Pharmed
TRIPLIKSAM 5/1,25/5MG N30 TB
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
“____”________________ 2022-ci il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Dərman vasitəsinin qəbuluna başlamazdan əvvəl bu içlik vərəqədə verilən təlimatları diqqətlə
oxuyun, çünki burada Sizin üçün vacib məlumatlar əks olunur.
Bu içlik vərəqəni saxlayın. Ona təkrar ehtiyacınız ola bilər.
Əlavə suallarınız yaranarsa, öz müalicə həkiminizə, əczaçınıza, və ya tibb bacınıza müraciət edin.
Bu preparat şəxsən Sizə təyin edilmişdir. Onu digər şəxslərə vermək olmaz. Onlardakı əlamətlər
Sizinkilərə oxşar olsa belə, bu onlara ziyan vura bilər.
Bu içlik vərəqədə göstərilməyən xoşagəlməz təsirlər də daxil olmaqla, hər hansı əlavə təsir müşahidə
etsəniz, bu barədə həkimizə və ya əczaçınıza məlumat verin. “Əlavə təsirləri” bölməsinə baxın.
TRİPLİKSAM 2,5 mq/0,625 mq/5 mq; 5 mq/1,25 mq/5 mq; 5 mq/1,25 mq/10 mq; 10 mq/2,5
mq/5 mq; 10 mq/2,5 mq/10 mq örtüklü tabletlər
TRIPLIXAM
Beynəlxalq patentləşdirilməmiş adı: Perindopril arginine + Indapamide + Amlodipine
Tərkibi
Təsiredici maddə
Tripliksam 2,5/0,625/5 mq: 1 tabletin tərkibində 1,6975 mq perindopril (2,5 mq perindopril argininə
müvafiqdir), 0,625 mq indapamid və 6,935 mq amlodipin bezilat (5 mq
amlodipinə müvafiqdir) vardır.
Tripliksam 5/1,25/5 mq: 1 tabletin tərkibində 3,395 mq perindopril (5 mq perindopril argininə
müvafiqdir), 1,25 mq indapamid və 6,935 mq amlodipin bezilat (5 mq
amlodipinə müvafiqdir) vardır.
Tripliksam 5/1,25/10 mq: 1 tabletin tərkibində 3,395 mq perindopril (5 mq perindopril argininə
müvafiqdir), 1,25 mq indapamid və 13,870 mq amlodipin bezilat (10 mq
amlodipinə müvafiqdir) vardır.
Tripliksam 10 /2,5/5 mq: 1 tabletin tərkibində 6,790 mq perindopril (10 mq perindopril argininə
müvafiqdir), 2,5 mq indapamid və 6,935 mq amlodipin bezilat (5 mq
amlodipinə müvafiqdir) vardır.
Tripliksam 10 /2,5/10 mq: 1 tabletin tərkibində 6,790 mq perindopril (10 mq perindopril argininə
müvafiqdir), 2,5 mq indapamid və 13,870 mq amlodipin bezilat (10 mq
amlodipinə müvafiqdir) vardır.
Köməkçi maddələr: kalsium karbonat nişasta birləşməsi (kalsium karbonat 90%,
jelatinləşdirilmiş qarğıdalı nişastası 10 %), mikrokristallik sellüloza
(E460), natrium kroskarmelloza (E468), maqnezium stearat (E572),
susuz kolloidal silisium, jelatinləşdirilmiş nişasta.
Örtük: qliserin (E422), hipromelloza 6mPa (E464), makroqol 6000, maqnezium
stearat (E572), titan dioksid (E171).
Təsviri
Tripliksam 2,5/0,625/5 mq tabletləri örtüklü, ağ, uzunsov, uzunluğu 8,5 mm, eni isə 4,5 mm olan və bir
üzündə , digər üzündə isə basılmış tabletlərdir.
Tripliksam 5/1,25/5 mq tabletləri örtüklü, ağ, uzunsov, uzunluğu 9,75 mm, eni isə 5,16 mm olan və bir
üzündə , digər üzündə isə basılmış tabletlərdir.
Tripliksam 5/1,25/10 mq tabletləri örtüklü, ağ, uzunsov, uzunluğu 10,7 mm, eni isə 5,66 mm olan və bir
üzündə , digər üzündə isə basılmış tabletlərdir.
Tripliksam 10/2,5/5 mq tabletləri örtüklü, ağ, uzunsov, uzunluğu 11,5 mm, eni isə 6,09 mm olan və bir
üzündə , digər üzündə isə basılmış tabletlərdir.
Tripliksam 10/2,5/10 mq tabletləri örtüklü, ağ, uzunsov, uzunluğu 12,2 mm, eni isə 6,46 mm olan və bir
üzündə , digər üzündə isə basılmış tabletlərdir.
Farmakoloji xüsusiyyətləri
Tripliksam – üç fəal komponentin, perindopril, indapamid və amlodipinin kombinasiyasıdır.
