PharmEd

Pharmed

TAZERACIN 4,5GR 25ML N1 FLK

TƏSDİQ EDİLMİŞDİR 
 Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
 
_______________________ 2023-cü il
 Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
TAZERASİN venadaxili inyeksiya məhlulu hazırlamaq üçün liofilizəolunmuş toz
TAZERACIN
Beynəlxalq patentləşdirilməmiş adı: Piperacillin + Tazobactam
Tərkibi
Tazerasin 4,5 q
Təsiredici maddə: 1 flakonda 4000 mq piperasillinə ekvivalent 4169,88 mq natrium, 
 500 mq tazobaktama ekvivalent 536,6 mq natrium vardır.
Köməkçi maddələr: yoxdur.
Tazerasin 2,25 q
Təsiredici maddə: 1 flakonda 2000 mq piperasillinə ekvivalent 2084,94 mq natrium,
 250 mq tazobaktama ekvivalent 268,3 mq natrium vardır.
Köməkçi maddələr: yoxdur.
Təsviri
Şüşə flakonda venadaxili inyeksiya məhlulu hazırlamaq üçün ağ rəngdə steril tozdur. Preparat steril və
apirogendir.
Farmakoterapevtik qrupu
Geniş təsir spektrli antibakterial vasitə, beta-laktamaza inhibitoru ilə penisillin kombinasiyası.
ATC kodu: J01CR05.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Təsir mexanizmi
Piperasillin geniş-təsir spektrli, yarımsintetik penisillin olub, hüceyrə divarı sintezini inhibə etməklə
bakterisid təsir göstərir.
Tazobaktam ümumilikdə, penisillin və sefalosporinlərə qarşı həsas olan bir çox beta-laktamazaların 
inhibitorudur, amma AmpC fermenetləri və ya metallo beta-laktamazaları inhibə etmir. Piperasillin ilə
monoterapiya zamanı davamlı beta-laktamaza sintez edən bir sıra bakteriyalara qarşı müqavimətdə, 
tazobaktam onun antibakterial təsirini uzadır.
Farmakokinetika/Farmakodinamik əlaqə
İnhibəedici qatılığın minimum qiymətinə uyğun gələn vaxt piperasillinin ən yüksək farmakodinamik 
fəallıq göstərdiyi qiymət hesab edilir.
Rezistentliyin (davamlılığın) mexanizmi

Piperasillinə/tazobaktama qarşı rezistentliyin iki əsas mexanizmi aşağıdakı kimidir:
• Tazobaktam tərəfindən inhibə edilməyən beta-laktamazalar (B, C, D molekulyar səviyyədə beta-
laktamazalar) tərəfindən piperasillin komponentlərinin inaktivasiyası. Bundan əlavə, tazobaktam
geniş spektrli A molekulyar səviyyəli beta-laktamazalara və D qrup enzimlərinə qarşı qorunma 
təmin etmir.
• Penisillinbirləşdirici zülalların alterasiyası bakteriyaların molekulyar səviyyədə hədəfə
alınmasında iştirak edəcək piperasillin quruluşunun oxşarlığında müəyyən fərqlilik nəticələnir.
Bunlardan əlavə, bakterial membran keçiriciliyinin alterasiyası, eləcə də müxtəlif efflux pump 
(Pseudomonas aeruginosa qarşı mikrobəleyhinə dərman vasitələri) dərmanların istifadəsi, bakteriyaların 
piperasillin/tazobaktama qarşı müqavimətliliyinə səbəb ola və yaxud sürətləndirə bilər (xüsusilə, 
qrammənfi bakteriyalar).

