Pharmed
VIFERON 1 MIU N10 SAM
VİFERON
Beynəlxalq patentləşdirilməmiş adı: Interferon alfa-2b
VİFERON Tərkibi
Təsiredici maddə: 1 şamın tərkibində 150 000 BV, 500 000 BV, 1 000 000 BV və ya 3 000 000 BV insanın rekombinant interferon alfa-2b vardır. Köməkçi maddələr:alfa-tokoferol asetat, askorbin turşusu, natrium askorbat, dinatrium edetat dihidrat, polisorbat-80, kakao yağı, qənnadı piyi və ya kakao yağının əvəzedicisi vardır.
Farmakoterapevtik qrupu
Sitokin.
ATC kodu: L03АВ05.
Farmakoloji xüsusiyyətləri
İnsan rekombinant interferon alfa-2b immunmoduləedici, virusəleyhinə, antiproliferativ xüsusiyyətə malikdir, RNT və DNT tərkibli virusların replikasiyasını tormozlayır. İnterferonun makrofaqların faqositar aktivliyini gücləndirməsi, hədəf-hüceyrələrə qarşı limfositlərin spesifik sitotoksiksikliyini artırması kimi immunmoduləedici xüsusiyyəti onun ifadəolunmuş antibakterial aktivliyini şərtləndirir. Askorbin turşusunun və alfa-tokoferolun olduğu mühitdə interferonun virusəleyhinə spesifik aktivliyi yüksəlir, onun immunomoduləedici təsiri güclənir, bu isə orqanizmin patogen mikroorqanizmlərə qarşı fərdi immun cavabın effektivliyinin artırılmasına imkan verir. Preparatın istifadəsi zamanı A sinfi sekretor immunoqlobulinlərin səviyyəsi yüksəlir, E immunoqlobulinin səviyyəsi normallaşır, interferonun endogen sisteminin fəaliyyətinin bərpası baş verir. Askorbin turşusu və alfa-tokoferol asetat yüksək aktiv antioksidant olaraq, iltihabəleyhinə, membranstabilləşdirici, həmçinin regenerasiyaedici xüsusiyyətə malikdir. Müəyyən edilmişdir ki, Viferonun istifadəsi zamanı, interferon preparatlarının parenteral yeridilməsi zamanı yaranan əlavə təsirlər olmur, interferonun virusəleyhinə aktivliyini neytrallaşdıran antitellər əmələ gəlmir. Preparatın istifadəsi antibakterial və hormonal dərman vasitələrinin terapevtik dozalarını azaltmağa, həmçinin göstərilən terapiyanın toksiki effektlərini azaltmağa imkan verir. Kakao yağının tərkibində olan fosfolipidlər istehsalatda sintetik toksik emulqatorlardan istifadə olunmamasına imkan yaradır, yarımdoymamış yağ turşularının olması isə preparatın yeridilməsini və həll olmasını asanlaşdırır.
İstifadəsinə göstərişlər
▪ Kəskin respirator virus infeksiyaları, həmçinin bakterial infeksiya ilə ağırlaşmış qrip daxil olmaqla, pnevmoniyanın (bakterial, virus, xlamidiya) uşaqlarda və böyüklərdə kompleks terapiyasında;
▪ Yenidoğulmuş uşaqlarda, həmçinin yarımçıqdoğulmuşlarda infeksion-iltihabi xəstəliklərin kompleks terapiyasında : meningit (bakterial,virus), sepsis, bətndaxili infeksiya (xlamidioz, herpes, sitomeqalovirus infeksiyası, kandidoz, o cümlədən visseral, mikoplazmos);
▪ Uşaqlarda və böyüklərdə B, C, D xroniki virus hepatitlərinin kompleks terapiyasında, o cümlədən plazmaferez və hemasorbsiyanın istifadəsi ilə birgə ifadə olunmuş aktivliyə malik, qaraciyərin sirrozu ilə mürəkkəbləşmiş xronik virus hepatitləri zamanı;
▪ Böyüklərdə urogenital traktın infeksion-iltihabi xəstəliklərinin (xlamidioz, sitomeqalovirus infeksiya, ureaplazmoz, trixomoniaz, qardnerellez, papillomavirus infeksiya, bakterial vaginoz, residivləşən – kandidoz, mikoplazmoz) kompleks terapiyasında
▪ Dərinin və selikli qişaların birincili və residivləşmiş herpetik infeksiyaları, lokallaşmış forma, yüngül və orta ağır gedişli, o cümlədən böyüklərdə urogenital (sidik-cinsiyyət) forma.
Əks göstərişlər
Preparatın komponentlərindən hər-hansı birinə qarşı yüksək həssaslıq.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Viferon, rektal şamlar yuxarıda göstərilən xəstəliklərin müalicəsi zamanı istifadə olunan dərman vasitələrinin hamısı ilə (antibiotiklər, kimyapreparatlar, qlükokortikosteroidlər) yaxşı uyğunlaşır və birgə istifadə oluna bilir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın hamiləliyin 14-cü həftəsindən etibarən istifadəsinə icazə verilir. Laktasiya dövründə istifadəsinə məhdudiyyət yoxdur.