Bu fəal komponentlərin hər biri arterial təzyiqi aşağı salır və onlar bir yerdə Sizin arterial təzyiqinizə nəzarət
etməyə imkan verir:
Perindopril angiotenzinçevirici fermentin (AÇF) inhibitorları adlanan dərman qrupuna daxildir. O, qan
damarlarına genişləndirici təsir göstərərək, qanın qovulmasını asanlaşdırır.
İndapamid diuretikdir (o, tərkibində indol həlqəsi olan, sulfonamid törəmələri adlanan dərman qrupuna
daxildir). Diuretiklər böyrəklər tərəfindən hazırlanan sidiyin həcmini artırır. Lakin indapamid digər
diuretiklərdən fərqli olaraq sidiyin miqdarını çox artırmır.
Amlodipin kalsium kanallarının blokatorudur (dihidropiridinlər adlanan dərman sinfinə aiddir). O, qan
damarlarına genişləndirici təsir göstərərək, qanın qovulmasını asanlaşdırır.
İstifadəsinə göstərişlər
Tripliksam – yüksək arterial təzyiqin (hipertenziya) müalicəsi üçün istifadə edilir.
Perindopril, amlodipin və indapamid ilə müalicəyə ehtiyacı olan xəstələrdə fiksə edilmiş kombinasiya
şəklində təyin edilir.
Əks göstərişlər
Əgər Sizdə perindoprilə, digər AÇF inhibitoruna, indapamidə və ya hər hansı digər sulfonamidə, amlodipinə
və ya hər hansı digər dihidropiridinə, yaxud bu dərmanın komponentlərindən (“Tərkibi” bölməsində
sadalanan) hər hansı birinə qarşı allergiya varsa,
− əgər daha əvvəl Sizdə və ya hər hansı ailə üzvünüzdə AÇF inhibitoru qəbulu zamanı fitverici tənəffüs,
sifətin və dilin ödemi, güclü qaşınma və ya dəridə səpgi (angioödem) baş veribsə,
− əgər Sizdə ağır qaraciyər xəstəliyi və ya qaraciyər ensefalopatiyası (qaraciyər xəstəliyi nəticəsində
meydana çıxan, beyin degenerativ xəstəliyi) varsa,
− əgər Sizdə müalicə olunmamış və dekompensasiya mərhələsində olan ürək çatmamazlığına şübhə varsa
(suyun bədəndə toplanması, tənəffüsün çətinləşməsi),
− əgər Sizdə aortal qapaqda daralma (aortal stenoz) və ya kardiogen şok (bu xəstəlik zamanı ürək
orqanizmi kifayət qədər qanla təmin edə bilmir) varsa,
− əgər Siz miokard infarktından sonra ürək çatışmazlığından əziyyət çəkirsinizsə,
− əgər arterial təzyiqiniz kəskin aşağıdırsa (hipotenziya),
− əgər Sizin qanınızda kaliumun səviyyəsi çox aşağıdırsa,
− qan təchizatının azalması nəticəsində ağır böyrək xəstəliyi (böyrək arteriyasının stenozu),
− əgər Siz dializ və ya başqa hemofiltrasiya proseduraları istifadə edirsizsə; Istifadə olunan aparatın
növündən asılı olaraq, Tripliksamın qəbulu Sizin üçün uyğun olmaya bilər,
− əgər Sizdə mülayim böyrək problemləri varsa (kreatininin klirensi 60 ml/dəqiqədən az) (Tripliksamın
10 mq/2.5mq/5mq və 10mq/2.5mq/10mq dozaları üçün),
− əgər Sizdə ağır böyrək çatışmazlığı varsa (kreatininin klirensi 30 ml/dəqiqədən az),
− əgər Siz hamiləsinizsə və hamiləliyin müddəti 3 aydan artıqdırsa (həmçinin hamiləliyin erkən
dövrlərində də Tripliksamın qəbulundan çəkinmək lazımdır – bax: “Hamiləlik və südvermə dövrü”),
− əgər arterial təzyiqi aşağı salmaq üçün aliskiren tərkibli dərman preparatı qəbul edirsinizsə və eyni
zamanda şəkərli diabet və ya böyrəklərin funksiya pozulması probleminiz varsa,
− ürək çatışmazlığının müalicəsində istifadə olunan sakubitril / valsartan dərman vəsitələri ilə birlikdə
istifadə (bax: “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”);
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıda sadalanan hallardan hər hansı biri Sizə aiddirsə, Tripliksam qəbuluna başlamazdan əvvəl həkiminiz,
əczaçınız və ya tibb bacınızla məsləhətləşin:
− hipertrofik kardiomiopatiya (ürək əzələsinin xəstəliyi), yaxud böyrək arteriyasının stenozundan (böyrəyi
qanla təchiz edən arteriyanın daralması) əziyyət çəkirsinizsə,