Farmakokinetik xüsusiyyətləri
Sorulması
4 q/0,5 q piperasillin və tazobaktamın venadaxili infuziyası zamanı 30 dəqiqədən sonra maksimal qatılıq 
müvafiq olaraq, 298 µq/ml və 34 µq/ml olur.
Paylanması
Piperasillin və tazobaktamın təxminən 30%-i plazma zülalları ilə birləşir. Piperasillin və ya 
tazobaktamın protein birləşməsi digər birləşmələrin iştirakında təsirsizdir. Tazobaktam metabolitinin 
protein ilə birləşməsi cuzidir.
Piperasillin/tazobaktam bağırsaq mukozası, öd kisəsi, ağciyər, öd yolları və sümük daxil olmaqla bədən 
toxuması və mayesində geniş paylanılır. Əsas toxuma konsentrasiyasının 50%-dən 100%-ə qədəri
plazmada paylanır. Digər penisillinlərdə olduğu kimi, onurğa beyni mayesində paylanması qeyri-iltihabi 
meningitli şəxslərdə aşağıdır.
Biotransformasiyası
Piperasillin desetil metaboliti şəklində metabolizm olunur ki, bu da mikrobioloji baxımından az aktiv 
hesab edilir. Tazobaktamın biotransformasiya zamanı əmələ gələn vahid metaboliti isə mikrobioloji 
cəhətdən qeyri-fəaldır.
Xaric olması
Piperasillin və tazobaktam böyrəklərdə qlomerulyar filtrasiya və boru sekresiyası yolu ilə xaric edilir.
Piperasillin əsasən, dəyişilməmiş şəkildə – qəbul edilmiş dozanın təxminən 68%-i sidiklə xaric olunur. 
Tazobaktam və onun metaboliti ilkin olaraq, böyrəklər vasitəsilə, qəbul edilmiş dozanın 80%-i 
dəyişilməmiş şəkildə və təkrar ifraza məruz qalmış metabolit şəklində eliminasiya olunur. Piperasillin, 
tazobaktam və desetil piperasillin öd ilə də sekresiya edilir.
Sağlam şəxslərdə piperasillin/tazobaktamın ardıcıl olaraq, vahid və yaxud bir neçə dozasının qəbulu 
onun yarımparçalanma dövrünü 0.7 saatdan 1.2 saata qədər dəyişir və infuziyanın dozası və müddəti 
təsirsiz olur. Piperasillin və tazobaktamın yarımparçalanma dövrü böyrək klirens azaldıqca artır. 
Tazobaktam ilə əlaqədar olaraq, piperasillinin farmakokinetikasında əhəmiyyətli dəyişikliklər qeydə
alınmamışdır. Piperasillin tazobaktam klirensini az da olsa zəiflədir.
İstifadəsinə göstərişlər
Böyüklərdə və yeniyetmələrdə
- Xəstəxanadaxili pnevmoniya və ventilyasiya ilə əlaqəli pnevmoniya daxil olmaqla kəskin 
pnevmoniyalar zamanı;
- Sidik yollarının ağırlaşmış infeksiyaları (pielonefrit daxil olmaqla);
- Ağırlaşmış abdominal (qarın boşluğu) infeksiyalar;
- Dərinin və yumşaq toxumaların ağırlaşmış infeksiyaları (diabetik ayaq infeksiyası daxil 
olmaqla).
Dərman vasitəsi bakteriemiyalı xəstələrin müalicəsində, yuxarıda göstərilmiş infeksiyalardan hər hansı 
biri ilə birbaşa əlaqəli və yaxud bunlardan hər hansı birinə şübhə olduqda istifadə edilir.

