Pharmed
TUTUKON NEO 250ML SRP
TUTUKON NEO
TUTUKON NEO Tərkibi
Təsiredici maddələr: 100 ml daxilə qəbul üçün məhlulun tərkibində 4737,8 mq çöl qatırquyruğu,
2742,9 mq qırmızı quduzotu, 2327,3 mq boldo yarpaqları, 1413,0 mq
kaktus, 1413,0 mq pişikquyruğu, 1413,0 mq rozmarin, 1413,0 mq
samurdişi otu, 1413,0 mq aptek limonotu vardır.
Köməkçi maddə: benzoat natrium, kalium sorbat, susuz limon turşusu, sukraloza, makroqol,
polisorbat, təmizlənmiş su.
Farmakoloji qrupu
Urologiyada tətbiq olunan vasitələr, müxtəlif preparatlar, onların kombinasiyası daxil olmaqla.
ATC kodu: G04BX50.
Farmakoloji xüsusiyyətləri
Dərmanın klinik effekti inqrediyentlərin tərkibindəki essensial yağlar, flavonoidlər, fenol karbon
turşular və onların törəmələri, fenilpropanoidlər – rozmarin turşusu və onun etil efirləri, kofein,
xlorogen turşusu, n-kumar, ferul və sinapin turşuları; ursol, silisium, akolit turşuları, oksalik
turşusu, alma turşusu, turşəng turşusu, alkaloidlər, qlikozidlər, tanninlər, pektinlər, saponinlər,
sterollar, kumarin, qatılaşmış vitaminlər, minerallar, mikroelementlər, qatran ilə bağlıdır. Adı
çəkilən aktiv maddələr böyrək damar divarının keçiriciliyini azaldır, böyrək və sidik axarı qan
damarlarını genişləndirir, renal kanalcıq epitelisinin funksiyasını bərpa edir, osmotik effekt göstərir
(ion balansını pozmadan – kaliumtutucu effekt), iltihab mediatorlarının sintezini və aktivasiyasını
inhibə edir, sidik turşusunun xaric olmasını stimullaşdırır və bununla kristal formalaşmasının, daş
əmələ gəlməsinin və böyüməsinin qarşısını alır, sidik pH-nı normallaşdırır, leykotriyen sintezini və
sərbəst radikal reaksiyalarını inhibə edir, bakterial membranı dağıdır, bakterial hialuronidazanı
inhibə edir, sidikdə zülal səviyyəsini azaldır və antibiotik terapiyanın effektini potensə edir.
Farmakokinetikası:
Bitki tərkibli preparat olan Tutukon NEO-nun müxtəlif urinar simptomlarda effektivliyini
qiymətləndirmək məqsədi ilə 20 müxtəlif mənşəli böyrək xəstəliklərindən əziyyət çəkən xəstələr
arasında tədqiqat aparılmışdır. Tutukon NEO ilə 2 ay müalicədən sonra xəstələrdə dizuriya,
pollakiuriya, nikturiya, stranquriya əlamətləri, sidik təzyiqi düşməsi halları azalmışdır, sidik
saxlama qabiliyyəti yaxşılaşmışdır. Stranquriya 10 xəstədə tamami ilə aradan qalxmışdır.
Tədqiqatın sonuna sidiksaxlaya bilməmək 70%-dən 40% qədər azalmışdır. Tutukon NEO ilə
müalicə sidik görünüşündə də xeyli fərq yaratmışdır, belə ki, 90% xəstədə sidiyin rənginin açılması
baş vermişdi.
İstifadəsinə göstərişlər
• Böyrəklərdə artıq miqdarda duzların əmələ gəlməsi (urat, oksalat, fosfat, karbonat);
• Daşların xaric edilməsindən sonra daşəmələgəlmənin profilaktikası;
• Podaqra;
• Sidik yollarının infeksiyası: sistit, uretrit, pielonefrit;
• Sidik və öd yollarının spazmı;
• Litotripsiyadan sonra konkrementləri xaric etmək məqsədi ilə;
• Spastik kolit;
• İntoksikasiyanın müxtəlif növləri (dərman, alkoqol, narkotik, qida zəhərlənmələri)
Əks göstərişlər
Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Əgər qəbul vaxtı ötürülmüşsə, növbəti qəbul zamanı ikiqat doza qəbul etmək məsləhət görülmür.
Böyrəklərin iltihabi xəstəlikləri zamanı həkimlə məsləhətləşmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər preparatlarla qarşılıqlı təsiri məlum deyil.
Hamiləlik və laktasiya dövründə istifadəsi
TUTUKON NEO-nun hamiləlik və laktasiya dövründə istifadəsi tövsiyə olunmur.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
TUTUKON NEO nəqliyyat vasitələrini və mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.
TUTUKON NEO İstifadə qaydası və dozası
TUTUKON NEO daxilə gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir.
Müalicəvi doza
Yaş, Doza
Məktəbəqədər yaş dövrü 1-1,5ml-dən gündə 3 dəfə
Məktəbyaşlı uşaqlar 2,5ml-dən gündə 3 dəfə
Böyüklər 7ml-dən gündə 3 dəfə
Hamilələr (Hamilələrə tövsiyə olunmur,
yalnız ciddi həkim nəzarəti altında)
3ml-dən gündə 3 dəfə
Preparatın qəbul edilmə müddəti 2-4 həftə təşkil edir. Doza həkim tərəfindən korreksiya edilə bilər.
Uşaqlarda istifadəsi
12 yaşadək uşaqlarda həkimin təyinatına əsasən istifadə etmək lazımdır.
Əlavə təsirləri
Nadir hallarda- ürəkbulanma, qusma, qəbizlik, allergik reaksiyalar.
Doza həddinin aşılması
TUTUKON NEO-nun tövsiyə olunan dozalarda istifadəsi zamanı doza həddinin aşılması
simptomları aşkar edilməmişdir. Təsadüfən doza həddi aşılarsa, preparatın qəbulu dayandırmaq və
həkimə müraciət etmək lazımdır.
Buraxılış forması
250 ml məhlul, flakonda. 1 flakon ölçülü plastik stəkan və içlik vərəqə ilə birlikdə karton qutuya
qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.