− ürək çatışmazlığı, yaxud digər ürək xəstəliyindən əziyyət çəkirsinizsə,
− qan təzyiqinin kəskin artmasından (hipertonik kriz) əziyyət çəkirsinizsə,
− qaraciyər funksiyasının pozulmasından əziyyət çəkirsinizsə,
− sistem qırmızı qurdeşənəyi, yaxud sklerodermiya kimi kollagen xəstəliklərindən (dəri xəstəliyi) əziyyət
çəkirsinizsə,
− aterosklerozdan (damarların divarlarının sərtləşməsi) əziyyət çəkirsinizsə,
− qalxanvari ətraf vəzin funksiyasını yoxlamaq üçün testə ehtiyacınız varsa,
− hiperparatireozdan (qalxanvari ətraf vəzin funksiyasının artması) əziyyət çəkirsinizsə,
− əgər Siz birincili hiperaldosteronizmdən əziyyət çəkirsizinsə,
− əgər Siz podaqradan əziyyət çəkirsinizsə,
− əgər Siz diabetdən əziyyət çəkirsinizsə,
− əgər Siz duzun miqdarı azaldılmış pəhriz saxlayırsınızsa, yaxud tərkibində kalium olan duz
əvəzedicilərindən istifadə edirsinizsə,
− əgər Siz litium və kaliumqoruyucu diuretiklər (spironolakton, triamteren) qəbul edirsinizsə, çünki onları
Tripliksam ilə eyni zamanda qəbul etmək tövsiyə edilmir (bax: “Digər preparatların qəbulu”),
− ahıl yaşlısınızsa və dozanın artırılmasına ehtiyac varsa,
− fotohəssaslıq reaksiyanız varsa / olubsa,
− qaradərilisinizsə, Sizdə angioödem (üzün, dodaqların, ağzın, dilin və ya boğazın şişməsi; bu,
udqunmanın və ya tənəffüsün çətinləşməsinə səbəb ola bilər) ehtimalı çoxdur və qan təzyiqini aşağı
salmaqda daha az effekt müşahidə edilir,
− əgər Siz yüksək axınlı membranla dializ edilən hemodializ xəstəsinizsə,
− əgər Sizin böyrək problemləriniz varsa ya dializ istifadə edilirsə,
− görmə qabiliyyətinin azalması və ya gözlərdə ağrı hissiyyatı. Bu, gözün torlu qişasında maye yığıla bilər
(horoid şişkinliyi) və ya gözdaxili təzyiqin artması ola bilər; Onlar Tripliksam qəbulunun başlamasından
bir neçə həftə sonra bir neçə saatdan bir müddət ərzində başlaya bilərlər. Müalicə olmadan, bu, dönməz
görmə itkisinə səbəb ola bilər. Daha əvvəl penisilin və ya sulfonamid preparatlarına allerqiya varsa, bu
simptomun meydana gəlməsi riski artırıla bilər.
− əgər əzələ ağrısı, təzyiq xəstəliyi, zəiflik və ya qıcolmalar daxil olmaqla əzələ problemləri varsa,
− qanda aldosteron hormonunun səviyyəsinin anomal artması (birincili aldosteronizm),
− əgər Sizin qanınızda həddindən artıq çox turşu varsa, bu tez-tez nəfəs almaya səbəb ola bilər,
− əgər Sizdə beyin qan dövranında çatışmazlıq (baş beyində aşağı qan təzyiqi) varsa,
− əgər Sizdə üz, dodaqlar, dil, ağız və ya boğazın ödemi varsa və bu udqunma və ya tənəffüsün
çətinləşməsinə səbəb olursa (angioödem), müalicəni dərhal dayandırın və dərhal birbaşa həkiminizlə
əlaqə saxlayın (bu, müalicə dövründə istənilən vaxt baş verə bilər).
Aşağıdakı dərmanlardan hər hansı birini qəbul edirsinizsə angioödem riski artır:
- rasekadotril (diareya zamanı istifadə edilir);
- sirolimus, everolimus, temsirolimus və mTor inhibitorları sinifinə aid olan digər dərman vasitələri
(transplantasiya olunmuş orqanların rədd edilməməsi üçün istifadə edilir);
sakubitril: ürək çatışmazlığının müalicəsində istifadə olunan (valsartan dərman vəsitəsi ilə
kombinasiyasında);
- yüksək arterial təzyiqin müalicəsi üçün aşağıdakı preparatlardan hər hansı birini qəbul edirsinizsə:
angiotenzin II reseptorun blokatoru (ARB) (bunlara sartanlar da deyilir, məsələn, valsartan, telmisartan,
irbesartan) – xüsusilə də, əgər şəkərli diabetlə əlaqədar böyrək çatışmazlığından əziyyət çəkirsinizsə;
- aliskiren;
- AÇF inhibitorları qəbul edən şəxslərdə neytropeniya, aqranulositoz, trombositopeniya və anemiya
barədə məlumat verilmişdir.
