Pharmed
VISNEVSKI 30/30GR 40GR BALZAM (BELARUS)
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
“___”__________ 2019-cu il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
BALZAMİK LİNİMENT (Vişnevskiyə görə) xaricə istifadə olunan liniment
BALSAMIC LINIMENT (according to VISHNEVSKY)
Beynəlxalq patentləşdirilməmiş adı: yoxdur.
Tərkibi
Təsiredici maddə: 1 tub (40 q) linimentin tərkibində 1,2 q tozağacı qətranı, 1,2 q kseroform
vardır.
Köməkçi maddələr: susuz kolloidal silisium, gənəgərçək yağı.
Təsviri
Açıq-qəhvəyi rəngdən yaşılımtıl-qəhvəyi rəngə qədər, spesifik qoxulu linimentdir.
Farmakoterapevtik qrupu
Antiseptiklər və dezinfeksiyaedici vasitələr.
ATC kodu:D08AX.
İstifadəsinə göstərişlər
Dərinin və yumşaq toxumaların əməliyyatdan sonrakı və posttravmatik infeksiyalaşmamış
yaraları.
Əks göstərişlər
Hiperhəssaslıq, dərinin və yumşaq toxumaların kəskin irinli xəstəlikləri (o cümlədən, absesləşən
furunkul, karbunkul, fleqmona, abses, hidradenit, limfadenit, irinləmiş ateroma, lipoma,
paraproktit, plevranın empieması).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Liniment, yalnız xaricə istifadə üçün göstərişdir. Preparatın selikli qişalara, xüsusilə gözə
düşməsinə yol verilməməlidir. Belə halda bol su ilə yumaq lazımdır.
Preparatın qalığının gözə, buruna, ağız boşluğuna düşməsinin qarşısını almaq üçün linimentin
istifadəsindən sonra əlləri yaxşı yumaq vacibdir.
Xəstəliyin əlamətləri aradan qalxmadıqda və ya pasiyentin vəziyyəti pisləşdikdə, istənilən əlavə
təsir yarandıqda, preparatın istifadəsini dayandırmaq və həkimə müraciət etmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri qeyd edilməyib.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparat , yalnız həkim təyinatı ilə fayda-risk nisbəti nəzərə
alınmaqla, ana üçün gözlənilən fayda dölə və ya uşağa olan potensial riskdən üstün olduğu halda
istifadə edilə bilər.
Pediatriyada istifadəsi
Uşaqlarda istifadəsinin təhlükəsizliyinə və effektivliyinə dair məlumat yoxdur.
Nəqliyyat vasitələrini və digər ptensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri
Təsvir edilməyib.
İstifadə qaydası və dozası
Böyüklərdə xaricə istifadə edilir. Sutkada 2-3 dəfə nazik təbəqə ilə dərinin zədələnmiş
nahiyəsinə yaxılır və ya prosesin gedişinin ağırlığından və preparata qarşı dözümlülükdən asılı
olaraq, müəyyən müddətə zədələnmiş nahiyəyə sürtülür.
Sarğı altında istifadə edildiyi halda, yara əvvəlcə nekrotik toxumalardan təmizlənir, suluqlar
deşilir və antiseptik məhlulla yuyulur. Preparat 5-6 qatlı tənzif sarğının üzərinə qoyulur və fiksə
olunur. Sarğı 2-3 gündə 1 dəfə dəyişdirilir. Müalicə kursu 10-12 sutka təşkil edir.
Əlavə təsirləri
Davamlı istifadəsi zamanı dərman vasitəsinin istifadə edildiyi nahiyədə dərinin qızartı, ödem,
qaşınma şəklində qıcıqlanması mümkündür.
Doza həddinin aşılması
Uzun müddət istifadəsi zamanı yerli allergik reaksiyaların təzahürü (səpgi, qaşınma) mümkündür
ki, bu da, desensibilizasiyaedici terapiyanın aparılmasını tələb edir.
Buraxılış forması
40 q liniment, alüminium tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
15º C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
“Borisov Dərman Preparatları Müəssisəsi” ASC.
Belarus Respublikası, Minsk vilayəti, Borisov ş., Çapayev k., 64.
Tel.: +375 (177) 735612.