PharmEd

pharmed

VAZELIN 30ML YAG

VAZELİN YAĞI
VASELINE OIL

 

Tərkibi
Təsiredici maddə: 1 flakonda 30 ml vazelin yağı vardır.

 

Təsviri
Rəngsiz, şəffaf, qoxusuz yağlı mayedir.

 

Farmakoterapevtik qrupu
İşlədici vasitə.
ATC kodu: A06AA01.

 

İstifadəsinə göstərişlər
Daxilə
Böyüklərdə qəbizlik.
Xaricə
Tibbi prosedurların aparılmasından əvvəl imalələrin, qazçıxarıcı boruların ucluğunu yağlamaq üçün.

 

Əks göstərişlər
Dərman vasitəsinə qarşı yüksək həssaslıq, qarın boşluğu orqanlarının kəskin iltihabi prosesləri
(appendisit, peritonit, mədə və onikibarmaq bağırsağın xorası, xoralı kolit), bağırsaq keçməzliyi, bağırsaq qanaxması, qızdırma sindromu, hemorroy, hamiləlik, menstruasiya dövrü, 18 yaşa
qədər uşaqlar.
Yağda həll olan birləşmələrlə (fosfor, benzol və s.) zəhərlənmələrdə istifadə etmək olmaz. Yağda həll olan antihelmint vasitələrlə eyni vaxtda daxilə qəbul etmək olmaz.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri
İstifadə etməzdən əvvəl çalxalamaq lazımdır.
Vazelin yağının daxilə qəbulu kursu bitdikdən sonra müəyyən vaxt anal dəlikdən xaric ola və alt paltarı çirkləndirə bilər.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Yağda həll olan antihelment vasitələrin əlavə təsirlərini gücləndirir.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi
Uşaqlığın reflektor stimulyasiyasının mümkünlüyündən dərman vasitəsini hamilə qadınlara təyin etmək olmaz.
 
Laktasiya dövründə, yalnız ana üçün gözlənilən fayda uşağa olan riskdən üstün olduğu halda həkim təyinatı ilə istifadə edilir.

 

Pediatriyada istifadəsi
Uşaqlarda yalnız xaricə istifadə edilə bilər.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Məlumat yoxdur.

 

İstifadə qaydası və dozası
Böyüklərə gündə 1 dəfə yeməkdən 2 saat sonra 15-30 ml (1-2 xörək qaşığı) daxilə təyin edilir. Müalicə kursu 5 gündən artıq olmamalıdır.

 

Əlavə təsirləri
Uzun müddət istifadəsi həzm prosesinin pozulmasına, bağırsağın atoniyasına, ürəkbulanmaya, anoreksiyaya, A, D, E, K vitaminlərinin hipovitaminozuna, anal dəlikdə qıcıqlanmaya və
qaşınmaya səbəb ola bilər. Ayrı-ayrı hallarda allergik reaksiyalar (hiperemiya, qaşınma) mümkündür.

 

Doza həddinin aşılması
Simptomları
Diareya, su-elektrolit balansının pozulması. Müalicə simptomatikdir.

 

Buraxılış forması
30 ml məhlul, şüşə flakonda. Flakonlar qutusuz, bərabər sayda içlik vərəqə ilə birlikdə qrup qutuya qablaşdırılır.

 

Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 

Yararlılıq müddəti
5 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.

 

İstehsalçı
“Borisov Dərman Preparatları Müəssisəsi” ASC.
Belarus Respublikası, Minsk vilayəti, Borisov ş., Çapayev k., 64. Tel.: +375 (177) 735612, 731156.