Həkiminiz Sizdə böyrəklərin funksiyalarını, arterial təzyiq və qanda elektrolitlərin (məs., kalium) miqdarını
mütamadi intervallarda yoxlaya bilər.
Həmçinin Tripliksam “Əks göstərişlər” bölməsində verilən məlumatlara nəzər salın.
Həkiminiz Sizə kalium və kalsium səviyyəsinin aşağı olduğunu və ya kalsium səviyyəsinin yüksək olduğunu
yoxlamaq üçün qan analizləri təyin edə bilər.
Hamilə olduğunuzu (yaxud ola biləcəyinizi) düşünürsünüzsə həkiminizi bu barədə mütləq xəbərdar
etməlisiniz. Hamiləliyin erkən dövrlərində Tripliksamın qəbulu tövsiyə edilmir. Preparat hamiləliyin 3 aydan
artıq müddətlərində qəbul edilməməlidir, çünki bu uşağın sağlamlığına ciddi zərər vura bilər (bax:
“Hamiləlik və laktasiya dövründə istifadəsi”).
Tripliksam preparatını qəbul edərkən öz müalicə həkiminizi aşağıdakılar barədə məlumatlandırmalısınız:
- əgər Sizi qarşıda anesteziya və ya ciddi cərrahi əməliyyat gözləyirsə,
- əgər Sizdə son vaxtlarda ishal və ya qusma olubsa, yaxud orqanizminiz susuzlaşıbsa,
- əgər Siz ASLP aferez (xolesterinin qandan aparat vasitəsilə çıxarılması) qəbul edirsinizsə,
- əgər Siz arı və ya eşşəkarısı sancmalarına qarşı allergik reaksiyaların azaldılması məqsədilə
desensibilizasiya kursu alırsınızsa,
- əgər Siz tərkibində yod olan rentgen kontrast maddənin (daxili orqanların, məsələn, böyrəklərin və
ya mədənin rentgen şüalarının köməyilə müayinəsinə imkan verən maddələr) yeridilməsinin tələb
edildiyi tibbi müayinədən keçirsinizsə.
İdmançılarda Tripliksam dopinq testlərində müsbət reaksiya verə biləcək aktiv tərkib hissəsi (indapamid)
olduğunu bilməlidirlər.
Uşaq və yeniyetmələr
Tripliksam preparatını uşaqlara və yeniyetmələrə təyin etmək olmaz.
Tripliksamın tərkibində natrium daxildir. Tripliksamda 1 tabletdə 1 mmol-dan (23 mq) az miqdarda natrium
var və ona görə də natriumsuz sayılır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Həmişə, hazırda, yaxud son günlərdə qəbul etdiyiniz preparatlar barədə həkiminizə və ya əczaçınıza məlumat
verin.
Şəkərli diabet və ya böyrək problemləriniz varsa, aliskiren (yüksək qan təzyiqini müalicə etmək üçün istifadə
edilir) qəbul etməyin.
Tripliksamın preparatı aşağıdakı preparatlarla birgə qəbulundan çəkinin:
- litium (maniya, manik depressiya və qayıdan depressiya kimi psixi pozğunluqların müalicəsi üçün
istifadə edilir),
- kaliumqoruyucu dərman vasitələri (məs., triamteren, amilorid), kalium əlavələri və ya tərkibində
kalium olan duz əvəzediciləri, və orqanizmdə kalium səviyyəsini artıran diqər preparatlar (heparin,
ko-trimoksazol ya da trimetoprim/sulfometoksazol);
- dantrolen; həmçinin anesteziya zamanı bədxassəli hipertermiyanı (simptomlarına çox yüksək
qızdırma və əzələ sərtliyi daxildir) müalicə etmək üçün infuziya,
- estramustin (xərçəngin müalicəsində istifadə edilir),
- diareyanın müalicəsində istifadə edilən dərman vasitələri (rasekadotril), ya transplantasiya olunmuş
orqanların rədd edilməməsi üçün istifadə edilən mTor inhibitorları sinfinə aid olan digər dərman
vasitələri (sirolimus, everolimus, temsirolimus) (Bax: “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”),
- Sakubitril / Valsartan: ürək çatışmazlığın müalicəsində istifadə olunan (Bax: “Əks göstərişlər”),
- Yüksək qan təzyiqini müalicə etmək üçün istifadə edilən digər dərmanlar: angiotenzin çevirici
fermentin inhibitorları və angiotenzin reseptorlarının blokatorları.
Tripliksam preparatı ilə müalicəyə digər preparatların qəbulu təsir edə bilər. Həkiminiz dərmanın dozasını
dəyişə və/və ya digər ehtiyat tədbirləri görə bilər.
