PharmEd

Pharmed

VITAMIN B KOMPLEKS N20 TB

VİTAMİN B KOMPLEKSİ 

Beynəlxalq patentləşdirilməmiş adı: Thiamine nitrate + Riboflavin + Piridoxine hydrochloride + Niacinamide

 

VİTAMİN B KOMPLEKSİ Tərkibi

Тəsiredici maddələr: 1 tabletin tərkibində 5 mq tiamin nitrat (B1 vitamini), 1 mq riboflavin (B2 vitamini),
 4 mq piridoksin hidroxlorid (B6 vitamini), 50 mq nikotinamid (vitamin PP) vardır.
Кöməkçi maddələr: buğda nişastası, mikrokristallik sellüloza (101 tip), hidroksipropilsellüloza, stearin
 turşusu, talk, susuz kolloidal silisium dioksid.
Örtük: çəhrayı opadri AMB 80 W 24766: qismən hidrolizəolunmuş polivinil spirti,
 talk, titan dioksid (E171), karmin (E120), lesitin (E322), “günəş qürubu” sarısı
 FCF (E110), ksantan kitrəsi (E415), mavi FD&C və ya #2 indiqokarmin lakı (E132).


Farmakoterapevtik qrupu

Vitaminlər. Vitamin B kompleksi, kombinasiyalar daxil olmaqla.

ATC kod: A11EX.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası:
Vitamin B kompleksi – tərkibində B qrupu vitaminləri və nikotinamid olan kombinəedilmiş dərman
vasitəsidir. Onlar orqanizmin normal fəaliyyəti üçün lazım olan zülalların, karbohidratların və yağların
mübadiləsində iştirak edir.
Farmakokinetikası:
Sorulması:
Peroral istifadəsindən B qrupundan olan vitaminlər tez sorulur və tamamilə mədə-bağırsaq sistemindən
sorulur.
Paylanması:
Orqanizmin bütün toxumalarında B qrupundan olan vitaminlər təxminən eyni şəkildə paylanır.
Xaric olması
Vitamin B1 sidiknən və ana südü ilə xaric olunur.Vitamin B2 və B6 sidik ilə xaric olunur.
Nikotinamid öd ilə xaric olunur. Digər B qrupundan olan vitaminlər kimi, artıq olan miqdarlar orqanizmdə
yığılmır, əksinə xaric edilir.

 

İstifadəsinə göstərişlər

B (B1,B2,B6) qrup vitaminlərinin və nikotinamidin çatışmazlığı hallarında.

 

Əks göstərişlər

Preparatın komponentlərindən istənilən birinə qarşı allergiya (hiperhəssaslıq).
Yüksək qan təzyiqi (arterial hipertenziya ) II-III mərhələdə.
6 yaşdan aşağı uşaqlar.

 

Xüsusi göstərişlər və ehtiyyat tədbirləri

Vitamin B kompleksini qəbul edərkən aşağıdakı hallarda xüsusən diqqətli olmalısınız
Bədxassəli şiş və ya qaraciyər xəstəlikləri, xora, qastrit və podaqra xəstəliklərində.
Vitamin B kompleksinin tərkibində olan B2 vitamininin təsirindən sidik qırmızı rəngdə ola bilər.
Uzun müddət yüksək dozada piridoksin qəbul etdikdə ( gündəlik 100 mq-dan çox) periferik neyropatiyanın
inkişafı mümkündür.
Bəzi tərkib hissələri barədə vacib məlumat
Preparatın tərkibinə daxil olan buğda nişastası çox az miqdarda olduğu üçün seliakiyalı xəstələr üçün risk
daşımır, əgər pasientdə seliakiya xəstəliyi varsa. Bir tabletin tərkibinə 3,3 mikroqramdan çox olmayan qlüten
daxildir. Əgər pasiyentdə buğdaya qarşı allergiya varsa (seliakiyadan fərqli) ona preparatın qəbulu məsləhət
görülmür.
Tablet örtüyünün tərkibində olan “günəş qürubu” sarısı (E110) boyası allergik reaksiyalara səbəb ola bilər.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Əgər Siz hazırda və ya yaxın vaxtlarda digər dərman maddələri (o cümlədən reseptsiz buraxılan) istifadə
etmisinizsə, həkiminizə və ya əczaçıya bu barədə məlumat verməlisiniz.
Aşağıdakı dərmanları qəbul etdikdə həkimi xəbərdar etmək lazımdır:
Yüksək qan təzyiqinin, Parkinson xəstəliyinin, depressiyanın, epilepsiyanın müalicəsində istifadə olunan
dərman vasitələri, sakitləşdirici, yuxugətirici dərmanlar və tetrasiklin qrupuna aid olan antibiotiklər.
Vitamin B1, xüsusilə 65 yaşdan yuxarı xəstələrdə trisiklik antidepresanların (imipramin, desipramin) təsirini
artıra bilər.
B qrupu vitaminləri eyni vaxtda istifadə edildikdə tetrasiklinlərin sorulmasını və effektivliyini azaldır.
Vitamin B6, levodopanın parkinsonəleyhinə təsirini antaqonizə edir.
Nikotinamid və antiepileptik dərman vasitələri ( xüsusilə də karbamazepin, diazepam və natrium valproat
kimi) eyni vaxtda istifadəsi sonuncuların qıcolmaəleyhinə təsirini gücləndirir.
Xlorpromazin vitamin B2-nin sidiklə ifrazını artırır, probenesid isə əksinə təsir göstərir.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Bu preparat hamiləlik zamanı həkiminizin təyin etdiyi dozada istifadə oluna bilər.
Laktasiya dövründə vitamin B kompleksi istifadə olunmur. Preparatın qəbulu vacib olduqda ana südü ilə
qidalandırmanı dayandırmaq məsləhət görülür.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Təyin edilmiş dozalarda istifadə olunduqda Vitamin B kompleksi nəqliyyat vasitələrini və digər
mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.

 

VİTAMİN B KOMPLEKSİ İstifadə qaydası və dozası

Preparat daxilə, kifayət miqdarda su ilə qəbul edilməlidir.
Böyuklər: gündə 2-3 dəfə 1-2 tablet.
6 yaşdan yuxarı olan uşaqlar: gündə 1-2 tablet.

 

Əlavə təsirləri

Vitamin B kompleksi də bütün dərman preparatları kimi əlavə təsirlərə səbəb ola bilər.
Lakin onlar bütün pasiyentlərdə müşahidə edilmir.
Çox nadir hallarda, xüsusən hiperhəssaslıq müşahidə olunan insanlarda səpgilər, qaşınma, ödem, üzün
qızarması, istilikbasma hissi kimi əlavə təsirlər ola bilər.
Əgər, hər hansı bir əlavə təsir ağırlaşarsa və ya içlik vərəqədə qeyd olunmayan əlavə təsirlər əmələ gələrsə,
həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

 

Doza həddinin aşılması

Çox yüksək doza qəbul etdikdə preparat narahatlıq hissi, qorxu hissi, tremor (əsmə), baş ağrısı, yuxusuzluq,
qıcolmalara səbəb ola bilər.
Lazım olduğundan çox Vitamin B kompleks qəbul etdikdə məsləhət üçün həkimə müraciət etmək lazımdır.

 

Buraxılış forması

20 örtüklü tablet, polivinilxlorid və alüminium folqalı blisterdə. 1 və ya 2 blister, içilik vərəqə ilə birlikdə
karton qutuya qablaşdırılır.
 

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.