Pharmed
TERBROFEN 100ML SRP
TERBROFEN
Beynəlxalq patentləşdirilməmiş adı: Ambroxol hydrochloride, Terbutaline sulfate, Guaifenesin
TERBROFEN Tərkibi
Təsiredici maddələr: 5 ml şərbətin tərkibində 15 mq ambroksol hidroxlorid, 1,25 mq terbutalin sulfat,
50 mq qvayfenezin vardır.
Köməkçi maddələr: levomentol, natrium sitrat, susuz limon turşusu, natrium benzoat, makroqol
(polietilenqlikol 400), aspartam, sukraloza, propilenqlikol, hipromelloza (HPMC 5
CPS), Ponso 4R boya maddəsi (Supra), çiyələk aromatizatoru, təmizlənmiş su.
Farmakoterapevtik qrupu
Kombinə olunmuş bəlğəmgətirici preparatlar (öskürəkəleyhinə preparatlarla kombinasiya istisna
olunmaqla).
ATC kodu: R05CB06.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası:
Tənəffüs yollarının bəzi xəstəlikləri zamanı bəlğəmin qatı və yapışqan olması onun хаric оlunmаsına əngəl
törədir, bu isə öskürəyə və tənəffüsün çətinləşməsinə səbəb olur.
Terbrofen şərbət, öskürək və soyuqdəymə xəstəliklərində istifadə olunan kombinə olunmuş bronxolitik
(bronxgenişləndirici), mukolitik, bəlğəmgətirici və antiallergik dərman vasitəsidir. Preparatın terapevtik
təsiri onun komponentlərinin farmakoloji xüsusiyyətləri ilə əlaqədardır.
Terbrofen şərbət bronxial sekretin seroz komponentini artırır, bəlğəmin özlülüyünü azaldır, kirpikli
epitelini aktivləşdirir və bəlğəmin xaric olunmasını asanlaşdırır. Həmçinin, bronxları genişləndirir, tənəffüs
yollarının keçiriciliyini artırır, nəfəs almanı asanlaşdırır.
Ambroksol hidroxlorid, benzilamin qrupuna aid, bromheksinin aktiv N-demetilləşmiş metaboliti olan,
mukokinetik, mukolitik və bəlgəmgətirici təsirlərə malik dərman vasitəsidir. Turş mukoproteinləri
parçalayaraq traxeobronxial sekretin (tənəffüs yollarında olan seliyin) özlülüyünü və sıxlığını azaldır,
bəlğəmi durulaşdırır və onun sekresiyasını normallaşdırır. Bəlğəmi yumşaldaraq öskürəyi rahatlaşdırır.
Ağciyərlərdə (alveollarda) II-ci tip pnevmositləri, bronxiollarda Klar hüceyrələrini stimullaşdırmaqla
endogen surfaktantın (səthi aktiv maddənin) hasil olmasını artırır, onun dağılmasına mane olur və alveolyar
hüceyrələrin tənəffüs prosesində sabitliyini təmin edir. Ambroksol kirpikciklərin normal hərəki aktivliyini
və bəlğəmin tənəffüs yollarından asanlıqla хаric оlmаsını (mukosiliar klirens) təmin edir.
Beləliklə, ambroksol öskürəyi və öskürək zamanı gərginliyi azaldır, tənəffüs pozulmasını aradan qaldırır,
nəfəs almanı asanlaşdırır.
Terbutalin sulfat, adrenomimetik vasitə olub, bronxların β2-adrenoreseptorlarını selektiv stimulə edir,
adenilatsiklazanın aktivliyini artırır, tsiklik AMF-i stabilləşdirir, kalsiumun hüceyrədaxili konsentrasiyasını
azaldır, sayə əzələlərin spazmını aradan qaldırır və tonusunu azaldır, tənəffüs yollarını genişləndirir və
tənəffüsü asanlaşdırır. Bronxial seliyin özlülüyünü azaldır, mukosiliar klirensi artırır, bronxların selikli
qişasının ödemini azaldır. Həmçinin, tosqun hüceyrələrinin membranlarını sabitləşdirir, allergiya
mediatorlarının (serotonin, histamin və s.) azad olmasını tormozlayır və antiallergik təsir.