Əgər Siz aşağıdakı preparatların hər hansı birini qəbul edirsinizsə, bu barədə müalicə həkimizə mütləq
məlumat verin, çünki onların qəbulu zamanı xüsusən diqqətli olmaq lazımdır:
yüksək arterial təzyiqin müalicəsi üçün nəzərdə tutulan digər dərman vasitələri, o cümlədən angiotenzin II
reseptoru blokatorları (ARB), aliskiren, diuretiklər (böyrəklər tərəfindən ifraz olunan sidiyin həcmini artıran
preparatlar) (Həmçinin Tripliksam qəbul edilməsi bölməsində verilən məlumatlara nəzər salın),
ürək çatışmazlığının müalicəsində istifadə edilən kaliumqoruyucu diuretiklər: gündəlik 12,5-50 mq arası
dozalarda eplerenon və spironolakton,
- anestetik dərmanlar,
- tərkibində yod olan kontrast maddələr,
- bepridil (stenokardiyanın müalicəsində istifadə edilir),
- metadon (asılılıqları müalicə etmək üçün istifadə olunur),
- ürək ritminin pozulmasında istifadə olunan dərmanlar – dofetilid, ibutilid, bretilium, sizaprid,
difemanil, prokainamid, xinidin, hidroxinidin, dizopiramid, amiodaron, sotalol (qeyri-müntəzəm ürək
ritminin müalicəsi üçün),
- verapamil, diltiazem (ürək dərmanları),
- diqoksin və digər ürək qlikozidləri (ürək xəstəliklərinin müalicəsi üçün istifadə edilir),
− simvastatin,
- bakterial infeksiyaların müalicəsi üçün istifadə edilən bəzi antibiotiklər, məsələn, rifampisin,
eritromisin, klaritromisin,
- göbələk xəstəliklərinin müalicəsi üçün - itrakonazol, ketokonazol, venadaxili amfoterisin B,
- allopurinol (podaqranın müalicəsi üçün),
- antihistamin preparatlar – mizolastin, terfenadin və ya astemizol (ot qızdırması və ya allergiyaların
müalicəsi üçün),
- ağır astma və revmatik artrit də daxil olmaqla, bir sıra xəstəliklərin müalicəsi üçün istifadə edilən
kortikosteroidlər və qeyri-steroid iltihabəleyhinə preparatlar (məsələn, ibuprofen), yaxud
salisilatların (məsələn, aspirinin) yüksək dozaları,
- autoimmun pozğunluqların müalicəsi üçün və transplantasiyadan sonra təyin olunan
immunosuppressantlar (məsələn, siklosporin, takrolimus),
- tetrakozaktid (Kron xəstəliyinin müalicəsi üçün).
- xüsusilə də venadaxili təyin olunan qızıl duzları (revmatoid artritin simptomlarının müalicəsi üçün
istifadə edilir),
- halofantrin (malyariyanın bəzi növlərinin müalicəsi üçün istifadə edilir),
- baklofen (bəzi xəstəliklər, məsələn sklerozlar zamanı baş verən əzələ sərtliyinin müalicəsi üçün),
- diabetin müalicəsində istifadə edilən dərman vasitələri, insulin ya metformin kimi preparatlar,
qliptinlər (linaqliptin, saksaqliptin, sitaqliptin, vildaqliptin),
- kalsium, tərkibində kalsium olan qida əlavələri də daxil olmaqla,
- stimuləedici işlədicilər (məsələn, səna çayı),
- xərçəng xəstəliyinin müalicəsi üçün təyin edilən preparatlar,
- vinkamin (yaşlı pasiyentlərdə yaddaş pozulması da daxil olmaqla, koqnitiv pozğunluqların
simptomatik müalicəsi üçün istifadə edilir),
- depressiya, həyəcan, şizofreniya və s. kimi ruhi pozğunluqların müalicəsi üçün istifadə edilən
preparatlar (məsələn, trisiklik antidepressantlar, neyroleptiklər – amisulprid, sulpirid, sultoprid,
tiaprid, haloperidol, droperidol),
- pentamidin (pnevmoniyaların müalicəsi üçün istifadə edilir),
- ritonavir, indinavir, nelfinavir (HİV müalicəsi zamanı istifadə edilən proteaza inhibitorları),
- adi dazıotu (hypericum perforatum),
- trimetoprim (infeksiyaların müalicəsi üçün),
- aşağı qan təzyiqinin, şokun və ya astmanın müalicəsi üçün istifadə edilən dərmanlar (məs., efedrin,
noradrenalin və ya adrenalin),
- nitroqliserin və digər nitratlar, yaxud qan təzyiqini daha çox aşağı sala biləcək digar damargenəldici
dərmanlar.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləsinizsə və ya süd verirsinizsə, hamilə olduğunuzu düşünürsünüzsə, yaxud hamiləliyi
planlaşdırırsınızsa, bu preparatın qəbuluna başlamazdan əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin.
