Pharmed
VOLTAREN EMULGEL 10MG 50GR GEL (ISVECRE)
VOLTAREN EMULGEL
Beynəlxalq patentləşdirilməmiş adı: Diclofenac
VOLTAREN EMULGEL Tərkibi
Təsiredici maddə: 1 q preparatın tərkibində 11,6 mq diklofenak dietilamin vardır ki, bu da 10 mq diklofenak natriuma müvafiqdir. Köməkçi maddələr: dietilamin, karbomerlər (karbopol 974 P), makroqol setostearil efiri (setomakroqol 1000), kokoil kaprilokaprat (setiol LC), izopropil spirti, maye parafin (mineral yağ), aromatik krem 45 (tərkibində benzilbenzoat vardır), propilenqlikol, təmizlənmiş su.
Farmakoterapevtik qrupu
Oynaq və əzələ ağrıları zamanı xaricə istifadə olunan vasitələr. Xaricə istifadə üçün qeyri-steroid iltihabəleyhinə vasitələr.
ATC kodu: М02АА15.
Farmakoloji xüsusiyyətləri
Voltaren Emulgel preparatının tərkibində olan təsiredici maddə – diklofenak – qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP) qrupuna daxildir. Voltaren Emulgel ağrıkəsici və iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Su-spirt bazası sayəsində gel sakitləşdirici və soyuducu təsirə malikdir. İstifadəsinə göstərişlər Preparat ağrı, iltihab və şişkinlik müalicəsi üçün aşağıdakı vəziyyətlərdə istifadə oluna bilər:
• vətərlərin, bağların, əzələlərin və oynaqların zədələnməsi (məsələn, bağların yırtılması, əyilmələr, qançırlar, idmandan sonra və ya qəzalar nəticəsində bel ağrısı);
• tendinit (tennis dirsəyi sindromu), bursit, çiyin-əl sindromu, periartropatiyalar kimi yumşaq toxumaların revmatik xəstəliklərinin lokallaşdırılmış formaları.
• kiçik və orta dərəcəli, dəriyə yaxın oynaqların, məsələn, barmaqların və ya dizlərin oynaqlarının artrozu. Preparatı böyüklərə və 12 yaşdan yuxarı uşaqlara istifadə etmək olar. Preparatın istifadəsindən 7 gün keçdikdən sonra vəziyyət yaxşılaşmadıqda və ya daha da pisləşdikdə, həkimə müraciət etmək lazımdır.
Əks göstərişlər
Voltaren Emulgel 1% xaricə istifadə üçün geli aşağıdakı hallarda istifadə etməyin:
• Əgər Sizdə diklofenaka və ya preparatın tərkibində olan hər hansı digər komponentlərə (bu istifadə üzrə təlimatın (içliyin) “Tərkib” bölməsində göstərilən) və ya ağrının, qızdırmanın və ya iltihabın müalicəsi üçün istifadə olunan ibuprofen və ya asetilsalisil turşusu (qan laxtalanmasının qarşısını almaq üçün istifadə olunan preparat) preparatlarına qarşı allergiya (hiperhəssaslıq) olduqda. Əgər əmin deyilsiniz həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
• Göstərilən preparata qarşı allergik reaksiyanın simptomlarına aşağıdakılar aid ola bilər: fışıltılı tənəffüs və ya təngnəfəslik (astma); dəri üzərində suluqlu və ya övrəli səpgilər; üz nahiyəsinin və ya dilin ödemi; zökəm;
• hamiləlik dövrünün son 3 ayı (“Hamiləlik və laktasiya” bölməsinə bax). Əgər yuxarıda göstərilən vəziyyətlərdən hər hansı biri Sizdə müşahidə olunursa, preparatı istifadə etmək olmaz.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Voltaren Emulgel, xarici istifadə üçün gel 1% istifadə etməzdən əvvəl həkimlə və ya əczaçıyla məsləhətləşin.
• Dəri üzərində kəsiklər, açıq yaralar, səpgilər və ya ekzemalar olduqda, preparatı istifadə etmək olmaz. Preparatın istifadəsindən sonra dəri üzərində səpgilər meydana çıxdıqda, müalicəni dayandırmaq lazımdır.
