Pharmed
YOD 5% 10ML MEHLUL YAROSLAY
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
___________________ 2023-cü il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
YOD xaricə istifadə üçün spirtli məhlul
IODINE
Beynəlxalq patentləşdirilməmiş adı: Iodine + (potassium iodide + Ethanol)
Tərkibi
Təsiredici maddə: 100 ml məhlulun tərkibində 5 q yod vardır.
Köməkçi maddələr: kalium yodid, 95%-li etanol (etil spirti), təmizlənmiş su.
Təsviri
Qırmızı-qəhvəyi rəngli, spesifik qoxulu şəffaf mayedir.
Farmakoterapevtik qrupu
Antiseptik vasitə.
ATC kodu:D08AG03.
Farmakoloji xüsusiyyətləri
Antiseptik vasitədir. Əsas təsiredici maddə antiseptik xüsusiyyətlərinə malik molekulyar yoddur.
Dərinin geniş sahələrinə yaxıldıqda yod rezorbtiv təsir göstərir: maddələr mübadiləsinə aktiv təsir
göstərir, dissimilyasiya proseslərini gücləndirir, tiroksinin və triyodtironin sintezində iştirak edir.
Həm qrammüsbət, həm də qrammənfi floraya qarşı (ən çox – Streptococcus spp. və Escherichia
coli), həmçinin patogen maya göbələklərinə qarşı bakterisid təsir göstərir. Staphylococcus spp.
əksər ştamları davamlıdır. Pseudomonas aeruginosa davamlıdır. Preparatın toksikliyi cüzidir.
Farmakokinetikası
Dəri ilə kontakt zamanı 30%-ı yodidlərə, qalan hissəsi – aktiv yoda çevrilir. Qismən sorulur.
Absorbsiya olunmuş hissəsi toxumalara və orqanlara keçir, selektiv olaraq qalxanabənzər vəzidə
yığılır. Əsasən böyrəklərlə, qismən bağırsaqlarla, tər vəziləri ilə, laktasiya dövründə isə – ana südü
ilə xaric olunur.
İstifadəsinə göstərişlər
Dərinin iltihabi və infeksion xəstəlikləri, sıyrıntılar, kəsilmələr, mikrotravmalar, yaralar; iltihabi
infiltratlar; inyeksiyaların, punksiyaların və kateterizasiyanın keçirilməsindən əvvəl dərinin və
yaranın kənarlarının təmizlənməsi.
Əks göstərişlər
Hiperhəssaslıq, tireotoksikoz, herpetiformalı dermatit.Xüsusi göstərişlər və ehtiyat tədbirləri
40ºC-dən yüksək temperaturda və işıqda aktiv yodun parçalanması sürətlənir. Preparat tünd-
qəhvəyi rəngdə olmalıdır. Məhlulun rənginin solması aktiv yodun yodid-iona çevrilməsi ilə
kompleksin parçalanmasını və preparatın effektivliyinin azalmasını göstərir. Fermentlərlə,reduksiyəedicilərlə və
qələvilərlə uyuşmur. Qələvi və ya turş mühit, yağ, irin və qanın olduğu
hallar antiseptik aktivliyi zəiflədir.
Gözlərə düşməsindən çəkinmək lazımdır.
Tibbi istifadəsi üzrə təlimatla müvafiq preparatın istifadəsi sürətli reaksiya və xüsusi diqqət tələb
edən təhlükəli fəaliyyət növləri ilə iş qabiliyyətinə mənfi təsir etmir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Efir yağları, ammonyak məhlulu, ağ çöküntülü civə (civə aminoxloridlə) ilə farmakoloji uyuşmur
– partlayıcı maddə əmələ gəlir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Təlimata müvafiq olaraq istifadə edilə bilər.
İstifadə qaydası və dozası
Xaricə. Zədələnmiş və ya təmizlənməsi lazım olan dəri sahələri.
Əlavə təsirləri
Dərinin qıcıqlanması, allergik reaksiyalar (dəri qaşınması), geniş yayılmış yara sahələrinə
uzunmüddətli istifadə etdikdə – yodizm (rinit, övrə, Kvinke ödemi, ağız suyunun həddindən çox
axması, göz yaşının axması, civzəli səpgilər).
Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı yodizm əlamətləri, qıcıqlanma, yanıqlar mümkündür.
Buraxılış forması
Xaricə istifadə üçün nəzərdə tutulmuş 5%-li spirtli məhlul.
10 ml narıncı rəngli şüşə flakonlarda və ya narıncı rəngli damcısalan-flakonlarda və ya tıxaclı
vasitələrlə təchiz edilmiş polimer flakonlarda.
Tıxaclı vasitələrin köməkçi elementlər – kürəkcik və ya kiçik fırça ilə komplektləşdirilməsinə
icazə verilir.
Hər bir flakon/damcısalan-flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Qutusuz flakonlar/damcısalan-flakonlar bərabər miqdarda içlik vərəqə ilə birlikdə qrup
qablaşmasına yerləşdirilir.
Saxlanma şəraiti
0ºC-dən aşağı olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq
lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
Yaroslavl Əczaçılıq Fabriki QSC
Rusiya Federasiyası, 150030, Yaroslavl şəh., 1-ci Putevaya küç., 5
Tel.:/Faks: (4852) 44 -38 -56.