PharmEd

pharmed

UROLEN N30 DRJ

UROLEN

 

UROLEN Tərkibi

Təsiredici maddələr: 1 drajenin tərkibində Cəfəri kökünün (Petroselini radix), Lobya meyvəyanlığının (Phaseoli pericarpium), Tozağacı yarpaqlarının qatı ekstraktı (Betulae folium) 86,2 mq, Çobanyastığı otunun quru ekstraktı (Chamomillae herba extractum siccum) 8 mq, Mərsin yarpaqlarının quru ekstraktı (Vitis idaeae folium extractum siccum) 26 mq, toz halına qədər xırdalanmış Lobya meyvəyanlığı (Phaseoli pericarpium pulv.) 78 mq, kalium sitrat (Kalium citricum) 19 mq, natrium sitrat (Natrium citricum) 16 mq. Köməkçi maddələr: limon turşusu, saxaroza, laktoza monohidrat, kartof nişastası, maqnezium stearat, talk. Örtuk: saxaroza, talk, Ərəbistan kitrəsi, indiqotin, Kapol (Capol) 1295.

 

Farmakoloji xüsusiyyətləri

Urolen kombinəedilmiş bitki mənşəli preparatdır. Diuretik, spazmolitik, litolitik, uroseptik, iltihabəleyhinə təsirə malikdir. Daşların əmələ gəlməsini ləngidir, daşların yumşalmasına və onların deminerallaşmasına səbəb olur. Oksalat və urat duzlarının və xırda daşların çıxmasına kömək edir. Diurezi stimullaşdırır və sidik traktının əzələlərini yumşaldır. Digər uroseptiklərlə birlikdə istifadə edildikdə Urolen onların bakterisid təsirini yüksəldir və müalicənin effektivliyini artırır. Uroleni uzun müddət qəbul etmək olar.

 

İstifadəsinə göstərişlər

Pielonefrit, sidik sisteminin iltihabi vəziyyəti, böyrəkdaşı xəstəliyi, kristalluriya (sidik turşulu diatez, sitraturiya), əməliyyatdan sonrakı dövr (həkim ilə məsləhətdən sonra).

 

Əks göstərişlər

Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Urolenin sidikqovucu, spazmolitik və iltihabəleyhinə təsirə malik olan digər preparatlarla birlikdə qəbul edilməsi mümkündür.

 

UROLEN İstifadə qaydası və dozası

Böyüklər üçün: gündə 2-3 dəfə 2 draje qəbul edilir. 3 yaşdan böyük uşaqlar üçün: gündə 2-3 dəfə 1 draje.

 

Əlavə təsirləri

Nadir hallarda allergik reaksiyalar baş verə bilər.

 

Buraxılış forması

15 draje, blisterdə. 2 blister (30 draje), içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.