TAZERASİN bakterial infeksiyanın mövcudluğuna şübhə yaradan qızdırmalı neytropenik xəstələrin 
müalicəsi zamanı da istifadə edilə bilər.
2 yaşdan 12 yaşa qədər uşaqlarda
Ağırlaşmış intra-abdominal (qarın boşluğu) infeksiyalar.
TAZERASİN bakterial infeksiyanın mövcudluğuna şübhə yaradan qızdırmalı neytropenik xəstələrin 
müalicəsi zamanı da istifadə edilə bilər.
Müvafiq antibakterial agentlərin istifadəsi zamanı aparıcı məlumatlara diqqət verilməlidir.
Əks göstərişlər
Dərman vasitəsinin komponentlərinə, penisillin qrupu antibiotiklərinə qarşı yüksək həssaslıq.
Aktiv substansiyası beta-laktam həlqəsi olan digər komponentlərə (məs. sefalosporin, monobaktam və
ya karbapenem) qarşı əvvəllər yüksək allergik reaksiyalar müşahidə edilmiş şəxslərdə preparatın
istifadəsi əks göstərişdir. Hemodializdə olan pasiyentlərdə, mukovissidoz və hipokaliemiya zamanı 
istifadə etmək olmaz.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Fərdi şəxslərin müalicəsi zamanı piperasillin/tazobaktamın seçilməsi infeksiyanın ağırlıq dərəcəsi və
digər müvafiq antibakterial agentlərlərə qarşı davamlılıq xüsusiyyətlərinə əsaslanaraq, geniş təsir 
spektrli yarımsintetik penisillinlərin istifadəsinin nə dərəcədə məqsədəuyğunluğu nəzərə alınmalıdır.
TAZERASİN ilə müalicəyə başlamamışdan öncə, xəstənin daha əvvəllər penisillinlər, digər beta-laktam 
agentlərə (məsələn, sefalosporin, monobaktam və ya karbapenem) və digər allergenlərə qarşı yüksək 
həssaslıq reaksiyası müşahidə edildiyi araşdırılmalıdır. Penisillinlər, piperasillin/tazobaktam ilə müalicə
zamanı ciddi və çox nadir hallarda anafilaksiya, anafilaktik şok kimi hallar daxil olmaqla, hiperhəssaslıq 
reaksiyaları qeydə alınmışdır. Müxtəlif formalı allergenlərə qarşı həssaslıq nümayiş etdirmiş şəxslərdə
bu cür reaksiyaların qeydə alınma halı daha çox qiymətləndirilir. Yüksək həssaslıq reaksiyaları 
müşahidə edilmiş şəxslərdə dərman vasitəsinin qəbulu dayandırılmalı, epinefrin və digər təcili tədbirlər 
həyata keçirilməlidir.
TAZERASİN Stivens-Conson sindromu, toksik epidermal nekroliz, eozinofiliya və ümumi simptomlu 
dərman reaksiyaları və kəskin yayılmış purtulyoz ekzentema kimi dəri reaksiyaları da inkişaf edə bilər. 
Əgər xəstədə dəri səpgiləri inkişaf edərsə, onlar daim nəzarət altında olmalı və tələb olunduğu halda, 
TAZERASİN qəbulu dayandırılmalıdır.
Psevdomembranoz kolit kəskin, müvəqqəti diareya şəklində özünü biruzə verə bilər ki, bu da həyati 
təhlükəli hal kimi qiymətləndirilir. Psevdomembranoz kolitin simptomları antibakterial müalicə zamanı 
və ya müalicədən az müddət sonra özünü biruzə verir. Belə hallarda, TAZERASİN-in qəbulu 
dayandırılmalıdır.
TAZERASİN ilə müalicə zamanı davamlı mikroorqanizmlər meydana çıxarsa, bu, infeksiyanın 
ağırlaşmasına səbəb olar.
Bəzi xəstələrdə beta-laktam antibiotiklərin qəbulu qanaxma kimi əlamətlərlə təzahür edilir. Bu 
reaksiyalar bəzi hallarda özünü – laxtalanma vaxtı, trombositlərin aqreqasiyası və protrombin vaxtı kimi 
koaqulyasiya testində müəyyən qeyri-standard nəticələrin alınması kimi göstərir. Əgər qanaxma 
müşahidə edilərsə, antibiotik qəbulu dayandırılmalı və müvafiq terapiya aparılmalıdır.
Uzunmüddətli terapiya zamanı leykopeniya və neytropeniya müşahidə edilə bilər, buna görə də, 
hematopoitik funksiyanın dövri olaraq qiymətləndirilməsi həyata keçirilməlidir.
Digər penisillinlərlə müalicədə olduğu kimi, xüsusilə, böyrək çatışmazlığı olan xəstələrdə yüksək 
dozanın qəbulu zamanı qıcolmalar kimi nevroloji şikayətlər meydana çıxa bilər.
Kalium çatışmazlığı olan xəstələrdə və ya kalium səviyyəsini aşağı sala bilən dərman vasitələrinin 
