pharmed
SULFOKAMFOKAIN 10% 2ML N10 AMP (DARNITSA)
SULFOKAMFOKAİN-DARNİTSA inyeksiya üçün məhlul SULFOCAMPHOCAINE-DARNITSA
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 49,6 mq DL-sulfokamfora turşusu, 50,4 mq əsasi novokain vardır.
Köməkçi maddələr: inyeksiya üçün su.
Təsviri
Şəffaf, rəngsiz və ya azacıq sarımtıl mayedir.
Farmakoterapevtik qrupu
Kаrdioloji preparatlar.
АТС kodu. С01EB.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikаsı
Sulfokamfokain-Darnitsa analeptik dərman vasitələri qrupuna aiddir. Preparatın təsir mexanizmi mərkəzi sinir sistemini oyatması ilə, ilk növbədə uzunsov beyin mərkəzlərini həm bilavasitə, həm də yuxu sinusu vasitəsilə oyatması ilə əlaqədardır. Dərman vasitəsi tənəffüs və damar-hərəkət mərkəzlərinin tonusunu artırır, ürək əzələsinin simpatik sinirlərin təsirinə həssaslığını artırmaqla, ürək əzələsində mübadilə proseslərini gücləndirir. Sulfokamfokain-Darnitsa damarlara birbaşa təsir göstərir, qanın yenidən paylanması baş verir, qarın boşluğu orqanlarının damarları daralır, venoz damarların tonusu yüksəlir, ürəyə qan axını bir qədər artır, koronar qan axını, beyinin və ağciyərlərin qan təchizatı yaxşılaşır. Каrdiotonik effekt adrenosensibilizəedici təsirlə,makroergik birləşmələrin fosforlaşması prosesi ilə bağlı tənəffüs və qlikoliz proseslərinin güclənməsi ilə bağlıdır.
Farmakokinetikası
Sulfokamfokain-Darnitsa dərialtı, əzələdaxili, venadaxili yeridilmə zamanı sürətlə sorulur.
Orqanizmdə oksidləşməyə və qlükuron turşusu ilə konyuqasiyaya məruz qalır. Metabolizm
məhsulları əsasən böyrəklər vasitəsilə xaric olur, bu zaman sidik preparatın iyini verir. Qismən verilən nəfəslə, tənəffüs yolları vasitəsilə və ödlə xaric olur.
İstifadəsinə göstərişlər
Kəskin və xroniki tənəffüs çatışmazlığı; geriatriyada kəskin ürək çatışmazlığı; pnevmoniya və digər infeksion xəstəliklər zamanı tənəffüsün tormozlanması; kardiogen və anafilaktik şok; alkoqolla zəhərlənmə, yuxu dərmanları ilə zəhərlənmənin yüngül formaları.
Əks göstərişlər
Kamforaya, novokainə və preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq; epilepsiya, qıcolma reaksiyalarına meyillilik.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Arterial hipotenziyalı (novokainin hipotenziv təsiri) pasiyentlərdə ehtiyatla istifadə etmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Sulfokamfokain-Darnitsanın digər dərman vasitələrilə eyni vaxtda istifadəsi zamanı aşağıdakı hallar mümkündür:
mərkəzi sinir sistemini zəiflədən preparatlar – bu preparatların təsiri zəifləyir;
antixolinesteraz vasitələr – bu vasitələrin təsiri zəifləyir;
suksametonium – suksametoniumla əlaqədar sinir-əzəıə blokadasının uzanması;
MAO inhibitorları – arterial hipertenziyanın yüksəlməsi riski;
ürək qlikozidləri, sidikqovucu vasitələr, analgetiklər, steroid hormonlar – sulfokamfokainin analeptik təsiri güclənir.
Dərman vasitəsini bəzən 5-flüorurasillə kimyəvi terapiya aparılan zaman əlavə təsirlərin azalması üçün təyin etmək olar.
Dərman vasitəsindən istifadə zamanı alkoqoldan istifadə etmək olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Sübutedici təbabətdə Sulfokamfokainа-Darnitsanın hamiləlik dövründə istifadəsinə dair
obyektiv məlumat yoxdur, bu səbəbə görə preparatı hamilə qadınlarda istifadə etmək olmaz.
Sulfokamfokain-Darnitsanın ana südünə nüfuz etməsi istisna olunmur, bu səbəbə görə preparatdan istifadə zamanı ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.
Pediatriyada istifadəsi
Dərman vasitəsini uşaqlarda istifadə etmək olmaz.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri.
Müalicə dövründə nəqliyyat idarə edərkən və mürəkkəb mexanizmlərlə işləyərkən, ehtiyatlı olmaq, başgicəllənmə yarandıqda, yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb
edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
Sulfokamfokain-Darnitsa böyüklərdə 2 ml birdəfəlik dozada dəri altına, əzələ daxilinə və ya vena daxilinə (asta-asta şırnaq və ya damcı üsulu ilə) təyin edilir. Durulaşdırma üçün natrium xloridin 0,9%-li məhlulundan istifadə etmək lazımdır. Ehtiyac olduqda, preparatı sutkada 2-3 dəfə istifadə etmək olar. Böyüklər üçün maksimal sutkalıq doza 12 ml-dir.
Kəskin hallarda dərman vasitəsi venadaxili yeridilir.
Xroniki tənəffüs və ürək çatışmazlığı zamanı preparat əzələdaxili və ya dərialtı yeridilir. Müalicə kursu 20-30 gün təşkil edə bilər.
Əlavə təsirləri
Mədə-bağırsaq traktında baş verən pozğunluqlar: dispeptik pozğunluqlar.
Sinir sistemində baş verən pozğunluqlar: başağrı, başgicəllənmə, tremor, paresteziya, qıcolma. Ürək-damar sistemində baş verən pozğunluqlar: arterial təzyiqin enməsi və ya yüksəlməsi, ürəkdöyünmə, döş qəfəsində ağrı.
Qan və limfa sistemində baş verən pozğunluqlar: methemoqlobinemiya.
İmmun sistemdə baş verən pozğunluqlar: hiperhəssaslıq reaksiyaları, o cümlədən, angionevrotik ödem, dəri səpgisi, qaşınma, hiperemiya, övrə.
Ümumi pozğunluqlar və yeridilmə nahiyəsində pozğunluqlar: hiperemiya, səpgi və inyeksiya nahiyəsində qaşınma.
Digər: qızdırma, qeyri-iradi sidiyəgetmə.
Doza həddinin aşılması
Simptomları
Başağrısı, başgicəllənmə, kəskin zəhərlənmə zamanı üzün qızarması, patoloji hərəki aktivlik, sayıqlama, epileptik qıcolma.
Müalicəsi
Antipsixotik və qıcolmaəleyhinə vasitələr. İfadə olunmamış psixomotor oyanıqlıq zamanı trankvilizatorlar və ya sakitləşdirici vasitələr.
Buraxılış forması
2 ml məhlul, ampulda. 5 ampul, konturlu-yuvalı qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 °С-dən yuxarı olmayan temperaturda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Darnitsa” Əczaçılıq şırkəti” ÖSC.
Ünvan
Ukrayna, 02093, Kiyev ş., Borispolsk küç., 13.