PharmEd

pharmed

TONZILAMIN-AF 1,5MG 120ML GARGARA

TONZİLAMİN-AF

 

Beynəlxalq patentləşdirilməmiş adı: Benzidamin

 

TONZİLAMİN-AF Tərkibi

 

Təsiredici maddə: 120 ml məhlulun tərkubundə 180 mq benzidamin hidroxlorid vardır. Köməkçi maddələr: metilparaben, mentol, natrium saxarinat, natrium hidrokarbonat, qliserin, etanol 96%, rəngləyici, distillə suyu. 

 

Farmakoterapevtik qrupu: Qeyri-steroid iltihabəleyhinə preparat QSİƏP).

ATC kodu: A01AD02.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası: Qeyri-steroid iltihabəleyhinə preparatdır. İltihabəleyhinə və ağrıkəsici təsir göstərir. Təsir mexanizmi hücəyrə membranını möhkəmləndirmək, siklooksigenaza fermentini inhibə edib, prostoqlandinlərin sintezini pozmaqla bağlıdır. Preparatın ağrıkəsici effektı daha çox iltihabla bağlı ağrılarda müşahidə olunur. Aspirinəbənzər preparatlarla kombinəolunmuş şəkildə istifadə etdikdə qızdırmasalıcı təsir də göstərir. Farmakokinetikası: Preparatı yerli istifadə etdikdə, selikli qişadan yaxşı adsorbsiya olunur və tez bir müddətdə iltihabi proses gedən toxumaya keçir və orada iltihabəleyhinə və yerli ağrıkəsici təsir göstərir. İstifadəsinə göstərişlər Ağız boşluğunun və boğazın iltihabi xəstəlikləri: - faringit, aftoz xoralar və süa terapiyasından sonra ağızda xoralar. Travmatik vəziyyətlər: tonzilektamiyadan və ya nazoqastral zondun istifadəsindən sonrakı faringit. Stomatologiya: stomatoloji cərrahiyyədən sonra istifadə üçün.

 

Əks göstərişlər

Benzidaminə və ya preparatın digər komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq; -12 yaşa qədər uşaqlar.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

İnfeksion iltihabi xəstəliklər zamanı preparat kombinəolunmuş formada istifadə olunmalıdır.Əgər preparatı istifadə etdikdə yandırıcı effekt alınırsa, onda onu su ilə durulaşdırmaq lazımdır. Gözlərlə təmasına yol verilməməlidir. Preparatı udmaq olmaz. Asetilsalisil turşusuna və ya digər QSİƏP-ə yüksək həssaslıq olduqda, benzidaminin istifadəsi məsləhət görülmür. Anamnezdə və ya hazırda bronxial astması olan pasiyentlərdə bronxospazm yarana bilər.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadə edilməməlidir (əgər həkim tərəfindən fərqli bir təyinat verilməyibsə).

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Bu preparatın istifadəsi nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir və ya nəzərə alınmayacaq dərəcədə təsir göstərir.

 

TONZİLAMİN-AF İstifadə qaydası və dozası

Ağrını azaltmaq üçün preparatdan 15 ml (1 xörək qaşığı) götürüb boğaz və ya ağız boşluğu 30 saniyə ərzində qarqara edilir. Hər 1,5-3 saatdan bir təkrarlanır. Həkim müşahidəsi olmadıqda, preparatı fasiləsiz 7 gündən artıq istifadə etmək olmaz. Preparat əsasən qatı şəkildə istifadə olunur. Əgər yandırıcı təsir müşahidə olunsa, su ilə durulaşdırıb istifadə etmək olar.

 

Əlavə təsirləri

Yerli reaksiyalar: ağız boşluğuna yandırıcı təsir, toxumaların keyləşməsi, ağızda quruluq. Digər: yuxulu vəziyyət, allergik reaksiyalar, larinqospazm, bronxospazm, qaşınma, övrə, fotohəssaslıq, səpgi, angioödem, anafilaktik reaksiyalar.

 

Doza həddinin aşılması

300 mq-dan artıq benzidaminin udulması zamanı intoksikasiya gözlənilir. Daxilə qəbul edildikdə, doza həddinin aşılması zamanı MBT-nin və MSS-nin simptomları yarana bilər: ürəkbulanma, qusma, qarın nahiyəsində ağrı, qida borusunun qıcıqlanması, başgicəllənmə, halüsinasiya, ajitasiya, narahatlıq. Müalicə simptomatik və dəstəkləyicidir. Kifayət qəd\ər maye qəbul etmək lazımdır.

 

Buraxılış forması

120 ml məhlul, flakonda. 1 flakon, içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.