PharmEd

Pharmed

STREPSILS VIT-C N24 PASTIL

TƏSDİQ EDİLMİŞDİR 
 Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
 Farmakoloji və Farmakopeya
 Ekspert Şurasının sədri
 _____________ E.M.Ağayev
 
 “_____”______________ 2022-ci il

 


 Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
 
 
STREPSİLS® C VİTAMİNİ İLƏ sorma tabletlər (portağallı)
STREPSILS® WITH VITAMIN C


Beynəlxalq patentləşdirilməmiş adı: Amylmetacrezol + Dichlorobenzyl alcohol + (Asсorbic acid)


Tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 1,2 mq 2,4-dixlorbenzil spirti, 0,6 mq amilmetakrezol,
 100 mq askorbin turşusu vardır. 
Köməkçi maddələr: portağal aromatizatoru PHL 105288, levomentol, propilenqlikol, günəş qürubu
 sarısı boya maddəsi, al qırmızı boya maddəsi (Ponso 4R),çaxır turşusu, duru
 saxaroza, duru dekstroza (dekstroza, oliqo- və polisaxaridlər) (duru qlükoza).


Təsviri

Narıncı rəngli, dairəvi, hər iki tərəfində S hərfi təsviri olan tabletlərdir. Ağ ərp, boyanmasının 
qeyri-bərəbərliyi, karamel kütləsində hava qabarcıqları və kənarlarının cüzi əyriliyi mümkündür.


Farmakoterapevtik qrupu

Antiseptik vasitə.


ATC kodu: R02AA03.


Farmakoloji xüsusiyyətləri

2,4-dixlorbenzil spirti və amilmetakrezol antiseptik təsir göstərir. İn vitro geniş spektrli qrammüsbət 
və qrammənfi mikroorqanizmlərə qarşı aktivdir, 
Askorbin turşusu vitamin C mənbəyi olub, infeksion-iltihabi xəstəliklərdə vitamin C təlabatını ödəyir.
İstifadəsinə göstərişlər
İnfeksion iltihabi xəstəliklər zamanı boğaz ağrısının simptomatik müalicəsi.

 
Əks göstərişlər

- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;
- 6 yaşa qədər uşaqlar;
- saxaroza/izomaltaza defisiti, fruktoza keçirməzliyi, qlükoza-qalaktoza malabsorbsiyası. 


Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Hamiləlik, laktasiya dövrü, şəkərli diabet.
Preparatı, simptomları aradan qaldıra bilən maksimal dərəcədə mümkün qısa kursla və minimal 
effektiv dozada istifadə etmək məsləhət görülür. 
Şəkərli diabetli pasiyentlər nəzərə almalıdırlar ki, hər tabletin tərkibində təxminən 2,6 q (0,22 
ÇV) şəkər vardır.

TƏSDİQ EDİLMİŞDİR 
 Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
 Farmakoloji və Farmakopeya
 Ekspert Şurasının sədri
 _____________ E.M.Ağayev
 
 “_____”______________ 2022-ci il


 Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
 
 
STREPSİLS® C VİTAMİNİ İLƏ sorma tabletlər (portağallı)
STREPSILS® WITH VITAMIN C


Beynəlxalq patentləşdirilməmiş adı: Amylmetacrezol + Dichlorobenzyl alcohol + (Asсorbic acid)

Tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 1,2 mq 2,4-dixlorbenzil spirti, 0,6 mq amilmetakrezol,
 100 mq askorbin turşusu vardır. 
Köməkçi maddələr: portağal aromatizatoru PHL 105288, levomentol, propilenqlikol, günəş qürubu
 sarısı boya maddəsi, al qırmızı boya maddəsi (Ponso 4R),çaxır turşusu, duru
 saxaroza, duru dekstroza (dekstroza, oliqo- və polisaxaridlər) (duru qlükoza).

Təsviri

Narıncı rəngli, dairəvi, hər iki tərəfində S hərfi təsviri olan tabletlərdir. Ağ ərp, boyanmasının 
qeyri-bərəbərliyi, karamel kütləsində hava qabarcıqları və kənarlarının cüzi əyriliyi mümkündür.


Farmakoterapevtik qrupu
Antiseptik vasitə.


ATC kodu: R02AA03.


Farmakoloji xüsusiyyətləri

2,4-dixlorbenzil spirti və amilmetakrezol antiseptik təsir göstərir. İn vitro geniş spektrli qrammüsbət 
və qrammənfi mikroorqanizmlərə qarşı aktivdir, 
Askorbin turşusu vitamin C mənbəyi olub, infeksion-iltihabi xəstəliklərdə vitamin C təlabatını ödəyir.
İstifadəsinə göstərişlər
İnfeksion iltihabi xəstəliklər zamanı boğaz ağrısının simptomatik müalicəsi.