Nəqliyyat vasitələrinin və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Müəyyən olunmayıb.
VİFERON İstifadə qaydası və dozası
Preparat rektal istifadə olunur. 1 şamın tərkibində təsiredici maddə qismində göstərilən dozalanmalarda insan rekombinant alfa-2b interferonu var (150000 BV, 500000 BV, 1000000 BV, 3000000 BV). Kəskin respirator virus infeksiyaları, həmçinin bakterial infeksiya ilə ağırlaşmış qrip daxil olmaqla, pnevmoniya (bakterial, virus, xlamidiya) uşaqlarda və böyüklərdə kompleks terapiyasında Hamilələr də daxil olmaqla, böyüklər və 7 yaşdan yuxarı uşaqlarda tövsiyə olunan doza Viferon 500000 BV hər gün 1 suppozitoriyadan gündə 2 dəfə, hər 12 saatdan bir 5 gun müddətində. Klinik göstəricilərə görə terapiya davam etdirilə bilər. 7 yaşa qədər uşaqlar, o cümlədən yenidoğulmuşlar və gestasiya yaşı 34 həftədən çox olan yarımçıq doğulmuş uşaqlarda tövsiyə olunan doza Viferon150000 BV hər gün 1 suppozitoriya gündə 2 dəfə 12 saatdan bir 5 gün müddətində təyin edilir. Klinik göstəricilərə əsasən terapiya davam etdirilə bilər. Müalicə kursları arasında fasilə 5 gündür. Hestasiya yaşı 34 həftədən az olan yarımçıqdoğulmuş yenidoğulmuşlara VİFERON 150000 BV hər gün 1 şam gündə 3 dəfə 8 saatdan bir təyin edirlər. Müalicə kursu- 5 gündür. Klinik göstərişlərə görə terapiya davam etdirilə bilər. Müalicə kursu arasındakı fasilə 5 gündür. Yenidoğulmuşlarda, o cümlədən yarımçıqdoğulmuşlarda infeksion-iltihabi xəstəliklərin: meningit (bakterial, virus), sepsis, bətndaxili infeksiya (xlamidoz, herpes, sitomeqalovirus infeksiya, enteravirus infeksiya, kandidoz, o cümlədən visperal, mikoplazmoz) komleks terapiyasında Yenidoğulmuşlara , o cümlədən hestasiya yaşı 34 həftədən çox olan yarımçıq doğulmuş uşaqlara VİFERON 150000 BV hər gün 1 suppozitoriya gündə 2 dəfə 12 saatdan bir təyin edirlər. Müalicə kursu- 5 gündür. Hestasiya yaşı 34 həftədən az olan yarımçıqdoğulmuş yenidoğulmuşlara VİFERON 150000 BV hər gün 1 suppozitoriya gündə 3 dəfə 8 saatdan bir təyin edirlər. Müalicə kursu- 5 gündür. Müxtəlif infeksion xəstəliklərdə tövsiyə olunan kurslar: sepsis– 2-3 kurs,meningit - 1-2 kurs, herpetik infeksiya - 2 kurs, enterovirus infeksiya - 1-2 kurs,sitomeqalovirus infeksiya - 2 –3 kurs, mikoplazmoz, kandidoz, o cümlədən viseral - 2-3 kurs. Kurslar arasında fasilə 5 gündür. Klinik göstərişlərə görə müalicə davam etdirilə bilər. Uşaqlarda və böyüklərdə kompleks müalicənin tərkibində xronik В, С, D virus hepatitləri, o cümlədən plazmaferezin və hemosorbsiyanın istifadəsi ilə birgə ifadə olunmuş aktivliyə malik, qaraciyərin sirrozu ilə mürəkkəbləşmiş xronik virus hepatitləri zamanı Böyüklər üçün tövsiyə olunan doza -Viferon 3000000 BV hər gün 1 suppozitoriya gündə 2 dəfə 12 saatdan bir 10 gün müddətində təyin edilir, sonra həftədə 3 dəfə günaşırı 6-12 ay müddətində.Müalicə müddəti klinik effektivlikdən və laborator göstəricilərdən asılıdır. 6 aylığadək uşaqlarda tövsiyə olunan doza gündə 300000-500000 BV; 6 -12 aylığa qədər gündə 500000 BV. 1-7 yaşa qədər uşaqlarda tövsiyə olunan doza gündə bədən səthinin 1 m2 –nə3000000 BV təyin olunur. 