Hamiləlik
Hamilə olduğunuzu (yaxud ola biləcəyinizi) düşünürsünüzsə, bu barədə həkiminizə məlumat verməlisiniz.
Həkim Sizə hamiləliyə qədər və ya hamiləlik faktı təsdiq edildikdən dərhal sonra Tripliksam qəbulunu
dayandırmağı məsləhət görməli və Tripliksamın əvəzinə digər preparat təyin etməlidir. Hamiləliyin erkən
dövrlərində Tripliksamın qəbulu tövsiyə edilmir. Preparat hamiləliyin 3 aydan artıq müddətlərində qəbul
edilməməlidir, çünki bu uşağın sağlamlığına ciddi zərər vura bilər.
Laktasiya dövrü
Əgər Siz uşaq əmizdirirsinizsə, yaxud uşaq əmizdirməyi planlaşdırırsınızsa, bu barədə həkiminizə məlumat
verin. Tripliksam südəmər uşaq olan analara əks göstərişdir. Lakin əgər Siz uşağınızı əmizdirmək
istəyirsinizsə, xüsusən də, uşaq yenidoğulmuşsa, və ya vaxtından tez doğulubsa, həkiminiz Sizə başqa
müalicə təyin edə bilər.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Tripliksam sayıqlığa təsir edə bilər. Əgər tableti qəbul etdikdən sonra özünüzü zəif, ya yorğun hiss
edirsinizsə, başınız gicəllənirsə, yaxud başağrı meydana çıxırsa, avtomobil və digər mexanizmləri idarə
etməyin və dərhal həkiminizlə əlaqə saxlayın.
İstifadə qaydası və dozası
Tripliksam preparatının qəbulu zamanı həkimin göstərişlərinə həmişə ciddi riayət edin. Əgər Sizin preparatın
qəbulunun düzgünlüyünə şübhəniz varsa, həkim və ya əczaçı ilə məsləhətləşməlisiniz.
Tabletlər səhər yeməyindən əvvəl bir stəkan su ilə içilməlidir. Həkiminiz Sizin üçün düzgün dozanı seçəcək.
Bu, adətən, gündə bir tablet təşkil edir.
Tripliksam preparatının qida və içkilərlə birlikdə qəbulu
Tripliksam preparatı qəbul edən şəxslər qreypfrut şirəsi və ya qreypfrut yeməməlidir. Çünki qreypfrut şirəsi
və ya qreypfrut aktiv maddə olan amlodipinin qanda səviyyəsinin artmasına gətirib çıxara bilər ki, bu da
Tripliksamın təsirindən qan təzyiqinin öncədən ehtimal edilə bilməyən dərəcədə aşağı düşməsi ilə nəticələnə
bilər.
Tripliksam preparatının qəbulunu unutduqda
Preparatı hər gün qəbul etmək vacibdir, çünki müntəzəmlik müalicəni daha effektiv edir. Buna baxmayaraq,
əgər Siz Tripliksamın bir dozasını qəbul etməyi unutmusunuzsa, növbəti dozanı həmişəki vaxtda qəbul edin.
Unudulmuş dozanın əvəzini çıxmaq üçün növbəti dozanı iki dəfə artırmayın.
Tripliksam preparatının qəbulunu dayandırdıqda
Adətən, hipertenziya müalicəsi ömür boyu davam etdiyi üçün Siz preparatın qəbulunu dayandırmazdan əvvəl
öz həkiminizlə məsləhətləşməlisiniz.
Preparatın qəbulu ilə bağlı əlavə suallarınız yaranarsa, müalicə həkiminizə, əczaçınıza və ya tibb bacınıza
müraciət edin.
Əlavə təsirləri
İstənilən digər dərman preparatı kimi Tripliksam da bütün xəstələrdə olmasa da, əlavə təsirlərə səbəb ola
bilər.
Sizdə aşağıdakı hallardan hər hansı biri baş verərsə, verilən tibbi preparatın qəbulunu dərhal dayandırın və
öz müalicə həkiminizlə əlaqə saxlayın:
- qəfil fitverici tənəffüs, sinədə ağrı, təngnəfəslik, yaxud tənəffüsün çətinləşməsi (bəzən, 100
pasiyentdən 1 nəfərindən azında),
- üzün, dodaqların, yaxud göz qapaqlarının şişməsi (bəzən, 100 pasiyentdən 1 nəfərindən azında),
- tənəffüsün çətinləşməsi ilə nəticələnən, dilin, ağzın və boğazın şişməsi (yayılmamış, 100 pasiyentdən
1 nəfərindən azında),
- dəridə qəfil yaranmış səpgi, bütün bədəndə dərinin qızarması, kəskin qaşınma, suluqların əmələ
gəlməsi, dərinin soyulması və şişməsi, selikli qişaların iltihabı (Stevens Johnson sindromu, Toksik
Epidermal Nekroliz) və ya digər allergik reaksiyalar daxil olmaqla, kəskin dəri reaksiyaları (çox
nadir, 10 000 nəfərdən 1-dən azında),
- miokard infarktı, ürək ritminin pozğunluqları (çox nadir, 10 000 nəfərdən 1-dən azında), yaxud
ürəyin həyat üçün təhlükəli ritm pozğunluğu (tezliyi məlum deyil),
- mədəalti vəzin iltihabı, qarında və kürəkdə kəskin ağrıya səbəb ola bilər (çox nadir, 10 000 nəfərdən
1-dən azında);
- əzələ zəifliyi, qıcolmalar, əzələlərdə təzyiq və ya ağrı hissi, xüsusilə də eyni zamanda xəsarət hiss
edirsinizsə və ya temperaturunuz artırılırsa; bu anormal əzələ toxumasının parçalanmasına səbəb ola
bilər (tezlik məlum deyil).
