PharmEd

Herba Flora

UROS 10 KAPSUL

Uros 10 

 

Herba Flora şirkətinin uroseptik effektli, kapsul formasında istehsal etdiyi
məhsuludur.

Tərkibi

Ayıqulağı, qatırquyruğu, tozağacı, mərcangilə, istiotlu nanə
bitkisinin quru ekstraktlarından hazırlanmışdır.

 

İstifadə qaydası:


18 yaşdan yuxarı: gündə 2 dəfə hər dəfə 1-2 kapsul yeməkdən sonra daxilə qəbul edilir.
Qəbul müddəti 2 həftədir.
 
Qeyd: yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.
 
Əks göstəriş

Preparatın tərkib hissələrinə qarşı fərdi həssaslıq, kəskin böyrək
çatışmazlığı.
 
Saxlanma şəraiti

Rütubətdən qorunmaqla, 25°C-dən yuxarı olmayan temperaturda və
uşaqlar üçün əlçatmaz yerdə saxlayın.
 
Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.


Bioloji aktiv qida məhsuludur.
MQ-05-000289
Məhsul normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.

Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə
məsləhətləşin.
 
Yararlılıq müddəti:

2 il.
Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.
 
Buraxılış forması:

400 mq-lıq 60 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.
 
İstehsalçı:

“Herba Flora” MMC
Azərbaycan Respublikası, 
Abşeron rayonu, Qobu ŞTQ, 
Güzdək yolunun üstü
 www.herba-flora.com 
info@herba-flora.com
TŞ AZ 1400297541.030-2022 üzrə istehsal olunur.