adətən, uzun
müddət zob xəstəliyindən əziyyət çəkən yaşlı pasiyentlər məruz qalırlar.
İstənilən əlavə təsirlər meydana çıxdığı halda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
Bu, ehtimal edilən hər bir əlavə təsirə, o cümlədən, bu içlik vərəqədə təsvir olunmayan əlavə
təsirlərə aiddir.
Əlavə təsirlər barədə məlumatlar
Hər-hansı əlavə təsir meydana çıxdıqda, həkimə, əczaçıya və ya tibb bacısına müraciət etmək
lazımdır. Bu, ehtimal edilən hər bir əlavə təsirə, o cümlədən, bu içlik vərəqədə təsvir olunmayan
əlavə təsirlərə aiddir. Əlavə təsirlər barədə məlumat verməklə, göstərilən dərman preparatının
təhlükəsizliyi barədə daha çox məlumat əldə etmək mümkündür.

 

Doza həddinin aşılması

Doza həddinin aşılması baş verdikdə, dərhal həkimə müraciət etmək lazımdır. Həkim, müvafiq
tədbirlərin aparılması barədə qərar qəbul etməlidir.

 

Buraxılış forması

50 və ya 100 tablet qonur rəngli şüşə flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya
qablaşdırılır.


Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.