• Həkim tərəfindən təyin edilən hallar istisna olmaqla, preparatın dərinin geniş sahələrində istifadəsindən və ya istifadəsi təsdiq olunan müddətdən daha uzun müddət ərzində istifadəsindən çəkinmək lazımdır.
• Preparat yalnız xaricə istifadə etmək üçün nəzərdə tutulmuşdur. Daxilə qəbul etmək olmaz. Preparatı udmaq olmaz. İstifadə etdikdən sonra əlləri yumaq lazımdır, əgər onlar müalicə sahəsi deyilsə (“İstifadə qaydası” bölməsinə bax). Preparatın gözlərə və selikli qişaya düşməsindən ehtiyat etmək lazımdır. Belə vəziyyət baş verdikdə, gözləri təmiz su ilə yaxşıca yumaq lazımdır. Diskomfort hissi saxlanıldığı halda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
• Çıxıqlar kimi zədələnmələr zamanı adətən istifadə olunan bandajlardan və ya sarğılardan istifadə etmək olar. Havakeçirməyən (plastik) sarğılardan istifadə etmək olmaz.
• Preparatın tərkibində propilenqlikol və benzilbenzoat vardır ki, bunlar da, bəzi pasiyentlərdə dəridə preparatın istifadə nahiyəsində yüngül qıcıqlanmaya səbəb ola bilər. Uşaqlar 12 yaşa qədər uşaqlarda preparatı istifadə etmək olmaz.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Hal-hazırda istifadə edilən və ya bir müddət əvvəl istifadə edilən dərman preparatları barədə, o cümlədən reseptsiz əldə olunan dərman preparatları barədə həkimə və ya əczaçıya məlumat vermək lazımdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə, planlaşdırılan və ya ehtimal edilən hamiləlik zamanı və laktasiya dövründə, preparatı istifadə etməzdən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır.
• Uşağa zərər yetirə bilməsini və ya doğuş zamanı ağırlaşmaların meydana çıxma ehtimalını nəzərə alaraq, hamiləlik dövründə, xüsusilə hamiləliyin son 3 ayı müddətində preparatı istifadə etmək olmaz.
• Laktasiya dövründə preparatı istifadə etmək olmaz.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Voltaren Emulgel preparatı avtomobil idarə etmək və mexanizmlərlə işləmək qabiliyyətinə təsir göstərmir.
VOLTAREN EMULGEL İstifadə qaydası və dozası
Preparatı hər zaman həkim və ya əczaçının təyinatına uyğun istifadə etmək lazımdır. Suallar yarandıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
Tövsiyə edilən doza: Böyüklər və 12 yaşdan yuxarı uşaqlar Ağrı nahiyəsinin ölçüsündən asılı olaraq, dərinin zədələnmiş nahiyəsinə preparatın 2-4 q (preparatın bu miqdarı həcminə görə albalı və ya yunan qozu ölçüsünə müvafiqdir və bədən səthinin 400-800 sm2 sahəsi üzərində istifadə üçün yetərlidir), gündə 3-4 dəfə asta-asta dəriyə hopdurmaq lazımdır. 12 yaşdan kiçik uşaqlarda istifadəsi 12 yaşdan kiçik uşaqlar dərman vasitəsini istifadə etməməlidirlər. İstifadə qaydası:
1. Preparatın ilk istifadəsindən əvvəl tubun üzərindən qoruyucu membranı çıxarmaq üçün qapağı burmaq və açmaq lazımdır. Qapağın əks tərəfindən istifadə edərək, tubun üzərindəki qoruyucu membranı dəlmək, burmaq və çıxarmaq lazımdır.
2. Səliqə ilə sıxaraq, tubdan bir qədər geli ağrılı və ya ödemli nahiyənin üzərinə çəkmək və tədricən dəriyə yeritmək lazımdır. İstifadə olunan gelin miqdarı ağrılı və ya ödemli nahiyənin ölçüsündən asılı ola bilər. Bir qayda olaraq, albalı və ya qoz meyvəsi ölçüsünə müvafiq gelin miqdarı yetərli olur. Geli dəri üzərinə çəkdikdə yüngül sərinləşdirici effekt hiss oluna bilər.
3. Preparatı yeritdikdən sonra əllər müalicə nahiyəsi olmadığı halda, onları quru kağız dəsmalla silmək və sonra yumaq lazımdır.