Əlavə təsirlərə aşağıdakılar aid ola bilər (rastgəlmə tezliyinin azalma sırası ilə):
Çox tez-tez: (10 xəstədən 1- dən az): ödem (maye saxlanması).
Tez-tez (10 xəstədən 1 nəfərindən az, lakin 100 xəstədən 1 nəfərindən çoxunda):
Başağrı, başgicəllənmə, ürəkdöyünmə (ürəyin döyünməsini hiss etmək), istigəlmə, vertiqo, iynəbatma hissi,
görmənin pozulması, ikili görmə, tinnitus (qulaqda küy), qan təzyiqinin aşağı olması nəticəsində yüngül
başgicəllənmə; öskürək, təngnəfəslik, həzm pozğunluqları (ürəkbulanma, qusma, dad hissiyyatının
pozulması, ağızda quruluq, dispepsiya və ya həzmin çətinləşməsi, ishal, qəbizlik, bağırsaq vərdişlərinin
dəyişməsi), allergik reaksiyalar (dəridə səpgi, qaşınma kimi), əzələ qıcolmaları, yorğunluq hissi, zəiflik,
yuxululuq, topuqda şişkinlik.
Bəzən (100 xəstədən 1- dən az):
Əhval-ruhiyyənin tez-tez dəyişməsi, həyəcan, depressiya, yuxu pozulmaları, titrəmə, bayılma, ağrı
hissiyyatının itməsi, qeyri-normal ürək döyüntüsü, rinit (zökəm), saçtökülmə, purpura (dəridə qırmızı
nöqtələr), dərinin rənginin dəyişməsi, dəri qaşınması, tərləmə, sinədə ağrı, oynaq və ya əzələ ağrıları, kürəkdə
ağrı, əzginlik, gecələr sidiyə getmənin tezləşməsi, sidik ifrazının tezləşməsi, ereksiyanın olmaması, qızdırma,
kişilərdə süd vəzilərində böyümə və ya diskomfort, bədən çəkisinin artması və ya azalması, bəzi leykositlərin
sayının artması, qanda şəkərin miqdarının azalması (hipoqlikemiya), qanda natrium səviyyəsinin azalması,
vaskulit (qan damarlarının iltihabı), günəş və ya süni ultrabənövşəyi şüaların təsirinə məruz qaldıqdan sonra
fotohəssaslıq reaksiyaları (dərinin görünüşünd dəyişiklik), dəridə suluqlar, əllərin, ayaqların şişməsi, qanda
sidik cövhəri və kreatinin səviyyəsinin yüksəlməsi, yıxılma, ağızda quruluq.
Nadir (1000 pasiyentdən 1 nəfərindən azında):
Huşun dumanlanması, laborator parametrlərdə dəyişiklik: qaraciyər fermentlərinin səviyyəsinin yüksəlməsi,
plazmada bilirubin səviyyəsinin yüksəlməsi, psoriaz tipli səpginin yaranması.
Çox nadir (10, 000 nəfərdən 1-dən azında):
Leykositlərin sayının azalması, trombositopeniya (trombositlərin sayının azalması, asanlıqla göyərmə və
burun qanaxmasına səbəb ola bilər), anemiya (eritrositlərin sayının azalması), stenokardiya (ürək tutması,
ürəyin qan təchizatında olan problemlərlə bağlı olub fiziki gərginlik zamanı sinədə, çənədə və kürəkdə
ağrının olması ilə xarakterizə olunur), eozinofil pnevmoniya (pnevmoniyanın nadir növü), diş ətinin şişməsi,
dəridə səpgi, bütün bədən dərisinin qızarması, kəskin qaşınma, suluqların əmələ gəlməsi, dərinin soyulması
və şişməsi, multiform eritema (üzdə, qollarda və ayaqalarda qaşınan qırmızı ləkələrlə başlayan dəri xəstəliyi)
daxil olmaqla kəskin dəri reaksiyaları, qanayan, şişmiş və ağrılı diş əti, qaraciyərin anormal funksiyası,
qaraciyər iltihabı (hepatit), kəskin böyrək problemləri, dərinin saralması (sarılıq), qarında köp (qastrit),
rigidlik, sinir pozğunluqları (zəiflik, keyimə və iyna batma hissinə səbəb olur), əzələ tonusunun artması,
hiperqlikemiya (qanda şəkərin yüksək səviyyəsi), qanda kalsium səviyyəsinin yüksəlməsi, çox aşağı qan
təzyiqi nəticəsində meydana çıxan beyin qan dövranının pozğunluğu (insult).
