Pharmed
VALIDOL 50MG N20 CAP
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
“_____”__________ 2020-ci il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
VALİDOL dilaltı kapsullar
VALIDOL
Beynəlxalq patentləşdirilməmiş adı: Levomenthol solution in menthyl isovalerate
Tərkibi
Təsiredici maddə: 1 kapsulda 50 mq mentil izovalerat şəklində levomentol məhlulu vardır.
Köməkçi maddələr:jelatin, qliserin, metilparahidroksibenzoat.
Təsviri
Yumşaq, şara bənzər, rəngsizdən açıq-sarı rəngə qədər, içərisində rəngsiz və ya azacıq rəngli
yağlı maye olan, mentol qoxulu jelatin kapsullardır.
Farmakoterapevtik qrupu
Reflektor təsirli koronar-dilatasiyaedici vasitə.
ATC kodu: C01EX.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Sedativ təsir göstərir, sinir uclarının həssaslığının qıcıqlnması ilə əlaqədar mülayim reflektor
damargenişləndirici təsir göstərir. Enkefalinlərin, endorfinlərin və bir sıra digər peptidlərin,
histaminlərin, kininlərin (selikli qişanın reseptorlarının qıcıqlanması hesabına) hasil və azad
olmasını stimulə edir ki, bu da, damarların keçiriciliyinin tənzimlənməsində, ağrı hissinin
formalaşmasında aktiv iştirak edir.
Sublinqval qəbul zamanı terapevtik effekt orta hesabla 5 dəqiqədən sonra baş verir, bu zaman
preparatın 70%-i 3 dəqiqə ərzində azad olur.
Farmakokinetikası
Sublinqval istifadə zamanı ağız boşluğunun selikli qişasından absorbsiya olur. Sorulmadan sonra
qaraciyərdə biotransformasiyaya uğrayır və qlükuronidlər şəklində böyrəklər vasitəsilə xaric
olur.
İstifadəsinə göstərişlər
Funksional kardialgiya, nevrozlar, eləcə də, dəniz və hava xəstəliyi zamanı qusmaəleyhinə vasitə
kimi.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, 18 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Alkoqolla eyni vaxtda istifadəsi məsləhət görülmür.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Mərkəzi sinir sistemini zəiflədən dərman vasitələrilə eyni vaxtda istifadəsi zamanı onların
təsirini gücləndirir. Preparatın nitratlarla eyni vaxtda istifadəsi, onların qəbulu zamanı yaranan
başağrını azaldır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi, o halda mümkündür ki, ana üçün
gözlənilən fayda dölə və ya uşağa olan potensial riskdən üstün olsun.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri
Preparatın qəbulu dövründə nəqliyyat idarə edərkən və yüksək diqqət və sürətli psixomotor
reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olarkən ehtiyatlı olmaq
lazımdır.
İstifadə qaydası və dozası
Validol böyüklərə dilaltı təyin edilir. Kapsulu ağızda dilin altında tam sorulana qədər saxlamaq
lazımdır. Gündə 2-3 dəfə 1 kapsul qəbul edilir. Sutkalıq qəbulu və müddəti müalicənin
effektivliyindən asılı olaraq müəyyən edilir. Kifayət qədər effekt olmadıqda və ya ayrı-ayrı
pasiyentlərdə yaxın 5 dəqiqə ərzində preparatın qəbulu zamanı effekt müşahidə edilmədikdə,
digər terapiyanın təyin edilməsi üçün həkimə müraciət etmək lazımdır.
Əlavə təsirləri
Ürəkbulanma, gözün sulanması, başgicəllənmə mümkündür. Preparatın ləğv edilməsi zamanı
adətən bu əlavə təsirlər özbaşına keçir. Allergik reaksiyaların (dəri səpgisi, qaşınma,
angionevrotik ödem) inkişafı mümkündür.
Doza həddinin aşılması
Simptomları
Başağrı, ürəkbulanma, oyanıqlıq vəziyyəti, ürək fəaliyyətinin pozulması, arterial təzyiqin kəskin
enməsi, mərkəzi sinir sisteminin zəifləməsi.
Müalicəsi
Preparatın ləğv edilməsi, simptomatik terapiya.
Buraxılış forması
50 mq-lıq dilaltı kapsullar.
20 kapsul, polivinilxlorid örtüklü və laklı çap edilmiş alüminium folqalı konturlu-yuvalı
qablaşdırmada. 1 və ya 2 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya
qablaşdırılır.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə
saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi
“Meligen” əczaçılıq müəssisəsi” QSC, Rusiya.
Ünvan
Hüquqi ünvan
188676, Leninqradskaya vilayəti, Vsevolojskiy rayonu, Şeqlovo qəsəbəsi, ev 53a.
İstehsal ünvanı
188676, Leninqradskaya vilayəti, Vsevolojskiy rayonu, Şeqlovo qəsəbəsi, ev b/n.
İstehlakçıların iradlarını qəbul edən təşkilat
188676, Leninqradskaya vilayəti, Vsevolojskiy rayonu, Şeqlovo qəsəbəsi, ev 53a.
Tel.:/Faks: (812) 336-16-82.