Pharmed
TONICO INJEEL 1,1ML N5 AMP
TONİKO-İNJEL, əzələdaxili, dərialtı, dəridaxili, venadaxili inyeksiya üçün məhlul
TONİKO-İNJEL tərkibi
Təsiredici maddələr: 1,1 ml-lik (=1,1 q) 1 ampulda: Aurum metallicum D10 1,65 mq; Aurum metallicum D30 1,65 mq; Aurum metallicum D200 1,65 mq; Chamaelirium luteum D10 1,10 mq; Chamaelirium luteum D30 1,10 mq; Chininum arsenicosum D10 1,10 mq; Chininum arsenicosum D30 1,10 mq; Hypericum perforatum D10 1,10 mq; Hypericum perforatum D30 1,10 mq; Kalium phosphoricum D10 2,20 mq; Kalium phosphoricum D30 2,20 mq; Selenium D10 1,10 mq; Selenium D30 1,10 mq; Strychnos nuxvomica D10 2,75 mq; Strychnos nux-vomica D30 2,75 mq.
İstifadəsinə göstərişlər
Fiziki və psixi üzgünlük. Uşaqlarda zehni inkişafın çatışmazlıqları.
Əks göstərişlər
Preparatın komponentlərindən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq).
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu preparatda təqdim olunmuş maddələrin homeopatik durulaşdırılmış məhlullarının hamiləlik və laktasiya müddətində toksik olmaları məlum deyil. Bütün dərman vasitələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə öz həkiminizlə və ya müalicə edən mütəxəssislə məsləhətləşin.
TONİKO-İNJEL istifadə qaydası və dozası
Böyüklər və 2 yaşdan yuxarı uşaqlar: Kəskin hallarda gündə, digər hallarda isə həftədə 1-3 dəfə 1 ampul əzələ daxilinə, dəri altına, dəri daxilinə və ya vena daxilinə yeridilir. İstifadə qaydası Tonico-İnjel, inyeksiya üçün məhlul d.a., d.d., ə.d. və ya v.d. yolla yeridilir.
Şüşə ampulun açılma qaydası Şüşə ampulu kəsmək lazım deyil. Bucaq altında ampulun başını tutun, və ampulun yuxarı hissəsinə vuraraq məhlulu aşağıya doğru çalxalayın. Sonra rəngli nöqtə olan hissədən ampulun yuxarı hissəsini qırın.