Tezliyi məlum deyil (əldə olan məlumatlar əsasında tezlik müəyyən edilə bilməz):
Qaraciyər ensefalopatiyası (qaraciyər xəstəliyi nəticəsində yaranan beyin xəstəliyi), EKQ-də anormal
dəyişikliklər, qanda kalium aşağı səviyyəsi, əgər Siz sistem qırmızı qurd eşənəyindən (kollagen-damar
xəstəliyinin bir növü) əziyyət çəkirsinizsə, pisləşmə müşahidə edilə bilər.
Yaxındangörmə (miopiya), dumanlı görmə, görmə qabiliyyətinin azalması və ya gözlərdə ağrı hissiyyatı,
gözün torlu qişasında maye yığıla bilər (horoid şişkinliyi) və ya gözdaxili təzyiqin artması ola bilər
Rigidlik, tremor və/ və ya hərəkət pozğunluqlarının kombinasiyası müşayiət olunan pozğunluqlar.
Barmaqlarda rəngsizləşmə, solğunlaşma, keyimə və ağrı hissləri – Reyno sindromu.
Laborator göstəricilərdə (qan analizləri) dəyişikliklər ola bilər. Mümkündür ki, həkiminiz Sizin vəziyyətinizi
yoxlamaq məqsədilə Sizə qan analizləri təyin etsin.
Sidiyin konsentrasiyasının (tündləşməsi) artması, xəstəhal, əzələ tutmaları, çaşqınlıq simptomları –
antidiuretik hormonun (ADH) qeyri-adekvat sekresiya, AÇF inhibitorların qəbulu nəticəsində yarana bilər.
Əlavə reaksiyalar haqqında məlumat vermə
Hər hansı əlavə təsir müşahidə etsəniz, bu barədə öz həkiminizə, əczaçıya və ya tibb bacısına məlumat verin.
Buraya bu içlik vərəqədə sadalanmayan istənilən arzuolunmaz təsir də aiddir.
Əlavə təsirlər barədə məlumat verməklə Siz pasiyentlərin bu dərmanın təhlükəsizliyinə dair daha çox
məlumatla təmin edilməsinə kömək edə bilərsiniz.
Doza həddinin aşılması
Həddindən artıq tablet qəbul etmək qan təzyiqinizin aşağı, hətta təhlükəli dərəcədə aşağı düşməsinə səbəb
ola bilər. Bu zaman başgicəllənmə, titrəmə, zəiflik, ürəkbulanma, qusma, qıcolmalar, yuxululuq, şüurun
dumanlanması, oliquriya (böyrəklər tərəfindən ifraz olunan sidiyin miqdarında azalma), anuriya (sidik
ifrazının olmaması) müşahidə edilə bilər. Əgər qan təzyiqi çox düşərsə, şok meydana çıxa bilər. Dəriniz
soyuq, yapışqan ola bilər və hətta huşunuzu itirə bilərsiniz. Həddindən artıq Tripliksam tableti qəbul
etmisinizsə, dərhal tibbi yardım üçün müraciət edin.
Buraxılış forması
30 tablet, konteynerdə. Hər konteynerlərin qapağında quruducu var. 1 konteyner, içlik vərəqə ilə birlikdə
karton qutuya qablaşdırılır.
Saxlama şəraiti
30◦C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Dərmanı çirkab sularına və ya məişət tullantılarının içərisinə boşaltmaq olmaz. Qəbulu dayandırılmış
preparatlarla nə etmək lazım olduğunu əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühitin mühafizəsinə
yönəlmişdir.
Yararlılıq müddəti
Yararlılıq müddəti karton qutunun və konteynerin üzərində göstərilir.
Yararlılq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Yararlılq müddətinin bitmə tarixi göstərilən ayın son gününə şamil edilir.
İçərisində 30 tablet olan konteyner açıldıqdan sonra 30 gün ərzində istifadə edilməlidir.
İçərisində 100 tablet olan konteyner açıldıqdan sonra 100 gün ərzində istifadə edilməlidir.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Servier (Ireland) Industries Ltd.
Gorey Road
Arklow - Co. Wicklow
Ireland – İrlandiya.
Qeydiyyat vəsiqəsinini sahibi
Le Laboratuar Servye – Fransa.
Les Laboratoires Servier
50, rue Carnot
92284 Suresnes cedex – France (Fransa).