qəbulu zamanı, hipokaliemiyanın inkişafı mümkündür; belə xəstələrdə periodik olaraq, elektrolitlərin 
qəbulu məqsədəuyğun hesab edilir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 
Digər penisillinlərdə olduğu kimi, probenesid və piperasillin/tazobaktam kompleksinin birlikdə
istifadəsi piperasillin və tazobaktamın yarımparçalanma dövrünü uzadır və böyrək klirensini aşağı salır; 
amma buna baxmayaraq, hər iki substansiyanın plazma səviyyəsindəki qatılığı təsirsiz olur.
Piperasillin/tazobaktam və vankomisin preparatlarının kompleks şəklində istifadəsi zamanı hər hansı 
farmakokinetik əlaqə qeyd edilməmişdir.
Piperasillinin vekuronium ilə birlikdə istifadə edildikdə vekoroniumun sinir-əzələ blokadaedici 
xüsusiyyətini daha uzunmüddətli edir. Onların təsir mexanizminin oxşar olması baxımından, piperasillin 
iştirakı fonunda istənilən qeyri-polyar əzələ relaksantların istifadəsi zamanı sinir-əzələ blokadaedici 
təsirinin uzanması gözlənilir.
Piperasillin metotreksatın ifrazını zəiflədir; ona görə də, substansiyanın toksik təsirini aşağı salmaq üçün 
xəstələrdə metotreksatın serum səviyyəsinə nəzarət edilməlidir.
Dərman vasitəsinin heparin, peroral antikoaqulyantlar və trombositlərin funksiyası daxil olmaqla qanın 
laxtalanma sisteminə təsir edən digər substansiyalarla birgə qəbulu zamanı daha tez-tez müvafiq 
laxtalanma testləri aparılmalı və müntəzəm şəkildə nəzarət edilməlidir.
Uyuşmazlığı
TAZERASİN digər antibiotiklərlə (məsələn, aminoqlikozid qrup antibiotiklər) birlikdə istifadəsi zamanı 
hər dərman vasitəsi ayrı-ayrılıqda qəbul edilməlidir. In vitro tədqiqatlarda aminoqlikozid qrup 
antibiotiklərlə beta-laktam nüvəli antibiotiklərin qarışdırılması zamanı aminoqlikozid qrup 
antibiotiklərin fəallığının əhəmiyyətli dərəcədə azalması qeydə alınmışdır.
Uyğunluğu müəyyən edilmədiyinə görə, TAZERASİN şprisdə və ya infuziya flakonlarında digər 
substansiyalarla qarışdırılmamalıdır. 
Kimyəvi davamsızlığına görə, TAZERASİN tərkibində yalnız natrium bikarbonat olan məhlullarda 
istifadə edilməməlidir.
TAZERASİN qan preparatları və ya albumin hidrolizatlarına əlavə edilməməlidir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
TAZERASİN-in hamilə qadınlarda istifadəsinə dair kifayət qədər elmi məlumatlar yoxdur. Heyvanlar 
üzərində aparılmış tədqiqatlar zamanı onun teratogen təsirinə dair hər hansı məlumat əldə olunmamasına 
baxmayaraq, toksik xüsusiyyətlərin inkişaf etməsi müəyyən edilmişdir.
Piperasillin və tazobaktam plasentanı keçir. Ona görə də piperasillin/tazobaktam hamilə qadınlarda, 
yalnız həyati vacib hallarda, məsələn, ana üçün yaranacaq fayda döl üçün yarana biləcək təhlükədən 
üstün olduğu hallarda və həkim təyinatı əsasında istifadə edilə bilər.
Piperasillin ana südünə aşağı konsentrasiyada da nüfuz edir; tazobaktamın ana südünə nüfuz etməsi ilə
bağlı dəqiq məlumatlar yoxdur. Ona görə də laktasiya dövründə olan qadınlara dərman vasitəsi yalnız 
çox vacib hallarda, məsələn, ana üçün yaranacaq fayda körpə üçün yarana biləcək təhlükədən üstün 
olduğu hallarda və həkim təyinatı əsasında istifadə edilə bilər.
Dölvermə qabiliyyətinə malik olan dovşanlar üzərində aparılmış tədqiqatlar zamanı tazobaktam və ya 
piperasillin/tazobaktam kombinasiyasının intraperiton (peritondaxili) qəbulundan sonra onların 
nəsilartırma qabiliyyətinə hər hansı təsir etmədiyi məlum olmuşdur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Təsir göstərmir.
İstifadə qaydası və dozası
Venadaxili 3-5 dəqiqə ərzində və ya infuziya şəklində 20-30 dədiqə ərzində yeridilir.
Böyüklər və 12 yaşlı və ya yuxarı yeniyetmələr üçün istifadəsi
Adi doza: hər 6-8 saatdan bir piperasillin 4 q/0,5 q/tazobaktam venadaxili istifadə olunur.