Qvayfenezin, mukolitik və bəlğəmgətirici vasitələr qrupuna aid yarımsintetik preparatdır. Təsiri bronxağciyərlərin səthi gərilməsinin və bəlğəmin adheziv qabiliyyətinin (bronxların selikli qişasına yapışması)
azalması ilə əlaqədardır. Qvayfenezin bronxların selikli qişasının reseptorlarını və neytral polisaxaridlər
hasil edən sekretor hüceyrələrini stimullaşdırır, turş mukopolisaxaridləri parçalayır, tənəffüs yollarının
selikli vəzilərinin ifrazını artırır, traxeya və bronxlarda bəlğəmin həcmini artırır və qatılığını azaldır,
mukolitik təsir edir. Bronxların siliar apparatının təsirini gücləndirir, həmçinin öskürək refleksinin
effektivliyini artırır və bəlğəmin tənəffüs yollarından xaric olmasını asanlaşdırır. Qvayfenezin 24 saat
ərzində bəlğəmgətirici təsirini saxlayır. Qvayfenezin, həmçinin anksiolitik təsirə malikdir.
Mentol, yerli keyləşdirici və sakitləşdirici təsir edir, boğaz nahiyəsinin selikli qişasında qıcıqlanma hissini
azaldır, nəfəsi təravətləndirir.
Farmakokinetikası:
Ambroksol hidroxlorid:
Qəbul edildikdən sonra organizmdə tez və tam absorbsiya olunur. Biomənimsənilməsi 70-80% təşkil edir.
Аcqarına qəbulu zаmаnı mакsimаl plаzmа коnsеntrаsiyаsına (Cmax ) 0,5-3 saata (ortalama 2 saata) çatır.
Ambroksolun terapevtik təsiri daxilə qəbulundan 30 dəqiqə sonra başlayır və 6-12 saat ərzində davam edir.
Plаzmа zülаllаrı ilə birləşməsi 90%-dir.
Ən yüksək konsentrasiyalarda ağciyər toxumasında toplanır. Hematoensefalik və plasentar baryerdən keçir,
ana südündə də aşkar edilir. Qaraciyərdə "ilk keçid" zamanı ⅓ hissəsi metabolizmə uğrayır.
Orqanizmdən dibromoantranil turşusu və qlükuronid metabolitləri şəklində (85%) və dəyişilməmiş şəkıldə
(5-6%) böyrəklərlə xaric olur. Yarımxaricolma dövrü (t½) təqribən 7-12 saat təşkil edir.
Terbutalin sulfat:
Daxilə qəbuldan sonra biomənimsənilməsi 30-50%-dir. Terbutalin ciftdən keçir, ana südünə də nüfuz edir.
t½ – 16-20 saat təşkil edir. Qaraciyərdə, əsasən qeyri-aktiv sulfat və qlükuron konyuqatı metabolitlərinin
əmələ gəlməsilə qismən metabolizmə uğrayır. Orqanizmdən sidiklə xaric olunur.
Qvayfenezin:
Mədə-bağırsaq traktından tez sorulur (daxilə qəbulundan 25-30 dəqiqə sonra). Turş mukopolisaxaridləri
olan toxumalara nüfuz edir. Qaraciyərdə oksidləşmə və demetilləşmə yolu ilə metabolizmə uğrayır.
t½ 1 saat təşkil edir. Ağciyərlərdən (bəlğəmlə) və böyrəklərlə həm dəyişilməmiş, həm qeyri-aktiv
metabolitləri şəklində xaric olunur.
İstifadəsinə göstərişlər
Bronxospazm ilə müşayiət olunan öskürəyin simptomatik müalicəsi: traxeobronxit, obstruktiv bronxit,
bronxial astma.
Bəlğəmin sekresiyasının və onun xaric olmasının pozulması ilə müşayiət olunan tənəffüs yollarının kəskin
və xroniki xəstəliklərin müalicəsi: ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX), pnevmoniya, ağciyər
emfizeması, bronxoektaziya, ağciyər vərəmi, pnevmokonioz, sinusit.
Kəskin respirator xəstəliklərin kompleks terapiyası.
Əks göstərişlər
Ambrокsоlа, brоmhекsinə və ya preparatın digər komponentlərindən hər hansı birinə qаrşı yüкsəк
həssаslıq.
Mədənin və onikibarmaq bağırsağın peptik xorası (kəskinləşmə dövrü).
Ürəyin işemik xəstəliyi və ya ÜİX-yə risk faktorları olan xəstələr.
Ürək ritminin pozulması (aritmiya).
Ağır qaraciyər və böyrək çatışmazlığı.
Dekompensə olunmuş şəkərli diabet.
Qanaxmaya meyillilik.
Hamiləliyin I-ci trimestri.
Laktasiya dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Digər simpatomimetik dərman vasitələrində olduğu kimi, şəkərli diabet, hipertireoz, yüksək arterial təzyiq
və ürək-damar sisteminin ağır xəstəlikləri (aortal stenoz, miokardit, QT intervalının uzanmasına meyillilik,
ürək çatışmazlığı) zamanı preparatı ehtiyatla təyin etmək lazımdır.
