PharmEd

Pharmed

VODA DLYA INEKSIYA 1GR 5ML N10 AMP

İNYEKSİYA ÜÇÜN SU 

 

İNYEKSİYA ÜÇÜN SU Tərkibi

Təsiredici maddə: 1 ampulda 2 ml və ya 5 ml inyeksiya üçün su vardır.


Farmakoterapevtik qrupu

Həlledicilər və durulaşdırma üçün vasitələr.

ATC kodu: V07AB.

 

Farmakoloji xüsusiyyətləri

Apirogen, kimyəvi inyeksiya üçün qeyri-aktiv su, farmakoloji təsir göstərmir.

 

İstifadəsinə göstərişlər

İnyeksiya üçün su, dərialtı, əzələdaxili, venadaxili yeritmələr üçün təyin edilmiş dərman vasitələri və
diaqnostik vasitələrin steril məhlullarının hazırlanması üçün istifadə edilir.

 

Əks göstərişlər

Əgər, preparatın tibbi istifadəsi üzrə təlimatda digər həlledici göstərilibsə, inyeksiya üçün su təyin
edilmiş dərman vasitələri və diaqnostik preparatların həlledicisi kimi istifadə olunmur.
Oftalmoloji əməliyyatlar zamanı gözlərin yuyulması üçün istifadə etməyin.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

İnyeksiya üçün su yalnız dərialtı, əzələdaxili, venadaxili yeritmələr üçün göstərilən dərman və
diaqnostik vasitələrin steril məhlullarının hazırlanması üçün istifadə olunur, hansıların ki, istifadə
üsulunda inyeksiya üçün suyun istifadəsi nəzərdə tutulur.
Aşağı osmotik təzyiq səbəbilə yarana biləcək hemoliz təhlükəsini nəzərə alaraq, inyeksiya üçün su
bir başa damardaxili yeridilməməlidir.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

İnyeksiya üçün su, dərialtı, əzələdaxili, venadaxili yeritmələr üçün təyin edilmiş dərman vasitələri və
diaqnostik vasitələrə farmakoloji və ya kimyəvi qarşılıqlı təsirə malik deyil.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadə olunur.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Təsir göstərmir.

 

İNYEKSİYA ÜÇÜN SU İstifadə qaydası və dozası

İnyeksiya üçün suyun istifadəsi ilə dərman və diaqnostik vasitələrin steril məhlullarının hazırlanması
steril şəraitdə həyata keçirilir (ampulun açılması, dərman vasitələri ilə şpris və həcmlərin su ilə
dolması). Dərman vasitəsinin məhlulunun hazırlanması məqsədi ilə inyeksiya üçün suyun miqdarı
dərman vasitəsinin tibbi istifadəsi üzrə təlimatla müəyyən edilir.
Uşaqlarda istifadəsi:
Pediatrik praktikada istifadə edilir.

 

Əlavə təsirləri

Qeyd olunmayıb.

 

Doza həddinin aşılması

İnyeksiya üçün suyun çox yeridilməsi yorğunluq hissiyyatı və dərinin solğunluğuna səbəb ola bilər.

 

Buraxılış forması

2 ml məhlul ampulda. 10 ampul içlik vərəqə ilə birlikidə karton qutuya qablaşdırılır.
5 ampul blisterdə. 2 blister içlik vərəgə ilə birlikdə karton qutuya qablaşdırılır.
5 ml məhlul ampulda. 10 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
5 ampul blisterdə. 2 blister içlik vərəgə ilə birlikdə karton qutuya qablaşdırılır.


Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.