4. Duş və ya vanna qəbul etməzdən əvvəl dərmanın dəridə qurumasını gözləmək lazımdır. İstifadə müddəti Preparatı 14 gündən artıq istifadə etmək olmaz. Daha uzunmüddətli istifadə yalnız həkim tərəfindən təyin oluna bilər. Preparatın istifadəsindən 7 gün keçdikdən sonra yaxşılaşma müşahidə olunmadıqda və ya simptomlar ağırlaşdıqda, həkimlə məsləhətləşmək lazımdır. Preparatın istifadəsinin ötürüldükdə Preparatın vaxtında düzgün istifadəsi ötürüldükdə, onu mümkün qədər tez istifadə etmək və daha sonra, istifadəsini sxem üzrə davam etdirmək lazımdır. Ötürülmüş dozanı kompensasiya etmək üçün, preparatın ikiqat dozasından istifadə etmək olmaz. Göstərilən preparatın istifadəsi barədə suallar meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
Əlavə təsirləri
Bütün dərman vasitələri kimi bu preparat da arzuolunmayan halların meydana çıxmasına səbəb ola bilər, lakin bu hallar hər pasiyentdə müşahidə olunmur. Bəzi əlavə təsirlər nadir hallarda və ya çox nadir hallarda meydana çıxırlar və ciddi ola bilərlər. Aşağıda göstərilən, allergik reaksiya əlamətləri ola bilən istənilən simptomlar meydana çıxdıqda, preparatın istifadəsini DAYANDIRMAQ və dərhal həkimə və ya əczaçıya müraciət etmək lazımdır:
• dəri üzərində suluqlarla müşayiət olunan səpgilər; övrə (10000 pasiyentdən 1-dən 10-a qədər müşahidə oluna bilər);
• fışıltılı tənəffüs, tənəffüsün çətinləşməsi və ya sinədə sıxılma hissi (astma) (10000 pasiyentdən 1 nəfərdən azında müşahidə oluna bilər);
• üz nahiyəsinin, dodaqların, ağızın və ya boğazın ödemi (10000 pasiyentdən 1 nəfərdən azında müşahidə oluna bilər).
Meydana çıxa bilən digər əlavə reaksiyalar, bir qayda olaraq, müvəqqətidirlər və ağır dərəcəli deyillər (lakin, narahatlıq olduqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır). Tez-tez müşahidə olunan əlavə reaksiyalar (100 pasiyentdən 1-dən 10-a qədər müşahidə oluna bilər)
• dəri üzərində səpgilər, qaşınma, dəridə qızartı və ya ağrı hissi.
Çox nadir hallarda müşahidə olunan əlavə reaksiyalar (10000 pasiyentdən 1 nəfərdən azında müşahidə oluna bilər):
• dəri günəşə qarşı daha həssas ola bilər. Günəşin təsiri nəticəsində yaranan yanığın mümkün əlamətlərinə qaşınma, ödem və suluqların meydana çıxması aid ola bilər.
Əlavə təsirlər barədə məlumatlar: Əgər Sizdə hər hansı əlavə təsirlər yaranırsa həkim və ya əczaçı ilə məsləhətləşin. Bu, o cümlədən preparatın tibbi istifadəsi üzrə təlimatda qeyd olunmayan, əlavə təsirlərə aiddir. Siz həmçinin dərman vasitələrinin əlavə təsirləri haqqında məlumat bazasına, o cümlədən dərman vasitələrinin effektiv olmadığı haqqında məlumat verə bilərsiniz. Əlavə təsirlər barədə məlumat verməklə siz dərman vasitəsinin təhlükəsizliyi haqqında daha çox məlumat əldə etməyə kömək edirsiniz.
Doza həddinin aşılması
• Geli tələb olunduğundan artıq dozada istifadə etdikdə, gelin artıq miqdarını salfet ilə silmək lazımdır.
• Əgər Siz və ya uşağınız geli təsadüfən daxilə qəbul etdikdə, təcili həkimə müraciət etmək lazımdır.
Buraxılış forması
20 q, 50 q və ya 100 q gel, qoruyucu membranlı, burulan qapaqlı (ağ və ya mavi rəngli) laminat tubda. Qapağı xarici hissəsi tubun qoruyucu membranını açmaq üçün açarla (dərin çıxıqla) təchiz edilib. 1 tub istifadə üzrə təlimat (içlik vərəqə) ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.