Pharmed
TENOTEN DETSKI 3MG N40 TB
TENOTEN
TENOTEN Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 0,003 q beyin-spesifik S-100 zülalına qarşı affin-
təmizlənmiş antitellər* vardır.
Köməkçi maddələr:laktoza monohidrat, mikrokristallik sellüloza, maqnezium stearat.
* tərkibində təsiredici maddənin aktiv formasının miqdarı 10-16 nq/q-dan çox
olmayan su-spirt qarışığı şəklində laktoza monohidratın üzərinə çəkilir.
Farmakoterapevtik qrupu
Anksiolitik preparatlar.
ATC kodu: N05BX.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası:
Preparat, sakitləşdirici, həyəcanəleyhinə (anksiolitik) təsirlərə malik olduğu halda,
arzuolunmayan hipnogen və miorelaksasiyaedici effektlərin meydana çıxmasına səbəb olmur.
Psixoemosional gərginliyə qarşı dözümlülüyü yaxşılaşdırır. Preparat stress-protektor, nootrop,
antiamnestik, hipoksiyaəleyhinə, neyroprotektor, antiastenik, antidepressiv təsirlərə malikdir.
İntoksikasiya və hipoksiya zamanı, beyin qan dövranının kəskin pozğunluğundan sonrakı
vəziyyətlərdə neyroprotektor təsir göstərir, zədələnmə nahiyəsini məhdudlaşdırır, mərkəzi sinir
sistemində (MSS-də) öyrənmə və yaddaş proseslərini normalaşdırır.
Lipidlərin peroksidləşməsi proseslərini inhibə edir.
Beyində sinaptik (məlumatlandırıcı) və metabolik proseslərin əlaqələndirilməsini həyata keçirən
S-100 zülalının funksional aktivliyini modifikasiya edir. QAYT-mimetik və neyrotrofik təsir
göstərərək, stress-məhdudlaşdıran sistemlərin aktivliyini yüksəldir, neyronal plastiklik
proseslərinin bərpa olunmasına səbəb olur.
Farmakokinetikası:
Preparatın spesifik tərkibini (“Tərkibi” bölməsinə bax) nəzərə alaraq, müasir fiziki-kimyəvi
analiz metodlarının (qaz-maye xromatoqrafiyası, yüksək effektiv maye xromatoqrafiyası,
xromato-kütlə-spektrometriya) həssaslığı, Tenoten uşaqlar üçün preparatın təsiredici maddəsinin
orqanizmin bioloji mayelərində, orqan və toxumalarında miqdarını qiymətləndirmək imkanı
vermir ki, bu da preparatın farmakokinetikasının öyrənilməsini texniki cəhətdən mümkünsüz
edir.
İstifadəsinə göstərişlər
Tenoten uşaqlar üçün preparatının istifadəsi, 3 yaşdan yuxarı uşaqlar üçün göstərişdir.
Kompleks terapiyanın tərkibində nevrasteniyanın və nevrotik pozğunluqların (o cümlədən,
həyəcanla, qıcıqlanma və yüksək oyanıqlıqla, vegetativ pozğunluqlarla müşayiət olunan
uyğunlaşma reaksiyaları daxil olmaqla) müalicəsi.
Diqqət çatışmazlığı və hiperaktivlik sindromu.
Əks göstərişlər
Preparatın tərkibinə daxil olan komponentlərdən hər hansı birinə qarşı yüksək fərdi həssaslıq.
3 yaşa qədər uşaqlar.
Laktaza çatışmazlığı, laktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatın tərkibinə laktoza monohidrat daxildir və bununla əlaqəli, anadangəlmə qalaktozemiya,
qlükoza və ya qalaktoza malabsorbsiyası sindromu və ya anadangəlmə laktaza çatışmazlığı kimi
xəstəlikləri olan pasiyentlərdə preparatı istifadə etmək tövsiyə olunmur.
Tenoten uşaqlar üçün preparatının təsirində aktivləşdirici xüsusiyyətlərin mövcudluğunu nəzərə
alaraq, preparatın gün ərzində sonuncu qəbulu yuxuya getməzdən ən azı 2 saat əvvəl olmalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Bu günə qədər digər dərman preparatları ilə uyuşmazlığı qeydə alınmamışdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə qadınlarda Tenoten uşaqlar üçün preparatının istifadəsinin
təhlükəsizliyi öyrənilməmişdir. Göstərilən dövrdə preparatın istifadəsi üçün zərurət yarandığı
halda, “fayda-risk” nisbəti nəzərə alınmalıdır.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Tenoten uşaqlar üçün preparatının nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli
mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsiri aşkar edilməmişdir.
TENOTEN İstifadə qaydası və dozası
Tabletin üzərində olan xətt, onun 2 hissəyə bölünməsi üçün deyildir.
Tabletləri daxilə qəbul etmək lazımdır. 1 qəbula – 1-2 tablet istifadə edilir (ağız boşluğunda tam
sorulana qədər saxlanılmalıdır – qida qəbulu zamanı istifadə etmək olmaz). Zərurət yarandığı
halda, tabletləri otaq temperaturunda az miqdar qaynadılmış suda həll etmək olar.
Nevrasteniya və nevrotik pozğunluqlar. Sutkada 1 dəfədən 3 dəfəyə qədər 1 tablet qəbul etmək,
müalicə kursu 1-3 ay təşkil edir. Zərurət yarandıqda, müalicə kursunu 6 aya qədər uzatmaq və ya
1-2 aydan sonra təkrar etmək olar.
Diqqət çatışmazlığı və hiperaktivlik sindromu. Sutkada 2 dəfə 2 tablet qəbul etmək, müalicə
kursu 1-3 ay təşkil edir.
Müalicəyə başladıqdan sonra, 3-4 həftə müddətində davamlı yaxşılaşma vəziyyəti əldə
edilmədiyi halda, həkimə müraciət etmək lazımdır.
Uşaqlar:
Tenoten uşaqlar üçün preparatının istifadəsi, 3 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulmuşdur.
Əlavə təsirləri
Preparatın tərkibinə daxil olan komponentlərə qarşı yüksək fərdi həssaslıq reaksiyalarının inkişaf
etməsi mümkündür.
Doza həddinin aşılması
Preparatın istifadəsi nəticəsində doza həddinin aşılması baş verdiyi halda, preparatın tərkibinə
daxil olan köməkçi maddələrlə əlaqəli dispepsiya halları müşahidə oluna bilər.
Buraxılış forması
Homeopatik sorma tabletlər. 20 tablet polivinilxlorid örtüklü və alüminium folqa konturlu-yuvalı
qablaşmada. 2 konturlu-yuvalı qablaşma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.