2-12 yaş arası uşaqlar
Qarın infeksiyaları olan uşaqlar üçün adi doza: görə hər 8 saatdan bir 100 mq/12,5 mq/kq bədən 
kütləsinə piperacillin/tazobaktam venadaxili istifadə olunur. Ağ qan hüceyrələrinin sayı aşağı olan 
uşaqlar üçün adi doza: hər 6 saatdan bir 80 mq/10mq/kq bədən kütləsi piperasillin/tazobaktam 
venadaxili istifadə olunur. Uşağın bədən kütləsindən asılı olaraq doza hesablanır, lakin hər bir fərdi doza 
4 q/TAZERASİN 0,5 q-dan artıq olmayacaq. İnfeksiya əlaməti (5-14 gün) tamamilə geçənə qədər 
TAZERASİN istifadə olunur.
Böyrək çatışmazlığı
Böyrək çatışmazlığı olan və ya hemodializdə olan pasiyentlərdə venadaxili dozanı böyrək funksiyasının 
pozulmasının səviyyəsindən asılı olaraq korreksiya etmək lazımdır. 

Hemodializde olan pasiyentlərə 2 q/0,25 q piperasillin/tazobaktamın əlavə bir dozasını yeritmək 
lazımdır, belə ki, hemodializ 4 saat ərzində piperasillinin 30-50%-ni xaric edir.
TAZERASİN üçün uyğun həlledicilər
- İnyeksiya üçün 0,9%-li (9 mq / ml) natrium xlorid məhlulu.
- İnyeksiya üçün steril su.
- Dekstroza 5%.
Əlavə təsirləri
Ən çox rast gəlinən əlavə təsirlər diareyadır (10 xəstədən 1-də müşahidə edilmişdir). Çox ciddi əlavə
təsirlər sırasında psevdomembranoz kolitlər və toksik epidermal nekrolizis (10 000 xəstədən 1-dən 10-a 
qədər müşahidə edilmişdir) qeydə alınmışdır. Hazırda mövcud olan tədqiqatlara əsasən, pansitopeniya, 
anafilaktik şok və Stivens-Conson sindromunun rastgəlmə tezliyi haqqında dəqiq nəticə söyləmək 
mümkün deyildir. Aşağıdakı cədvəldə MeDRA tərəfdən təklif edilmiş və orqanlar sisteminə əsasən, 
əlavə təsirlər qruplaşdırılmışdır. 

Kistik fibroz olan xəstələrdə piperasillin ilə müalicə zamanı qızdırma və səpgilər əlavə təsirlər kimi 
müəyyən edilmişdir.
ƏGƏR HƏR HANSI ARZUOLUNMAZ TƏSİR MÜŞAHİDƏ EDİLƏRSƏ, BU HAQDA HƏKİMİ 
MƏLUMATLANDIRIN.
Doza həddinin aşılması
Simptomları
Piperasillin/tazobaktamın doza həddinin aşılması ilə bağlı post-marketinq tədqiqatlar mövcuddur. 
Ürəkbulanma, qusma və diareya kimi əlamətlər adi gündəlik dozadan daha yüksək miqdarda istifadə
edildiyi zaman qeydə alınmışdır. Venadaxili yeridilmə zamanı doza həddinin aşılması zamanı sinir-əzələ
oyanıqlığının artması və ya qıcolmalar qeydə alına bilər (xüsusilə, böyrək çatışmazlığı olan xəstələrdə).
Müalicəsi
Piperasillin/tazobaktam ilə müalicədə doza həddinin aşılması zamanı dərman vasitəsinin qəbulu 
dayandırılmalıdır. Xüsusi spesifik antidot müəyyən edilməmişdir.
Xəstənin klinik vəziyyətinə uyğun olaraq, simptomatik və dəstəkləyici müalicə aparılmalıdır.
Piperasillin və ya tazobaktamın doza həddinin aşılması zamanı qanda qatılığını hemodializ ilə azaltmaq 
olar.
Buraxılış forması
Venadaxili inyeksiya məhlulu hazırlamaq üçün liofilizəolunmuş toz flakonda. 1 flakon içlik vərəqə ilə
birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°С-dən yüksək olmayan temperaturda, sərin, quru, orijinal qablaşdırmasında, bağlı şəkildə və
uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Həll edildikdən sonra alınmış infuziya üçün məhlulun fiziki-kimyəvi stabilliyi 25C temperaturda 24 
saat və soyuducuda (2-8
C temperaturda) 48 saat müəyyən edilmişdir. 
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə edilməməlidir.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Menarini Health and Pharmaceuticals İndustry Trade İnc., Turkey.
Davutpaşa Cad. No: 12 34010 Topkapı, İstanbul, Turkey.
Qeydiyyat vəsiqəsinin sahibi
Menarini Health and Pharmaceuticals İndustry Trade İnc., Turkey.
Maslak Mah. Sümer Sok. No:4 Maslak Office Building Sarıyer/İstanbul, Turkey.