Qaraciyər və/və ya böyrək çatışmazlığı zamanı dərman vasitəsinin qəbulu ilə bağlı xüsusi tədqiqatlar
aparılmamışdır. Böyrək, qaraciyər xəstəlikləri və peptik xora xəstəliyi olan pasiyentlərdə ehtiyatla istifadə
edilməlidir.
2 yaşdan kiçik uşaqlarda yalnız həkimin təyinatı və nəzarəti ilə istifadə edilə bilər.
Qvayfenezin daimi və ya xroniki öskürək (məsələn, siqaret çəkmə, bronxial astma, emfizema, xroniki
bronxit) və ya həddən artıq bəlğəm ifrazı ilə müşayiət olunan öskürək zamanı yalnız həkimin təyinatı və
ciddi nəzarəti ilə istifadə edilə bilər.
Qvayfenezin sidiyin çəhrayi rəngə boyanmasına səbəb ola bilər, lakin bunun klinik əhəmiyyəti yoxdur.
Terbutalinin hiperqlikemik təsirləri səbəbindən şəkərli diabetdən əziyyət çəkən xəstələrdə ilkin olaraq
qanda qlükoza səviyyəsinin nəzarət edilməsi tövsiyə olunur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Bəlğəmin xaric olmasına mane olan kodein kimi öskürəkəleyhinə dərman vasitələri və atropin kimi selik
ifrazını azaldan preparatlarla birlikdə istifadəsi bəlğəmin ağciyərlərdə toplanmasına səbəb ola bilər. Buna
görə, Terbrofen şərbət bu preparatlarla eyni vaxtda istifadə edilməməlidir.
Ambroksol antibakterial vasitələrinin (ampisillin, amoksasillin, eritromisin, sefaleksin, oksitetrasiklin,
sulfanilamidlər) sorulmasını sürətləndirir və tənəffüs yollarına nüfuz etməsini yaxşılaşdırır.
Ambroksol kalium antaqonistləri ilə birlikdə təyin edilməməlidir.
Atropin və m-xolinoliklər təsir göstərən amantadin, trisiklik antidepressantlar, haloperidol, antihistaminlər
və prokainamid kimi digər preparatlar (məs., ipratropium) kirpikciklərin hərəkətliliyini və mukosiliar
klirensi azaldaraq tənəffüs yollarında bəlğəmin toplanmasına səbəb ola bilər.
Qvayfenezin, MSS-in fəaliyyətini ləngidən preparatların, eləcə də etanolun təsirini gücləndirir.
Trisiklik antidepressantlar, monoaminooksidaza (MAO) inhibitorları, adrenalin və digər
simpatomimetiklər terbutalinin ürək-damar sisteminə əlavə təsirlərini artıra bilər. Terbrofen şərbət MAO
inhibitorlarının qəbulunun bitməsindən ən azı 2 həftə sonra qəbul edilməlidir.
β2-aqonistləri ilgək diuretiklərin hipokaliemik təsirini gücləndirir. Buna görə, birgə istifadəsi zamanı qan
zərdabında kaliumun səviyyəsi mütəmadi yoxlanılmalıdır.
Qeyri-selektiv β-adrenoblokatorlar (atenolol, propranolol, oksiprenolol) terbutalinin təsirini zəiflədir, bu
səbəbdən eyni vaxtda istifadə edilməməlidir.
Hamiləlik və laktasiya dövründə istifadə
Kifayət qədər klinik tədqiqatlar olmadığından hamiləliyin I trimestrində və ya hamiləliyə şübhə hallarında
istifadəsi tövsiyə edilmir. Hamiləliyin II-ci və III-cü trimestrində fayda/risk nisbəti dəyərləndirildikdən
sonra təyin oluna bilər.
Müalicə müddətində hamilə olduğunuzu aşkar etsəniz həkiminizi məlumatlandırın.
Preparatın ana südünə ekskresiyası barədə məlumatlar mövcuddur. Laktasiya dövründə preparatdan istifadə
etmək lazımdırsa ana südü ilə qidalandırma müvəqqəti dayandırılmalıdır və ya hamiləlikdən qorunmaq
üçün uygun kontraseptiv üsullardan istifadə edilməlidir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatla müalicə zamanı baş ağrısı, başgicəllənmə, yuxululuq kimi əlavə təsirlər müşahidə oluna bilər.
Həmin reaksiyalar yarandıqda xəstələrə nəqliyyat vasitələrini və digər xüsusi diqqət və psixomotor
reaksiyalar tələb edən fəaliyyət növlərindən istifadə tövsiyə edilmir.
