PharmEd

Pharmed

VIFERON 40000 IU 12GR MELHEM

VİFERON 

Beynəlxalq patentləşdirilməmiş adı: İnterferon alfa-2b

 

VİFERON Tərkibi

 

Təsiredici maddə: 1 q məlhəmin tərkibində 40000 TV insanın rekombinat alfa-2b
 interferonu vardır.
Köməkçi maddələr: alfa-tokoferol asetat, susuz lanolin, tibbi vazelin, şaftalı yağı, təmizlənmiş
 su.


Farmakoterapevtik qrupu

Sitokin.

ATC kodu: L03AB05.

 

Farmakoloji xüsusiyyətləri

VİFERON preparatı immunomoduləedici və virusəleyhinə vasitədir. İnsan rekombinat
alfa-2b interferonu virusəleyhinə, antiproliferativ və immunomodulədici xüsusiyyətə malikdir.
Preparatın tərkibinə daxil olan köməkçi maddələrin iştirakı ilə insanın rekombinat alfa-2b
interferonun spesifik virusəleyhinə aktivliyi artır, onun immunomoduləedici təsiri güclənir
(zədələnmə ocağında neytrofillərin faqositar funksiyasının stimulyasiyası).
Xaricə və yerli istifadə zamanı interferonun sistem absorbsiyası kiçikdir.

 

İstifadəsinə göstərişlər

1 yaşdan yuxarı uşaqlarda qrip və digər KRVİ-nin müalicəsində kompleks terapiyanın
tərkibində.

 

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
1 yaşa qədər uşaqlar.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri aşkar edilməyib.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi öyrənilməyib.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müəyyən edilməyib.

 

VİFERON İstifadə qaydası və dozası

Qripin və digər KRVİ-nin müalicəsi zamanı preparat nazik təbəqə ilə burun yollarının
selikli qişasına sutkada 3-4 dəfə çəkilir:
1-2 yaşlı uşaqlarda 2500 TV (diametri 0,5 sm olan 1 dairə) sutkada 3 dəfə;
2-12 yaşlı uşaqlarda 2500 TV (diametri 0,5 sm olan 1 dairə) sutkada 4 dəfə;
12-18 yaşlı uşaqlarda 5000 TV (diametri 1 sm olan 1 dairə) sutkada 4 dəfə təyin edilir.
Müalicə müddəti 5 gün təşkil edir.
Ağzı açılmış tubu soyuducuda 1 ay saxlamaq olar.

 

Əlavə təsirləri

Əksər hallarda VİFERON xaricə və yerli istifadə üçün məlhəm pasiyentlər tərəfindən
yaxşı qəbul edilir. Selikli qişaya çəkilən zaman baş verən əlavə təsirlər (rinoreya, asqırma,
burunun selikli qişasının yanması) zəif və keçici xarakter daşıyır və preparatın istifadəsi
dayandırıldıqdan sonra sərbəst şəkildə keçib gedir.

 

Doza həddinin aşılması

Müəyyən edilməmişdir.

 

Buraxılış forması

40000 TV xaricə və yerli istifadə üçün 12 q məlhəm, alüminium tubda. 1 tub içlik vərəqə
ilə birlikə karton qutuya qablaşdırılır.
 

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.