PharmEd

Pharmed

STREPTOSID 10% 25GR MELHEM (RUS)

STREPTOSİD

Beynəlxalq patentləşdirilməmiş adı: Sulfanilamide

 

STREPTOSİD Tərkibi

Təsiredici maddə: 25 q məlhəmin tərkibində 2,5 q sulfanilamid vardır. Köməkçi maddələr: ağ yumşaq parafin.

 

Farmakoterapevtik qrupu

Yerli istifadə üçün kimyaterapevtik vasitələr. Sulfanilamid.

ATC kodu:D06BA05.

 

İstifadəsinə göstərişlər

Xoralar, yanıqlar, çatlar, piodermiyalar,dərinin qızılyel iltihabi və digər patoloji irinli-iltihabi prosesləri (mikroorqanizmlərin iştirakı ilə və ya sonuncularla törədilənlərlə müşayiət olunan).

 

Əks göstərişlər

Hiperhəssaslıq, anemiya, böyrək/qaraciyər çatışmazlığı, qlükoza-6-fosfatdehidrogenazanın anadangəlmə çatışmazlığı, azotemiya, porfiriya, hamiləlik, laktasiya dövrü.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Terapiya zamanı bol qələvi məhlulunun qəbulu məsləhət görülür. Uzun müddətli müalicə zamanı qan göstəricilərinə, böyrəklərin və qaraciyərin funksiyasına sistematik nəzarət məsləhət görülür. Yüksək həssaslıq reaksiyası baş verdikdə, müalicəni dayandırmaq lazımdır.

Yaşlı pasiyentlər: Dozanın korreksiyası tələb edilmir.

Uşaqlarda istifadəsi :Dərman vasitəsini yenidoğulmuşlarda istifadə etmək olmaz, belə ki, streptosid bilirubini plazma zülalları ilə birləşməsindən sıxışdırır və nüvə sarılığına səbəb olur. Streptosidi uşaqlarda xüsusilə ehtiyatla istifadə etmək lazımdır. Preparatın uşaqlarda istifadəsinin təhlükəsizliyi və effektivliyi təsdiq edilməyib.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Mielotoksik dərman vasitələri dərman vasitəsinin hematotoksik təzahürünü gücləndirir.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamilə qadınlarda preparatın istifadəsini təsdiq edən nəzarətedilən klinik tədqiqatlar və sulfanilamidlərin ana südünə nüfuz etməsinə dair məlumatlar mövcud deyil, bu səbəbə görə dərman vasitəsini hamiləlik və laktasiya dövründə istifadə etmək olmaz.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Dərman vasitəsi sinir-əzələ keçiriciliyinin sürətinə təsir etmir, məsləhət görülən dozalarda nəqliyyat idarə edən və digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olan şəxslərdə istifadə edilə bilər.

 

STREPTOSİD İstifadə qaydası və dozası

Yerli və xaricə istifadə edilir. Məlhəm nazik təbəqə ilə dərinin zədələnmiş nahiyəsinə sürtülür.

 

Əlavə təsirləri

Allergik reaksiyalar. Yüksək dozaların uzun müddət istifadəsi zamanı sistem təsir: başağrısı, dispepsiya, leykopeniya, aqranulositoz, ürəkbulanma, qusma, kristalluriya.

 

Buraxılış forması

25 q məlhəm, alüminium tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.