TERBROFEN İstifadə qaydası və dozası
Terbrofen şərbət yeməkdən 30 dəqiqə sonra daxilə qəbul edilir. İstifadədən öncə flakonu çalxalamaq
lazımdır. Preparat su və ya meyvə şirəsi ilə qarışdırılaraq istifadə edilə bilər.
Preparatın təsirini gücləndirmək məqsədilə müalicə zamanı kifayət qədər maye qəbul etmək tövsiyə olunur.
Dozalamaq üçün qutuya qablaşdırılmış ölçü qapağından istifadə olunur.
Həkim tərəfindən başqa cür təyin edilməyibsə aşağıdakı dozalarda istifadə edin.
0-6 yaş arası uşaqlar: 5-10 ml (½-1 ölçü qapağı) gündə 2-3 dəfə
2 yaşa qədər uşaqlarda istifadəsi yalnız həkim təyinatı və nəzarəti ilə mümkündür.
6-12 yaş arası uşaqlar: 10 ml (1 ölçü qapağı) gündə 3 dəfə
12 yaşdan yuxarı uşaqlar və böyüklər: 10-20 ml (1-2 ölçü qapağı) gündə 3 dəfə
Müalicənin müddəti həkim tərəfindən fərdi olaraq təyin edilir, lakin adətən 3-7 gün təşkil edir.
Həkimlə məsləhətləşmədən preparatı uzun müddət istifadə etmək olmaz.
Uzunmüddətli qəbulu zamanı doza həkim tərəfindən tənzimlənməlidir.
Xüsusi qrup xəstələrə dair əlavə məlumat:
Böyrək/qaraciyər çatışmazlığı olan xəstələr:
Böyrək, qaraciyər xəstəlikləri və peptik xora xəstəliyi olanlarda ehtiyatla istifadə edilməlidir.
Pediatrik xəstələr:
2 yaşa qədər uşaqlarda istifadəsi yalnız həkim təyinatı və nəzarəti ilə mümkündür.
Yaşlı xəstələr:
Yaşlı xəstələrdə istifadəsinə dair xüsusi göstəriş yoxdur.
Əlavə təsirləri
Bütün dərmanlar kimi, preparatın tərkibindəki maddələrdən hər hansı birinə qarşı həssas olan şəxslərdə
arzuolunmaz əlavə təsirlər ola bilər. Preparat adətən orqanizm tərəfindən yaxşı qəbul edilir. Əlavə təsirlər
əksər hallarda mülayim olur və preparatın qəbulu dayandırıldıqda keçir. Ciddi arzuolunmaz reaksiyalar çox
nadir müşahidə olunur.
Müşahidə olunan əlavə reaksiyalar orqan sistemlərinə təsirinə görə aşağıdakı kimi təsnif edilir:
İmmun sisteminə: allergik reaksiyalar (dəridə səpgi, üzdə şişkinlik, təngnəfəslik, qaşınma), qızdırma.
Dəri və dərialtı toxumaya: övrə.
Sinir sisteminə: başgicəllənmə, baş ağrısı, əsəbilik, tremor, yuxululuq, dadbilmənin pozulması.
Ürək-damar sisteminə: taxikardiya (ürəkdöyünmə), tərləmə, titrəmə.
Həzm sisteminə: ürəkbulanma, qusma, dispepsiya, qastralgiya, abdominal ağrı, diareya, ağızda və ya
boğazda quruluq, ağızda keyimə hissi.
Dayaq-hərəkət aparatına və birləşdirici toxumaya: əzələ spazmı.
Böyrəklərə və sidikçıxarıçı yolla: sidiyin çəhrayı rəngə boyanması.
Laborator göstəricilər: zərdab aminotransferazalar səviyyələrinin keçici yüksəlməsi, hiperqlikemiya,
hipokaliemiya.
Arzuolunmaz effektlər baş verdikdə həkiminizə müraciət edin.
Bu içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsir meydana çıxarsa, bu barədə həkiminizə məlumat
verin.
Doza həddinin aşılması
Simptomları: ürəkbulanma, mədə-bağırsaq diskomfortu, baş ağrısı, narahatlıq, taxikardiya, aritmiya,
yuxululuq, tremor, şüurun pozulması, qıcolmalar, hiperqlikemiya, hipokaliemiya.
Müalicəsi: mədənin yuyulması, aktivləşdirilmiş kömürün qəbulu, simptоmаtiк və dəstəкləyici müalicə.
Buraxılış forması
Daxilə qəbul üçün şərbət, 100 ml, fırlanan qapaqlı sarı şüşə flakonda.
1 flakon və ölçü qаpağı (10 ml-lik), içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.