PharmEd

pharmed

TRAUMEEL S 50GR MELHEM

TRAUMEL S    xaricə istifadə üçün məlhəm TRAUMEEL® S

 

Tərkibi
Təsiredici maddələr: 100 q tərkibində vardır: Calendula officinalis MT 0,45 q; Achillea millefolium MT 0,09 q; Aconitum napellus D1 0,05 q; Arnica montana D3 1,5 q; Atropa belladonna D1 0,05 q; Bellis perennis MT 0,1 q; Matricaria recutita MT 0,15 q; Echinacea MT 0,15 q; Echinacea purpurea MT 0,15 q; Hamamelis virginiana MT 0,45 q; Hepar sulfuris D6 0,025 q; Hypericum perforatum D6 0,09 q; Mercurius solubilis Hahnemanni D6 0,04 q; Symphytum officinale D4 0,1 q.
Köməkçi maddələr:        setostearil spirti (A növü), emulqator, maye parafin, ağ yumşaq parafin, təmizlənmiş su, etil spirti 96%.

 

Təsviri
Ağdan qırmızı-ağ rəngə qədər olan yumşaq məlhəmdir.

 

Farmakoterapevtik qrupu Homeopatik dərman maddəsi.

ATC kodu: V30.

 

İstifadəsinə göstərişlər
Hər növ zədələnmələr (idman, qəza) zamanı məs., dartılmalar, çıxıqlar, kontuziyalar, qansızmalar və oynağa maye toplanması, sınıqlar və s., iltihabi proseslər və müxtəlif orqan və toxumalarda iltihabla əlaqəli degenerativ proseslər, xüsusən də dayaq-hərəkət aparatında (tendovaginit, bursit, kürək-çiyin periartriti), bud-çanaq, diz və kiçik oynaqların artrozu daxil olmaqla.

 

Əks göstərişlər
Tərkibindəki aktiv maddə və ya köməkçi maddələrə, Arnica (dağlıq öküzotu), Chamomilla (çobanyastığı), Achillea millefolium (boymadərən) və ya mürəkkəbçiçəklilər fəsiləsinə daxil olan digər bitkilərə qarşı hiperhəssaslıq.
Kifayət qədər sənədləşdirilmiş məlumat olmadığından hamiləlik və laktasiya zamanı preparat yalnız həkimlə məsləhətləşdikdən sonra qəbul edilə bilər.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Setilstearil spirti yerli dəri reaksiyalarına səbəb ola bilər (məs., kontakt dermatiti). Məlhəm geniş sahələrə tətbiq edilməməlidir.
Gözlər, selikli qişalar, açıq yaralar və ya zədələnmiş dəri ilə təmasdan qaçının.
Əgər simptomlar davam edərsə və ya pisləşərsə, siz həkim və ya tibb mütəxəssisi ilə məsləhətləşməlisiniz.
 
 

Digər dərman maddələri ilə qarşılıqlı təsiri
Məlum deyil.

 

İstifadə qaydası və dozası
Səhər və axşam zədəli hissələrə yayılıb sürtülməlidir; məlhəmdən tez-tez istifadə lazım gələrsə məlhəm sarğısı ilə qoyulmalıdır. Qeyd: məlhəm böyük sahələrdə uzun müddətə yaxud birbaşa olaraq açıq yaralarda istifadə edilməməlidir.
Preparatın uşaqlarda istifadəsi haqda kifayət qədər sənədləşdirilmiş məlumat olmadığından, yaşı 12-dən az olan uşaqlar üçün yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə edilə bilər.

 

Əlavə təsirləri
Nadir hallarda hiperhəssaslıq yaxud yerli allergiya reaksiyaları (dəri iltihabı, qızarma, şişmə və qaşınma) baş verə bilər. Belə bir halda preparatın qəbulu dayandırılmalıdır.

 

Buraxılış forması
50 q məlhəm, tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Saxlanma şəraiti
30°C-dən aşağı temperaturda saxlayın. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 

Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.

 

İstehsalçı
Biologische Heilmittel Heel GmbH. Dr.-Reckeweg-Str. 2-4,
76532 Baden-Baden.
Rəsmi distribyutor
Planeta PCC.