7 yaşdan yuxarı uşaqlara sutkada bədən səthinin 1 m2 –nə 5000000 BV təyin olunur. İlk 10 gündə preparat gündə 2 dəfə 12 saatdan bir hər gün istifadə olunur, sonra həftədə 3 dəfə, günaşırı 6-12 ay müddətində istifadə olunur. Müalicə müddəti klinik effektivlik və laborator göstəricilər əsasında müəyyən olunur. Hər bir pasiyent üçün preparatın gündəlik dozasının hesablanması dəqiq yaş üçün tövsiyə olunan dozanı bədən səthinin sahəsinə (Harford, Terri və Rurkuya görə hündürlüyə və kütləyə əsasən bədən səthinin sahəsinin hesablanması üçün nomoqrammaya əsasən hesablanmış) vurmaqla həyata keçirilir. Birdəfəlik dozanın hesablanması hesablanmış gündəlik dozası 2 yeridilməyə bölməklə həyata keçirilir və alınmış kəmiyyət suppozitoriyanın dozasının böyük tərəfinə qədər yuvarlaqlaşdırılması yolu ilə dozalanır. İfadə olunmuş aktivlikli xroniki virus hepatiti və qaraciyər sirrozu olan uşaqlara plazmaferez və/və ya hemosorbsiya aparılmasından əvvəl preparatın 14 gün ərzində hər gün 1 suppozitoriya gündə 2 dəfə 12 saatdan bir istifadəsi göstərişdir (7 yaşa qədər uşaqlara VİFERON 150000 BV, 7 yaşdan yuxarı uşaqlara- VİFERON 500000 BV). Böyüklərdə, o cümlədən hamilələrdə urogenital traktın infeksion –iltihabi xəstəliklərinin (xlamidioz, sitomeqalovirus infeksiyası, ureaplazmoz, trixomoniaz, qardnerellyoz, papilomavirus infeksiyası, bakterial vaginoz, residivləşən uşaqlıq yolu kandidozu, mikoplazmoz) kompleks terapiyasında Böyüklər üçün tövsiyə olunan doza - VİFERON 500000 BV 1 suppozitoriya gündə 2 dəfə 12 saatdan bir hər gün, 5-10 gün ərzində. Klinik göstərişlərə görə müalicə davam etdirilə bilər. Hamilələrdə hamiləliyin II trimestrindən (gestasiyanın 14-cü həftəsindən başlayaraq) Viferon 500000 BV 1 suppozitoriya gündə 2 dəfə 12 saatdan bir,10 gün ərzində, sonra 9 gün gün ərzində 3 dəfə 3 günlük fasilə ilə (4-cü günə) 1 suppozitoriya gündə 2 dəfə 12 saatdan bir. Sonra doğuş baş verənə qədər hər 4 həftədən bir VİFERON 150000 BV 5 gün müddətində hər 12 saatdan bir gündə 2 dəfə 1 suppozitoriya. Lazım gələrsə, doğuşdan əvvəl (hestasiyanın 38-ci həftəsindən) VİFERON 500000 BV preparatının 10 gün müddətində hər 12 saatdan bir, gündə 2 dəfə 1 suppozitoriya istifadəsi göstərişdir. Dərinin və selikli qişaların birincili və residivləşmiş herpetik infeksiyaları, lokallaşmış forma, yüngül və orta ağır gedişli, o cümlədən hamilə qadınlar daxil olmaqla, böyüklərdə urogenital (sidik-cinsiyyət) forma Böyüklər üçün tövsiyə olunan doza – Viferon 1000000 BV 1 suppozitoriya gündə 2 dəfə 12 saatdan bir 10 gün ərzində və nisbətən residivləşən infeksiya zamanı. Klinik göstərişlərə görə müalicə davam etdirilə bilər. Müalicəni dərinin və selikli qişaların zədələnməsinin ilk əlamətləri (qaşınma, yanma hissi, qızartı) meydana çıxan kimi başlamaq tövsiyə olunur. Residiv herpesin müalicəsi zamanı müalicəni prodromal dövrdə və ya residiv əlamətlərinin meydana çıxmasının lap əvvəlində başlamaq tövsiyə olunur. Hamiləliyin II trimestrində olanlara (hestasiyanın 14-cü həftəsindən başlayaraq). VİFERON 500000 BV preparatını 10 gün müddətində 12 saatdan bir, gündə 2 dəfə 1 suppozitoriya, sonra 9 gün ərzində 3-günlük intervallarla (4-cü günə) 3 dəfə 12 saatdan bir, gündə 2 dəfə 1 suppozitoriya istifadə etmək tövsiyə olunur. Daha sonra doğuşa qədər hər 4 həftədən bir 5 gün müddətində hər gün hər 12 saatdan bir, gündə 2 dəfə 1 suppozitoriya VİFERON 150000 BV. Lazım gələrsə, doğuşdan əvvəl (hestasiyanın 38-ci həftəsindən etibarən) VİFERON 500000 BV preparatın 10 gün müddətində gündə 2 dəfə, hər 12 saatdan bir 1 suppozitoriya istifadə edilməsi göstərişdir.
Əlavə təsirləri
Nadir hallarda allergik reaksiyaların inkişaf etməsi mümkündür (dəri səpməsi, qaşınma). Belə hallar geridönəndir və preparatın qəbulu dayandırıldıqdan 72 saat sonra keçib gedir
Buraxılış forması
Rektal suppozitoriyalar (şamlar) 150000 BV, 500000 BV, 1000000 BV, 3000000 BV. 5 və ya 10 şam, PVX/PVX konturlu-yuvalı qablaşdırmada. 1(№10) və ya 2(№5) konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.