Pharmed
VIBURCOL N N12 SAM
VİBURKOL N
VİBURKOL N Tərkibi
Təsiredici maddələr: 1 şamın tərkibində vardır: Chamomilla recutita D1 1,1 mq; Atropa
belladonna D2 1,1 mq; Plantago major D3 1,1 mq; Pulsatilla pratensis D2 2,2
mq; Calcium carbonicum Hahnemanni D8 4,4 mq.
Köməkçi maddələr: bərk yağ.
Farmakoterapevtik qrupu
Homeopatik dərman vasitəsi.
ATC kodu: V03AX. Digər terapevtik məhsullar.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası:
Tək təsiredici maddələrin klinik təsvirinə əsaslanan homeopatik dərman maddələrinin və dərman
vasitələrinin təsir mexanizmi, təbii özünü tənzimləmə proseslərin dəstəklənməsi və ya modulyasiyası
ilə izah edilə bilər.
Farmakokinetikası:
Homeopatik dərman vasitələrində adətən potensiya olunmuş təsiredici maddələr olur. Homeopatik
təsiredici maddələrin və homeopatik preparatların dozadan asılı təsirləri olmadığından, farmakologiya
ilə əlaqəli farmakokinetik profili haqqında məlumat yoxdur.
İstifadəsinə göstərişlər
Qızdırma və qızdırmasız narahatlıq hissi keçirən körpələr və uşaqlar üçün şamlar; adi infeksiyaların
simptomatik müalicəsi.
Əks göstərişlər
Preparatın tərkibində olan komponentlərdən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Əgər simptomlar davam edərsə və ya daha da pisləşərsə, həkimə müraciət etmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Heç bir qarşılıqlı təsir qeydə alınmamışdır və homeopatik durulaşdırılmalar səbəbilə hər hansı qarşılıqlı
təsir gözlənilmir. Həkiminiz son vaxtlarda qəbul etdiyiniz bütün dərman vasitələri ilə bağlı (hətta onlar
reseptsiz buraxılan dərman vasitələri olsalar da) məlumatlandırılmalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu preparatda təqdim olunmuş maddələrin homeopatik həll edilmiş məhlullarının hamiləlik və
laktasiya müddətində toksiki olmaları məlum deyil. Bütün dərman vasitələri kimi, hamiləlik və
laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə öz həkiminizlə və ya tibbi mütəxəssislə
məsləhətləşin.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsir
göstərmir və homeopatik durulaşdırılmalar səbəbilə heç bir təsiri gözlənilmir.
VİBURKOL N İstifadə qaydası və dozası
Kəskin pozulmalarda 1 ədəd şam düz bağırsağa yeridilir və prosedur bir neçə dəfə təkrar edilir;
simptomlar yüngülləşdikdən sonra gündə 2-3 dəfə 1 şam. Yaşı 6 aylığa qədər olan (doğulduğu gündən)
körpələr üçün maksimum gündə 2 dəfə 1 şam.
Böyüklər və 12 yaşdan yuxarı uşaqlar üçün maksimum doza gündəlik 6 dəfəyə qədər hər 2 saatdan bir
2 şam,
6-11 yaş arası uşaqlar üçün gündəlik 8 dəfəyə qədər hər 2 saatdan bir 1 şam,
2-5 yaş arası uşaqlar üçün gündəlik 6 dəfəyə qədər hər 2 saatdan bir 1 şam,
6 aydan 2 yaşa qədər olan uşaqlar üçün gündəlik 4 dəfəyə qədər hər 2 saatdan bir 1 şam.
Əlavə təsirləri
Çox nadir hallarda allergik dəri reaksiyaları ola bilər.
Doza həddinin aşılması
Doza həddinin aşılması haqqında məlumat yoxdur və homeopatik durulaşdırılmalar səbəbilə heç bir
hadisə gözlənilmir. Əgər tövsiyə olunan dozanı aşmısınızsa, həkimə müraciət edin.
Buraxılış forması
6 şam blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.