Pharmed
VALIDOL 50MG N40 CAP
VALİDOL
Beynəlxalq patentləşdirilməmiş adı: Levomenthol solution in menthyl isovalerate
Tərkibi
Təsiredici maddə: 1 kapsulda 50 mq mentil izovalerat şəklində levomentol məhlulu vardır. Köməkçi maddələr:jelatin, qliserin, metilparahidroksibenzoat. Tarmakoterapevtik qrupu Reflektor təsirli koronar-dilatasiyaedici vasitə.
ATC kodu: C01EX.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası: Sedativ təsir göstərir, sinir uclarının həssaslığının qıcıqlnması ilə əlaqədar mülayim reflektor damargenişləndirici təsir göstərir. Enkefalinlərin, endorfinlərin və bir sıra digər peptidlərin, histaminlərin, kininlərin (selikli qişanın reseptorlarının qıcıqlanması hesabına) hasil və azad olmasını stimulə edir ki, bu da, damarların keçiriciliyinin tənzimlənməsində, ağrı hissinin formalaşmasında aktiv iştirak edir. Sublinqval qəbul zamanı terapevtik effekt orta hesabla 5 dəqiqədən sonra baş verir, bu zaman preparatın 70%-i 3 dəqiqə ərzində azad olur.
Farmakokinetikası: Sublinqval istifadə zamanı ağız boşluğunun selikli qişasından absorbsiya olur. Sorulmadan sonra qaraciyərdə biotransformasiyaya uğrayır və qlükuronidlər şəklində böyrəklər vasitəsilə xaric olur. İstifadəsinə göstərişlər Funksional kardialgiya, nevrozlar, eləcə də, dəniz və hava xəstəliyi zamanı qusmaəleyhinə vasitə kimi.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, 18 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Alkoqolla eyni vaxtda istifadəsi məsləhət görülmür.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Mərkəzi sinir sistemini zəiflədən dərman vasitələrilə eyni vaxtda istifadəsi zamanı onların təsirini gücləndirir. Preparatın nitratlarla eyni vaxtda istifadəsi, onların qəbulu zamanı yaranan başağrını azaldır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi, o halda mümkündür ki, ana üçün gözlənilən fayda dölə və ya uşağa olan potensial riskdən üstün olsun.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın qəbulu dövründə nəqliyyat idarə edərkən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olarkən ehtiyatlı olmaq lazımdır.
VALİDOL istifadə qaydası və dozası
Validol böyüklərə dilaltı təyin edilir. Kapsulu ağızda dilin altında tam sorulana qədər saxlamaq lazımdır. Gündə 2-3 dəfə 1 kapsul qəbul edilir. Sutkalıq qəbulu və müddəti müalicənin effektivliyindən asılı olaraq müəyyən edilir. Kifayət qədər effekt olmadıqda və ya ayrı-ayrı pasiyentlərdə yaxın 5 dəqiqə ərzində preparatın qəbulu zamanı effekt müşahidə edilmədikdə, digər terapiyanın təyin edilməsi üçün həkimə müraciət etmək lazımdır.
Əlavə təsirləri
Ürəkbulanma, gözün sulanması, başgicəllənmə mümkündür. Preparatın ləğv edilməsi zamanı adətən bu əlavə təsirlər özbaşına keçir. Allergik reaksiyaların (dəri səpgisi, qaşınma, angionevrotik ödem) inkişafı mümkündür.
Doza həddinin aşılması
Simptomları Başağrı, ürəkbulanma, oyanıqlıq vəziyyəti, ürək fəaliyyətinin pozulması, arterial təzyiqin kəskin enməsi, mərkəzi sinir sisteminin zəifləməsi.
Müalicəsi
Preparatın ləğv edilməsi, simptomatik terapiya.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.