PharmEd

pharmed

VALOKARDIN 20ML DAMLA

Bu preparatı istifadə etməzdən öncə bu içlik vərəqəni diqqətlə oxuyun, çünki burada Sizin üçün mühüm məlumatlar vardır.
•    Bu içlik vərəqəsini saxlayın. Siz onu bir daha oxumalı ola bilərsiniz.
•    Ətraflı məlumat və ya məsləhətə ehtiyac olduqda əczaçıya müraciət edin.
•    Sizdə hər hansı əlavə təsir baş verdikdə, həkimə və ya əczaçıya bu barədə məlumat verin. Bunlara bu iclikdə göstərilməyən hər hansı əlavə təsirlər də aiddir.
•    Yaxşılaşma hiss etmətikdə və ya özünüzü daha da pis hiss etdikdə, həkimə müraciət edin.


VALOKORDİN    oral damcı VALOCORDIN®

Beynəlxalq patentləşdirilməmiş adı: Phenobarbital + Ethylbromisovalerinate

Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun (30 damcı) tərkibində 18,4 mq fenobarbital və 18,4 mq etilbromizovalerinat vardır.
Köməkçi maddələr:etanol, mayaotu yagı, nanə yağı, təmizlənmiş su.

Təsviri
Xüsusi qoxulu və acı dadı olan şəffaf, rəngsiz məhluldur.

Farmakoterapevtik qrupu
Barbituratlar digər maddələrlə kombinasiyada.
ATC kodu: N05CB02/N05CM.

İstifadəsinə göstərişlər
-    Sinir mənşəli ürək ağrıları,
-    əsəbiliklə müşayiət olunan yüksək oyanıqlıq və psixosomatik pozğunluqlar,
-    narahatlıq və əsəbilik,
-    yuxu pozğunluqları və vegetativ həyəcan halları.

Əks göstərişlər
-    Preparatın hər hansı bir komponentinə qarşı hiperhəssaslıq, fenobarbital və broma qarşı allergiya,
-    kəskin qaraciyər porfiriyası,
-    ağır böyrək və qaraciyər xəstəlikləri,
-    hamiləlik və laktasiya.
 
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Valokordin preparatını qəbul etməzdən əvvəl həkim və ya əczaçıyla məsləhətləşin.
-    Fenobarbitalın istifadəsi zamanı həyat üçün potensial təhlükəli dəri səpgiləri (Stivens- Conson sindromu, toksik epidermal nekroliz) halları bildirilmişdir. Bu əvvəlcə gövdədə mərkəzi suluqlar olan qırmızı hədəf kimi ləkələr və ya dairəvi ləkələr kimi görünür, sonra dərinin geniş şəkildə suluqlanmasına və soyulmasına kimi proqressivləşə bilər.
-    Valokordin preparatının istifadəsi zamanı Stivens-Conson sindromu və ya toksik epidermal nekroliz yarandıqda, bu preparatla müalicə dayandırılmalı və heç vaxt yenidən başlanmamalıdır
-    Özünüzü pis hiss etdikdə gecikmədən həkimə müraciət edin.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Resept əsasında və ya reseptsiz buraxılmasından asılı olmayaraq, hər hansı digər dərman vasitəsi
istifadə edirsinizsə və ya bu yaxınlarda istifadə etmisinizsə, lütfən həkimə və ya əczaçıya bu barədə məlumat verin.
Digər dərmanların və ya vasitələrin eyni vaxtda istifadəsi bəzi dərmanlara təsir edə bilər.
Mərkəzi sinir sistemini sakitləşdirən preparatların alkoqolla birlikdə qəbulu zamanı qarşılıqlı təsir effekti yaranır. Tərkibində valproy turşusu olan preparatlar barbituratların təsirini artırır.
Valokordin preparatının tərkibində olan fenobarbital səbəbindən kumarin törəmələri, lamotricin, qalxanabənzər vəzin hormonları, doksisiklin, xloramfenikol, göbələkəleyhinə preparatlar (azol tipli), qrizeofulvin, qlükokortikoidlər və ya oral kontraseptivlər ilə eyni zaman istifadə edildikdə əlavə təsirlər yarana bilər. Fenobarbital yuxarıda göstərilən dərman vasitələrinin təsirini azaldır. Metotreksat tərkibli preparatların toksik təsiri artır.