 
Əks göstərişlər

- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;
- 6 yaşa qədər uşaqlar;
- saxaroza/izomaltaza defisiti, fruktoza keçirməzliyi, qlükoza-qalaktoza malabsorbsiyası.

 
Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Hamiləlik, laktasiya dövrü, şəkərli diabet.
Preparatı, simptomları aradan qaldıra bilən maksimal dərəcədə mümkün qısa kursla və minimal 
effektiv dozada istifadə etmək məsləhət görülür. 
Şəkərli diabetli pasiyentlər nəzərə almalıdırlar ki, hər tabletin tərkibində təxminən 2,6 q (0,22 
ÇV) şəkər vardır.

Askorbin turşusunun yüksək dozaları, böyrəklərdə daşların əmələ gəlməsinə səbəb olaraq oksalatların 
ekskresiyasını sürətləndirir. Anaları askorbin turşusunun yüksək dozalarını qəbul edən 
yenidoğulmuşlarda və yüksək doza qəbul edən böyüklərdə “rikoşet” sinqa müşahidə edilə bilər. 
yüksək dozaların qəbulu zamanı mədəaltı vəzi aparatının insulyar funksiyasının zəifləməsi 
mümkündür.
Orqanizmində dəmirin miqdarı çox olan pasiyentlərdə askorbin turşusunu minimal dozalarda istifadə
etmək lazımdır.
Askorbin turşusu bərpaedici kimi bəzi laborator testlərin (qanda və sidikdə qlükozanın, bilirubinin 
miqdarı, “qaraciyər” transaminazalarının və laktatdehidrogenazanın aktivliyi) nəticəsini təhrif edə
bilər.


Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər preparatlarla klinik əhəmiyyətli qarşılıqlı təsiri aşkar edilməmişdir. Preparatın digər yerli 
mikrobəleyhinə vasitələrlə eyni zamanda istifadəsi mümkündür.
Askorbin turşusu penisilin, dəmir qrupundan olan dərman vasitələrinin sorulmasını yüksəldir,
heparinin və dolayı antikoaqulyantların klinik effektini azaldır, salisilatlarla və qısa təsirli 
sulfanilamidlərlə müalicə zamanı kristaluriyanın inkişafı riskini artırır, turşuların böyrəklər vasitəsilə
xaric olmasını ləngidir, qələvi reaksiyaya (o cümlədən alkaloidlərin) malik olan dərman vasitələrinin 
xaric olmasını artırır,qanda peroral kontraseptivlərin konsentrasiyasını azaldır.
Etanolun ümumi klirensini artırır ki, bu da öz növbəsində orqanizmdə askorbin turşusunun 
konsentrasiyasını azaldır.
Xinolin sırasından olan dərman vasitələri, kalsium preparatları, salisilatlar, qlükokortikosteroid 
preparatlar, uzun müddət istifadə edildikdə, askorbin turşusu ehtiyatını sərf edir.
İzoprenalinlə eyni vaxtda istifadəsi zamanı birincinin xronotrop təsirini azaldır.
Uzun müddət və ya yüksək dozalarda istifadəsi zamanı disulfiramin və etanolun qarşılıqlı təsirinə
mane ola bilər.
Yüksək dozalarda meksiletinin böyrəklər vasitəsilə xaric olmasını artırır.
Barbituratlar və primidon askorbin turşusunun böyrəklər vasitəsilə xaric olmasını artırır.
Antipsixotik dərman vasitələrinin (neyroleptiklərin) terapevtik təsirini azaldır (fenotiazin 
törəmələrini, amfetamin və trisiklik antidepresantların kanalcıq reabsorbsiyasını). 


Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi, yalnız ana üçün gözlənilən fayda dölə olan 
potensial riskdən üstün olduqda həkim məsləhəti ilə mümkündür. Hamiləliyin II-III trimestrində
askorbin turşusuna gündəlik minimal tələbat təxminən 60 mq təşkil edir. Nəzərə almaq lazımdır ki, 
döl, hamilə qadının qəbul etdiyi askorbin turşusunun yüksək dozalarına adaptasiya oluna bilər və
bunun nəticəsində yenidoğulmuşda “ləğv etmə” sindromunun yaranması mümkündür.
Laktasiya dövründə gündəlik minimal tələbat 80 mq təşkil edir. Tərkibində adekvat miqdarda 
askorbin turşusu olan ananın pəhrizi, onun südəmər körpəsinin askorbin turşusu defisitinin 
profilaktikası üçün kifayətdir. Nəzəri cəhətdən ananın yüksək dozalarda askorbin turşusu qəbul 
etməsi, körpə üçün təhlükə törədir (laktasiya dövründə anaya askorbin turşusunun gündəlik 
tələbatını aşmamaq məsləhət görülür).
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi, yalnız həkim nəzarəti altında mümkündür. 
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat nəqliyyat vasitələrini idarəetmə qabiliyyətinə və sürətli psixomotor reaksiya və yüksək 
diqqət tələb edən digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olma qabiliyyətinə təsir 
etmir.


İstifadə qaydası və dozası

Preparatı istifadə etməzdən əvvəl təlimatı diqqətlə oxumaq lazımdır.
Yerli istifadə edilir. 
6-8 yaşlı uşaqlar
Hər 4 saatdan bir 1 tablet sorulur. 24 saat ərzində 5 tabletdən çox istifadə etmək olmaz.
18 yaşdan yuxarı böyüklər

Hər 2-3 saatdan bir 1 tablet sorulur. 24 saat ərzində 8 tabletdən çox istifadə etmək olmaz.
Qeyd edilən dozanı aşmaq olmaz.
Müalicə kursunun müddəti 3 gündən artıq olmamalıdır. Preparat qəbul edildiyi 3 gün ərzində 
simptomlar olduğu kimi qaldıqda, müalicəni dayandırmaq və həkimə müraciət etmək lazımdır.

 

Əlavə təsirləri

Aşağıda qeyd edilən əlavə təsirlər preparatın qısamüddətli istifadəsi zamanı məsləhət görülən 
dozalarda qəbul etdikdə qeyd edilmişdir. Xroniki vəziyyətlərin müalicəsi və uzun müddətli 
istifadə zamanı digər əlavə təsirlərin baş verməsi mümkündür.
Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir:
çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 - < 1/10); bəzən (≥ 1/1000 - < 1/100); nadir hallarda 
(≥ 1/10000 - < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlar görə 
tezliyi qiymətləndirmək mümkün deyil).
İmmun sistem tərəfindən baş verən pozulmalar
Məlum deyil – hiperhəssaslıq reaksiyaları (o cümlədən angionevrotik ödem, övrə, səpgi,
bronxospazm, huşun itirilməsi ilə hipotenziya).
Mədə-bağırsaq sistemi tərəfindən baş verən pozulmalar
Məlum deyil – ürəkbulanma, qarın nahiyəsində ağrı, ağız boşluğunda diskomfort hissiyyatı (yanğı 
hissiyyatı və ya sancma, ödem).
Yuxarıda qeyd edilən və ya təlimatda qeyd edilməyən digər əlavə təsirlərin baş verdiyi halda 
preparatın istifadəsini dayandırmaq və həkimə müraciət etmək lazımdır.


Doza həddinin aşılması
Mümükün doza həddinin aşılmasının zamanı mədə-bağırsaq sistemi tərəfindən baş verən 
diskomfortun yaranması az ehtimal edilir.
Askorbin turşusunun yüksək dozaları (3000 mq-dan artıq) müvəqqəti osmotik diareya və
ürəkbulanma, mədə nahiyəsində diskomfort, tez-tez sidiyəgetmə, nefrolitiaz kimi mədə-bağırsaq 
sisteminin işinin pozulmasına səbəb ola bilər.
Müalicəsi
Həkim nəzarəti altında simptomatik müalicə aparılır, sürətləndirilmiş diurezdən istifadə edilir.
Buraxılış forması
Sorma tabletlər (portağallı).
2, 4, 6, 8, 10 və ya 12 tablet, blisterdə (PVX/PVDX/Alüminium). 1, 2, 3, 4 və ya 5 blister içlik 
vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.


Saxlanma şəraiti
25ºC-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.


Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.


Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.


İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi/hüquqi şəxs
Rekitt Benkizer Helsker İnterneşnl Ltd.
Teyn Roud, Nottinqem, NG90 2DB, Böyük Britaniya.
Rusiya Federasiyasında nümayəndə/İradları qəbul edən təşkilat
“Rekitt Benkizer Helsker” MMC.
Rusiya, 115114, Moskva ş., Şlyüzovaya sahil küçəsi, ev 4.
Tel.: 8-800-200-82-20 (yalnız Rusiya üçün zəng pulsuzdur).
contact_ru@rb.com