PharmEd

Pharmed

STREPSILS MENTOL EVKALIPT N36 PASTIL

STREPSİLS MENTOL VƏ EVKALİPT 

Beynəlxalq patentləşdirilməmiş adı: Amylmetacresol + Dichlorobenzyl alcohol + (levomentol)

 

STREPSİLS MENTOL VƏ EVKALİPT Tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 0,6 mq amilmetakrezol, 1,2 mq 2,4- dixlorbenzil
 spirti, 8 mq levomentol vardır.
Köməkçi maddələr: budaqlı evkalipt yarpaqlarının yağı, çaxır turşusu, indiqokarmin, duru
 saxaroza, duru dekstroza (dekstroza, oliqo- və polisaxaridlər) (duru qlükoza).


Farmakoterapevtik qrupu

Antiseptik vasitə.

ATC kodu: R02AA03.

 

Farmakoloji xüsusiyyətləri

Preparat antiseptik təsir göstərərək, in vitro geniş spektrli qrammüsbət və qrammənfi
mikroorqanizmlərə qarşı aktivdir, antimikotik təsir göstərir. Mentol və evkaliptin efir yağları burun
tutulmasını azaldır.

 

İstifadəsinə göstərişlər

İnfeksion iltihabi xəstəliklər zamanı boğaz ağrısının simptomatik müalicəsi.

 

Əks göstərişlər

- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;
- 6 yaşa qədər uşaqlar;
- saxaraza/izomaltaza çatışmazlığı, fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza
malabsorbsiyası.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Hamiləlik, laktasiya dövrü, şəkərli diabet.
Preparatı, simptomları aradan qaldıra bilən maksimal dərəcədə mümkün qısa kursla və minimal
effektiv dozada istifadə etmək məsləhət görülür.
Şəkərli diabetli pasiyentlər nəzərə almalıdırlar ki, hər tabletin tərkibində təxminən 2,6 q (0,22 ÇV)
şəkər vardır.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər preparatlarla klinik əhəmiyyətli qarşılıqlı təsiri aşkar edilməmişdir. Preparatın digər yerli
mikrob əleyhinə vasitələrlə eyni zamanda istifadəsi mümkündür.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi, yalnız ana üçün gözlənilən fayda döl üçün
potensial riskdən üstün olduqda həkim məsləhəti ilə mümkündür.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat nəqliyyat vasitələrini idarəetmə qabiliyyətinə və sürətli psixomotor reaksiya və yüksək
diqqət tələb edən digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olma qabiliyyətinə təsir etmir.

 

STREPSİLS MENTOL VƏ EVKALİPT İstifadə qaydası və dozası

Preparatı istifadə etməzdən əvvəl təlimatı diqqətlə oxumaq lazımdır.
Yerli istifadə edilir.
Böyüklər və 6 yaşdan yuxarı uşaqlar
Hər 2-3 saatdan bir 1 tablet sorulur. 24 saat ərzində 8 tabletdən çox istifadə etmək olmaz.
Qeyd edilən dozanı aşmaq olmaz.
Müalicə kursunun müddəti 3 gündən artıq olmamalıdır. Preparat qəbul edildiyi 3 gün ərzində
simptomlar olduğu kimi qaldıqda, müalicəni dayandırmaq və həkimə müraciət etmək lazımdır.

 

Əlavə təsirləri

Aşağıda qeyd edilən əlavə təsirlər preparatın qısamüddətli istifadəsi zamanı məsləhət görülən
dozalarda qəbul etdikdə qeyd edilmişdir. Xroniki vəziyyətlərin müalicəsi və uzun müddətli istifadə
zamanı digər əlavə təsirlərin baş verməsi mümkündür.
Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir:
çox tez-tez (≥1/10); tez-tez (≥1/100 - <1/10); bəzən (≥1/1000 - <1/100); nadir hallarda (≥1/10000 -
<1/1000); çox nadir hallarda (<1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi
qiymətləndirmək mümkün deyil).
İmmun sistemində baş verən pozulmalar
Məlum deyil – hiperhəssaslıq reaksiyaları (həmçinin angionevrotik ödem, övrə, səpgi, bronxospazm,
bayılma ilə hipotenziya).
Mədə-bağırsaq sistemində baş verən pozulmalar
Məlum deyil – ürəkbulanma, qarın nahiyəsində ağrı, ağız boşluğunda diskomfort (yanma, sancma,
şişkinlik hissi), dadbilmənin pozulması ( dildə yanma və ağrılı sancma hissi).
Yuxarıda qeyd edilən və ya təlimatda qeyd edilməyən digər əlavə təsirlərin baş verdiyi halda
preparatın istifadəsini dayandırmaq və həkimə müraciət etmək lazımdır.

 

Doza həddinin aşılması

Doza həddinin aşılması zamanı mədə-bağırsaq sistemi tərəfindən baş verən diskomfortun yaranması
az ehtimal edilir: ürəkbulanma.
Müalicəsi:
Həkim nəzarəti altında simptomatik müalicə aparılır.

 

Buraxılış forması

Sorma tabletlər (mentol-evkalipt).
2, 4, 8, 10 və ya 12 tablet, PVX/PVDX/alüminium blisterdə. 1, 2, 3, 4 və ya 5 blister içlik vərəqə ilə
birlikdə karton qutuya qablaşdırılır.
 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.