Hamiləlik və laktasiya dövründə istifadəsi
Əgər Siz hamiləsiniz və ya uşaq əmizdirirsiniz, hamilə ola biləcəyinizi güman edirsiniz və ya hamilə qalmağı planlaşdırırsınız, bu dərmanı qəbul etməzdən əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin.

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
İstifadəsi üzrə təlimata uyğun istifadə edildikdə belə, Valokordin pasiyentin reaksiyasını zəiflədə bilər ki, bu da nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir göstərə bilər.
İstifadə qaydası və dozası
Bu preparatı həmişə bu içlik vərəqədə olan təlimatlara uyğun qəbul edin. Bu dərman vasitəsinin istifadəsinə dair əlavə suallar yaranarsa, həkim və ya əczaçı ilə məsləhətləşin.
Tövsiyə olunan doza Böyüklər
Başqa göstəriş olmadıqda, böyüklər 22-30 damcı az miqdarda maye ilə gündə üç dəfə yemək vaxtı qəbul etməlidirlər.
Yuxu pozuluğu halında doza 45 damcıya qədər artırıla bilər. Müalicə müddəti həkim tərəfindən təyin edilir.
Bu dərman vasitəsinin istifadəsinə dair əlavə suallar yaranarsa, həkim və ya əczaçı ilə əlaqə saxlayın.

Əlavə təsirləri
Bütün dərmanlar kimi, Valokordin preparatı da hamıda olmasa da əlavə təsirlərin yaranmasına səbəb ola bilər.
Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez:    10 pasiyentdən 1-dən azında baş verir; tez-tez:     100 pasiyentdən 1-10-da baş verir;bəzən:    1000 pasiyentdən 1-10-da baş verir;
 
nadir:    10 000 pasiyentdən 1-10-da baş verir;
çox nadir:    10 000 pasiyentdən 1-dən azında baş verir,
məlum deyil:    mövcud məlumatlara görə başvermə tezliyini müəyyən etmək mümkün deyil.
Çox nadir hallarda: allergik reaksiyalar (məsələn, təngənəfəslik, üz şişkinliyi, səpgi).
Həyat üçün potensial təhlükəli dəri səpgiləri (Stivens-Conson sindromu, toksik epidermal nekroliz) halları bildirilmişdir.
Uzunmüddətli istifadəsi zamanı asılılıq və bromizm təhlükəsi vardır (bromidlə xroniki intoksikasiya); dərman vasitəsinin istifadəsi qəfil kəsildikdə, ləğvetmə simptomları mümkündür. Bəzən mədə və bağırsaq ağrıları və allergik reaksiyalar (məsələn, broma qarşı) baş verə bilər.
Osteopeniya və osteoporoz (sümüyün incəlməsi) və sınıqlar daxil olmaqla sümük xəstəlikləri
haqqında məlumatlar var. Fenobarbital preparatının uzunmüddətli qəbulu, anamnezdə osteoporoz xəstəliyi və ya steroidlərin qəbulu zamanı həkim və ya əczaçıya müraciət edin.Prepartın uzunmüddətli istifadəsi asılılığa səbəb ola bilər.

Buraxılış forması
20 və ya 50 ml məhlul tünd qəhvəyi rəngli şüşə flakonda. 1 fakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan, qaranlıq yerdə, orijinal qablaşmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Son istifadə müddəti müvafiq ayın son gününə aiddir.

Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.

İstehsalçı
Krewel Meuselbach GmbH, Almaniya.
Ünvan
Krewelstrasse, 2
53783 Eitorf, Almaniya.

İstehsalat sahəsi
Xavier-Vorbrüggen-Strasse, 6,
98694, Ilmenau, Almaniya.