pharmed
STREPSILS LIMON BAL N24 PASTIL
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
STREPSİLS® bal və limon sorma tabletlər (bal-limon)
STREPSILS® honey and lemon
Beynəlxalq patentləşdirilməmiş adı: Amylmetacrezol + Dichlorobenzyl alcohol
Tərkibi
Təsiredici maddələr: 1 sorma tabletin tərkibində 1,2 mq 2,4-dixlorbenzil spirti, 0,6 mq amilmetakrezol vardır.
Köməkçi maddələr: çaxır turşusu, bal, nanə yarpaqlarının yağı, limon yağı (terpenlərsiz), xinolin sarısı boya maddəsi (E 104), şəkərli şərbət (saxaroza, su), duru qlükoza (dekstroza, oliqo- və polisaxaridlər).
Təsviri
Sarı rəngli, yastısilindrik, hər iki tərəfində S hərfinin təsviri olan tabletlərdir.
Üzərində ağ ərp, qeyri-bərabər boyanması, karamel kütləsində hava qovuqcuqları və kənarlarının cüzi əyriliyi yolveriləndir.
Farmakoterapevtik qrupu
Antiseptik vasitə.
ATC kodu: R02AA03.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
2,4-dixlorbenzil spirti benzol törəməsi olub, antiseptik təsir göstərir. Amilmetakrezol fenol törəməsi olub, antiseptik təsirə malikdir. 2,4-dixlorbenzil spirtinin və amilmetakrezolun təsir mexanizmi, mikrob və göbələk hüceyrələrinin zülallarının koaqulyasiyası, eləcə də hüceyrə membranının lipidləri ilə qarşılıqlı təsiri ilə əlaqədardır ki, bu da törədicilərə qarşı effektivliyi müəyyən edir. Preparat infeksion-iltihabi xəstəliklər zamanı antiseptik təsir göstərir, in vitro geniş spektrli qrammüsbət və qrammənfi mikroorqanizmlərə qarşı aktivdir, antimikotik (göbələkəleyhinə) və in vitro virusəleyhinə təsir göstərir. Preparat ağız boşluğunun selikli qişasına yumşaldıcı təsir göstərir və boğazda qıcıqlanmanı və ağrını azaldır (o cümlədən udqunma və nitq zamanı). Preparat sorulduqdan 5 dəqiqə sonra boğazda ağrının intensivliyini azaldır. Ağrıkəsici təsiri 2 saat davam edir. Preparatla 3 gün ərzində kurs müalicə zamanı plasebo ilə müqayisədə aydın ağrıkəsici effekti müşahidə edilir.
Farmakokinetikası
2,4-dixlorbenzil spirti qaraciyərdə metabolizmə uğrayır, böyrəklər vasitəsilə xaric olur. Amilmetakrezolun metabolizmi haqda məlumat yoxdur.
İstifadəsinə göstərişlər
İnfeksion-iltihabi xəstəliklər zamanı boğaz ağrısının simptomatik müalicəsi.
Əks göstərişlər
- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;
- 6 yaşa qədər uşaqlar;
- saxaraza/izomaltaza çatışmazlığı, fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası sindromu.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Hamiləlik və laktasiya dövrü, şəkərli diabet. Preparatı, simptomları aradan qaldıra bilən maksimal dərəcədə mümkün qısa kursla və minimal effektiv dozada istifadə etmək məsləhət görülür. Preparatın istənilən komponentinə qarşı fərdi həssaslığı olan pasiyentlər preparatdan istifadə etməməlidir. Şəkərli diabetli pasiyentlər nəzərə almalıdırlar ki, hər tabletin tərkibində təxminən 2,6 q (0,22 ÇV) şəkər vardır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər preparatlarla klinik əhəmiyyətli qarşılıqlı təsiri aşkar edilməmişdir. Preparatın digər yerli mikrobəleyhinə vasitələrlə eyni zamanda istifadəsi mümkündür.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi, yalnız ana üçün gözlənilən fayda döl üçün potensial riskdən üstün olduqda həkim məsləhəti ilə mümkündür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyəti-nə təsiri
Preparat nəqliyyat vasitələrini idarəetmə qabiliyyətinə və sürətli psixomotor reaksiya və yüksək diqqət tələb edən digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olma qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
Preparatı istifadə etməzdən əvvəl təlimatı diqqətlə oxumaq lazımdır. Yerli istifadə edilir. Böyüklər və 6 yaşdan yuxarı uşaqlar Hər 2-3 saatdan bir 1 tablet sorulur. 24 saat ərzində 8 tabletdən çox istifadə etmək olmaz. Qeyd edilən dozanı aşmaq olmaz. Müalicə kursunun müddəti 3 gündən artıq olmamalıdır. Preparat qəbul edildiyi 3 gün ərzində simptomlar olduğu kimi qalarsa, müalicəni dayandırmaq və həkimə müraciət etmək lazımdır.
Əlavə təsirləri
Aşağıda qeyd edilən əlavə təsirlər preparatın qısamüddətli istifadəsi zamanı məsləhət görülən dozalarda qəbul etdikdə qeyd edilmişdir. Xroniki vəziyyətlərin müalicəsi və uzun müddətli istifadə zamanı digər əlavə təsirlərin baş verməsi mümkündür. Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥1/10); tez-tez (≥1/100 - (≥1/100 - <1/10); bəzən (≥1/1000 - <1/100); nadir hallarda (<1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi
qiymətləndirmək mümkün deyil).
İmmun sistemdə baş verən pozulmalar
Məlum deyil – hiperhəssaslıq reaksiyaları (həmçinin angionevrotik ödem, övrə, səpgi, bronxospazm, bayılma ilə hipotenziya).
Mədə-bağırsaq sistemində baş verən pozulmalar
Məlum deyil – ürəkbulanma, qarın nahiyəsində ağrı, ağız boşluğunda diskomfort (yanma, sancma, şişkinlik hissi), dadbilmənin pozulması (dildə yanma və ağrılı sancma hissi). Yuxarıda qeyd edilən və ya təlimatda qeyd edilməyən digər əlavə təsirlərin baş verdiyi halda preparatın istifadəsini dayandırmaq və həkimə müraciət etmək lazımdır.
Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı mədə-bağırsaq sistemi tərəfindən baş verən diskomfortun yaranması az ehtimal edilir: ürəkbulanma.
Müalicəsi
Həkim nəzarəti altında simptomatik müalicə aparılır.
Buraxılış forması
Sorma tabletlər (bal-limon). 2, 4, 6, 8, 10 və ya 12 tablet, PVX/PVDX/alüminium blisterdə. 1, 2, 3, 4 və ya 5 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºC-dən yüksək olmayan temperaturda quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi
Rekitt Benkizer Helsker İnterneşnl Ltd.
Teyn Roud, Nottinqem, NG90 2DB, Böyük Britaniya.
Rusiya Federasiyasında nümayəndə/İradları qəbul edən təşkilat
“Rekitt Benkizer Helsker” MMC. Rusiya, 115114, Moskva ş., Şlyüzovaya sahil küçəsi, ev 4. Tel.: 8-800-200-82-20 (yalnız Rusiya üçün zəng pulsuzdur). contact_ru@rb.com