pharmed
TETRACIKLIN 3% 15GR MELHEM
TETRASİKLIN-AKOS 3% xaricə istifadə üçün məlhəm
TETRACYCLINE-AKOS
Beynəlxalq patentləşdirilməmiş adı: Tetracycline
Tərkibi
Təsiredici maddə: 100 q məlhəmin tərkibində 3 q tetrasiklin hidroxlorid (tetrasiklin hesabı
ilə) vardır.
Köməkçi maddələr:susuz lanolin, neftdən alınan bərk parafinlər, serezin, natrium disulfit
(natrium pirosulfat, natrium metabisulfit), vazelin.
Təsviri
Sarı rəngli məlhəmdir.
Farmakoterapevtik qrupu
Antibiotik-tetrasiklin.
ATC kodu: D06AA04.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Tetrasiklinlər qrupundan olan geniş təsir spektrinə malik bakteriostatik antibiotikdir.
Nəqledici RNT və ribosom arasındakı kompleksin yaranmasını pozur ki, bu da zülal sintezinin
pozulmasına səbəb olur.
Qrammüsbət (Staphylococcus spp., o cümlədən penisillinaza hasil edən; Streptococcus spp. (o
cümlədən Streptococcus pneumoniae); Haemophilus influenzae, Listeria spp., Bacillus
anthracis) və qrammənfi (Neisseria gonorrhoeae, Bordetella pertussis, Escherichia coli,
Enterobacter spp., Klebsiella spp., Salmonella spp., Shigella spp.), mikroorqanizmlərə, eləcə də
Rickettsia spp., Chlamydia spp., Mycoplasma spp., Treponema spp. qarşı aktivdir.
Pseudomonas aeruginosa, Proteus spp., Serratia spp., Bacteroides spp.-nin əksər ştammlarına
və göbələklərə, kiçik viruslara, A qrupu beta-hemolitik streptokokklara (Streptococcus pyogenesin 44% ştammları və Streptococcus faecalis-in 74 % ştammalrı daxil olmaqla) qarşı qeyriaktivdir.
Farmakokinetikası
Sağlam dəriyə çəkdikdə, praktik olaraq sorulmur.
İstifadəsinə göstərişlər
- Yumşaq toxumaların irinli infeksiyası;
- furunkulyoz;
- infeksiyalaşmış ekzemalar;
- səpgi, civzəli səpgi;
- follikulit.
Əks göstərişlər
Xaricə istifadə üçün istifadə edilən Tetrasiklin-Akos prepratı aşağıdakı hallarda əks
göstərişdir:
- preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;
- dərinin mikoz təbiətli zədələnməsi;
- 11 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Dərin və ya yarılmış yaralarda, ağır yanıqlarda, oftalmologiyada (1%-li göz məlhəmindən
istifadə edilir) istifadə edilməsi məsləhət görülmür.
Nəzərə almaq lazımdır ki, xaricə istifadə üçün antibakterial dərman vasitələrinin istifadəsi
orqanizmin yüksək həssaslıq reaksiyalarının inkişafı ilə müşayiət olunan sensibilizasiyasına
səbəb ola bilər.
2 həftə müddətində pasiyentin səhhətində yaxşılaşma müşahidə edilmədikdə, həkimlə
məsləhətləşmək lazımdır.
11 yaşa qədər uşaqlarda adekvat və ciddi nəzarət olunan tədqiqatlar aparılmayıb; bu
kateqoriya pasiyentlər üçün doza müəyyən edilməyib.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Tetrasikli-Akos məlhəminin digər dərman vasitələri ilə əhəmiyyətli dərəcədə qarşılıqlı
təsiri qeyd edilməmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Xaricə istifadə edilən Tetrasiklin-Akos məlhəmini hamiləlik və laktasiya dövründə istifadə
etmək olmaz. Tetrasiklinin az miqdarda qan dövranınna və plasenta vasitəsilə dölə nüfuz
etməsi mümkündür. Tetrasiklin məlhəminin təsiredici maddəsi ana südünə keçə bilər.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri
Təsvir edilməmişdir.
İstifadə qaydası və dozası
Xaricə istifadə edilir. Məlhəm gündə 1-2 dəfə dərinin zədələnmiş nahiyələrinə sürtülür
(üstünə tənzif sarğı qoyula bilər).
Əlavə təsirləri
Аllergik reaksiyalar: yanma hissi, dərinin hiperemiyası, ödem və qıcıqlanmanın digər
əlamətləri.
Doza həddinin aşılması
Doza həddinin aşılması barədə məlumat yoxdur.
Buraxılış forması
Xaricə istifadə üçün 3%-li məlhəm.
15 q məlhəm, tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 °С-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq
lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi/İradları qəbul edən təşkilat
“Sintez” Tibbi preparatlarının və ləvazimatların Kurqan Açıq Səhmdar Cəmiyyəti” Açıq
Səhmdar Cəmiyyəti (“Sintez” ASC)
Rusiya Federasiyası, 640008, Kurqan vilayəti, Kurqan ş., Konstitusiya pr., ev 7.
Tel.:/Faks: (3522) 48-16-89.
İnternet-sayt: http://www.kurgansintez.ru