Pharmed
XOFITOL 200MG N60 TB
XOFİTOL
XOFİTOL Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 200 mq (0,20 q) çöl ənginarının (Cynara scolymus L.) yarpaqlarının quru (sulu) ekstraktı vardır. Köməkçi maddələr:maqnezium trisilikat, qarğıdalı nişastası, talk, maqnezium stearat. Örtük: şellak, rosin, talk, jelatin, , saxaroza, kalsium karbonat, Opalux Brow AS- 9211, metilparahidroksibenzoat, propilparahidroksibenzoat, karnaub mumı, polisorbat 80.
Farmakoterapevtik qrupu
Ödqovucu yolların xəstəliklərində istifadə olunan digər vasitələr.
ATC kodu: A05AX.
Farmakoloji xüsusiyyətləri
Preparatın farmakoloji effekti çöl ənginarının yarpaqlarının tərkibinə daxil olan kompleks bioloji aktiv maddələrlə əlaqədardır. Həmçinin diuretik təsirə malikdir və sidik cövhərinin xaric olmasını gücləndirir. Farmakokinetik məlumatlar mövcud deyil.
İstifadəsinə göstərişlər
Kompleks müalicənin tərkibində:
- hipokinetik tip üzrə ödçıxarıcı yolların diskineziyası;
- xroniki qeyri-kalkulyoz xolesistit;
- xroniki hepatit;
- qaraciyər sirrozu;
- xroniki nefrit;
- xroniki böyrək çatışmazlığı.
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, öddaşı xəstəliyi, öd yollarının keçməzliyi, qaraciyərin,böyrəklərin , öd- və sidikqovucu yolların kəskin xəstəlikləri, ağır hepatosellülar çatışmazlıq. 6 yaşa qədər uşaqlar. Xüsusi göstərişlər və ehtiyat tədbirləri Öd yollarının keçməzliyi və ağır hepatosellülar çatışmazlıq zamanı bu dərmanı təyin etmək məsləhət görülmür. Diareya və ya qarın ağrısı inkişaf edərsə, dərmanın istifadəsi dayandırılmalıdır. Tərkibində saxaroza olduğuna görə, bu dərman preparatı, anadangəlmə fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası və ya saxaraza-izomaltaza çatışmazlığı olan xəstələr üçün tövsiyə edilmir. Hər bir tabletdə 0,08 q saxaroza vardır. Bu preparatın tərkibində parahidroksibenzoat olduğundan allergik reaksiyaların inkişafına səbəb ola bilər (ehtimal ki, gecikmiş tipli).
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Məlumat yoxdur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamilə qadınlarda ənginar ekstraktının təhlükəsizliyi ilə bağlı ciddi tədqiqatlar aparılmamışdır. Klinik məlumatlara görə, Xofitolun fetotoksik və embriotoksik təsiri bu günə qədər aşkarlanmamışdır. Hamiləlikdə istifadə üçün tövsiyə edilmir, dərman preparatının istifadəsi haqqında qərar həkim tərəfindən fayda / risk nisbətinin hərtərəfli qiymətləndirilməsindən sonra verilə bilər. Hamiləlik və laktasiya dövründə istifadəsi, yalnız həkim nəzarəti altında mümkündür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Məlumat yoxdur.
XOFİTOL İstifadə qaydası və dozası
Daxilə. Böyüklərə gündə 3 dəfə 2-3 tablet yeməkdən əvvəl və ya funksional pozğunluq yarananda 6 yaşdan yuxarı uşaqlara gündə 3 dəfə 1-2 tablet yeməkdən əvvəl və ya funksional pozğunluq yarananda 6 yaşa qədər uşaqlar: 6 yaşa qədər uşaqlarda Xofitolun istifadəsi məsləhət görülmür Müalicə müddəti-2-3 həftə. Həkim məsləhəti ilə təkrar müalicə mümkündür.
Əlavə təsirləri
Nadir hallarda allergik reaksiyalar baş verə bilər, preparat uzun müddət yüksək dozada istifadə edilərsə, ishal baş verə bilər.
Doza həddinin aşılması
Məlumat yoxdur. Əlavə təsirlərin təzahürünü artıra bilər.
Buraxılış forması
Örtüklü tabletlər. 30 tablet, blisterdə (PVX-alüminium). 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 15 tablet, blisterdə (PVX-alüminium). 6 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.