PharmEd

Pharmed

VITAPROST 100MG N20 TB

VİTAPROST

Beynəlxalq patentləşdirilməmiş adı: Prostate extract

 

VİTAPROST Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 100 mq prostat ekstraktı (suda həll olan peptidlər hesabı ilə
 20 mq) vardır.
Köməkçi maddələr:saxaroza, laktoza monohidrat, kalsium stearat, krospovidon, mikrokristallik
 sellüloza.
Örtük: metakril turşusu və etilakrilat sopolimeri (1:1), titan dioksid, talk, trietilsitrat,
 kolloidal silisium dioksid, natrium hidrokarbonat, natrium laurilsulfat,
 indiqokarmin.


Farmakoterapevtik qrupu

Xroniki prostatın müalicəsi üçün vasitə.

ATC kodu: G04BX.

 

Farmakoloji xüsusiyyətləri

Vitaprost prostat vəziyə orqanotrop təsir göstərir. Ödemin səviyyəsini, prostat vəzin leykositar
infiltrasiyasını azaldır, epitelial hüceyrələrin sekretor funksiyasını normallaşdırır, asinusların
ifrazatında lesitin toxumlarının sayını artırır, sidik kisəsinin əzələ tonusunu stimullaşdırır.
Trombyaranmanın, antiaqreqant aktivliyin hesabına prostat vəzidə mikrosirkulyasiyanı yaxşılaşdırır,
prostat vəzidə venulaların trombozunun inkişafının qarşısını alır.
Klinik tədqiqatların məlumatları əsasında sübut edilmişdir ki, Vitaprost prostat vəzin həcmini
mülayim şəkildə azaldır. Preparat prostat vəzin xoşxassəli hiperplaziyası zamanı obstruktiv və
irritativ simptomatikanın təzahürünü azaldır ki, bu da özünü sidik axınının maksimal və orta həcm
sürətinin artması və qalıq sidiyin həcminin azalması ilə biruzə verir.
Klinik tədqiqatların məlumatları sübut etmişdir ki, Vitaprost preparatının istifadəsi xкoniki
abakterial prostatitin kəskinləşməsinin inkişafı ehtimalını azaldır, qan analizinin, sidiyin ümumi
analizinin klinik və biokimyəvi göstəricilərinin dəyişməsinə səbəb olmur. Xroniki abakterial
prostatitin kəskinləşməsinin profilaktikası üçün Vitaprost preparatının istifadəsinin effektivliyi
həkim-tədqiqatçıların qiymətləndirməsi üzrə 97,5% təşkil edir.
Vitaprost prostat vəzin ifrazat parametrlərini və eyakulyasiyanı normallaşdırır. Prostatitlə törənən
ağrını və diskomfortu azaldır, dizurik təzahürü aradan qaldırır, kopulyativ funksiyanı yaxşılaşdırır.

 

İstifadəsinə göstərişlər

Xroniki abakterial prostatit.
Xroniki abakterial prostatitin kəskinləşməsinin profilaktikası.
Prostat vəzin xoşxassəli hiperplaziyası.
Prostat vəzidə cərrahi müdaxilədən əvvəlki və sonrakı vəziyyət.

 

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq. Laktaza defisiti, saxaroza/izomaltaza defisiti,
laktozaya qarşı dözümsüzlük, fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası
(preparatın tərkibində laktoza və saxaroza vardır). 18 yaşdan kiçik uşaqlarda və yeniyetmələrdə
istifadəsi.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Xroniki prostatitin müalicəsi və prostat vəzidə cərrahi müdaxilədən əvvəl və sonrakı vəziyyət
kompleks şəkildə olmalıdır, Vitaprost tabletlərilə yanaşı digər qrup dərman vasitələri və və qeyrimedikamentoz müalicə üsulları təyin edilməlidir.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Pasiyent istənilən digər preparat istifadə etdikdə, müalicədən əvvəl həkimlə məsləhətləşmək lazımdır.
Digər dərman vasitələrilə qarşılıqlı təsiri və ya uyuşmazlığı halları qeyd edilməmişdir.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Qadınlarda istifadə üçün nəzərdə tutulmamışdır.

 

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Avtomobil və digər mexanizmləri idarə etmək qabiliyyətinə təsir etmir.

 

VİTAPROST İstifadə qaydası və dozası

1 tablet gündə 2 dəfə daxilə qəbul edilir.
Prostat vəzin xoşxassəli hiperplaziyası zamanı Vitaprost preparatı ilə müalicə kursunun müddəti 30
gündən, xroniki prostatit zamanı 10 gündən az olmamalıdır. Xroniki prostatitin kəskinləşməsinin
profilaktikası üçün ildə 1-2 dəfə 30 gündən az olmamaqla, 1 tablet gündə 2 dəfə qəbul edilir.

 

Əlavə təsirləri

Çox nadir hallarda: allergik reaksiyalar.
Qeyd edilən əlavə təsirlər ağırlaşdıqda və ya pasiyentdə təlimatda qeyd edilməyən istənilən digər əlavə
effekt təzahür etdikdə, bu barədə həkimə məlumat vermək lazımdır.

 

Doza həddinin aşılması

Preparatın doza həddinin aşılması halları barədə məlumat verilməmişdir.

 

Buraxılış forması

Bağırsaqda həll olan tabletlər 20 mq.
10 tablet polivinilxlorid örtüklü və ya polivinilxlorid/polivinilidenxlorid və çap olunmuş laklı
alüminium folqalı konturlu-yuvalı qablaşdırmada. 1, 2 və ya 3 konturlu-yuvalı qablaşdırma içlik
vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
 

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.