PharmEd

Pharmed

VALIDOL 60MG N10 TB (DARNITSA)

TƏSDİQ EDİLMİŞDİR

 Azərbaycan Respublikası

 Səhiyyə Nazirliyi

 Farmakoloji və Farmakopeya

 Ekspert Şurasının sədri

 

 _____________ E.M.Ağayev

 “___” _________2018-ci il

 

 

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

VALİDOL-DARNİTSA tabletlər

VALIDOL-DARNITSA

 

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 60 mq izovalerian turşusunun mentil efirində mentol

 məhlulu vardır.

Köməkçi maddələr:kristallik şəkər, kalsium stearat.

 

Təsviri

Yastı silindr formalı, xətli və iti tərəfli, xarakterik mentol qoxulu, ağ və ya demək olar ki,

sarımtıl ağ rəngli tabletlərdir. Tabletin səthində bozumtul çillər və tozabənzər ərp

yolveriləndir.

 

Farmakoterapevtik qrupu

Kardioloji preparat.

 

ATC kodu: C01EX.

 

Farmakoloji xüsusiyyətləri

 

Farmakodinamikası

Validol mürəkkəb maddə olub, mentolun izovalerian turşusunun mentil efirində həll

edilməsi zamanı yaranır. Sublinqval istifadə zamanı preparatın təsiri mentol və izovalerian

turşusunun efirinin effekti ilə əlaqədardır. Birinci maddə, ağız boşluğunun selikli qişasında

hissi sinir uclarını qıcıqlandıraraq, reflektor damargenişləndirici (tac-damargenişləndirici) təsir

göstərir.

İkinci maddə, ağrı hissini tənzimləyən enkefalinlərin, endorfinlərin, dinorfinlərin və peptidlərin

mərkəzi sinir sistemində yaranmasını stimulə edir. Preparatın istifadəsi nəticəsində regional

qan dövranı yaxşılaşır, ağrı hissinin ifadəliliyi azalır. Preparat sakitləşdirici təsir göstərir.

 

Farmakokinetikası

Preparat ağız boşluğunda tez sorulur və bir neçə dəqiqədən sonra qan dövranı sistemində

maksimum konsentrasiyaya çatır. Preparatın təsiri, sublinqval istifadə zamanı 5 dəqiqədən

sonra güclənir.

Qismən qaraciyərdə transformasiyaya uğrayır. Transformasiya məhsulları orqanizmdən

bağırsaq və öd vasitəsilə xaric edilir. Preparat orqanizmdən sidik və verilən nəfəslə

dəyişilməmiş şəkildə xaric edilir.

 

İstifadəsinə göstərişlər

- Yüngül dərəcəli stenokardiya tutmaları;

- dəniz və hava xəstəliyi;

- isteriya;

- nevroz;

- nitratların qəbulu ilə əlaqədar olan başağrısı.

 

Əks göstərişlər

- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;

- arterial hipotenziya;

- kəskin miokard infarktı.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatın qəbulundan sonra ürək nahiyəsində ağrı keçməzsə, koronar sindromu istisna

etmək vacibdir. Stenokardiya tutmaları zamanı preparatın kombinəolunmuş terapiyanın

tərkibində istifadəsi zamanı ilk 5 dəqiqə ərzində effekt olmazsa, nitratlar təyin edilməlidir.

Preparatın tərkibində şəkər vardır, bu səbəbə görə şəkərli diabetdən əziyyət çəkən

pasiyentlərdə ehtiyatla istifadə etmək lazımdır.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Nitratlar

Preparatla nitratlar eyni vaxtda istifadə edildikdə, ikincinin istifadəsi zamanı yaranan

başağrısı azalır.

Validol-darnitsa sedativ preparatlar, psixotrop vasitəllər, opioid analgetiklər, alkoqol və

narkoz üçün vasitələrlə eyni vaxtda istifadə edildikdə, sonuncuların effektini gücləndirir.

Antihipertenziv preparatlar

Validol-Darnitsa ilə antihipertenziv preparatların eyni vaxtda istifadəsi zamanı

ikincinin təsirinin güclənməsi mümkündür.

 

Doza həddinin aşılması

Simptomları

Başağrısı, ürəkbulanma, oyanıqlıq, ürəyin işinin pozulması, arterial təzyiqin enməsi, mərkəzi

sinir sisteminin zəifləməsi, preparatın komponentlərinə qarşı yüksək həssaslıq (angionevrotik

ödem, övrə, qaşınma, səpgi).

Müalicəsi

Doza həddi aşıldığı zaman preparatın qəbulu dayandırılmalı və simptomatik müalicə

aparılmalıdır.

 

Buraxılış forması

6 və ya 10 tablet, konturlu-yuvalı qablaşdırmada, 1 konturlu -yuvalı qablaşdırma içlik vərəqə

ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Saxlanma şəraiti

8-15°С temperaturda, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq

lazımdır.

 

Yararlılıq müddəti

2 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

 

İstehsalçı

“Darnitsa” Əczaçılıq Şirkəti” ÖSC, Ukraynaş

 

Ünvan

Ukrayna, 02093, Kiyev ş., Borispolskaya k., 13.