Pharmed
STREPSILS 6+ USAQ UCUN N16 PASTIL
STREPSİLS
Beynəlxalq patentləşdirilməmiş adı: Amylmetacrezol + Dichlorobenzyl alcohol
STREPSİLS Tərkibi
Təsiredici maddələr: 1 tabletin tərkibində 1,2 mq 2,4-dixlorbenzil spirti, 0,6 mq
amilmetakrezol vardır.
sorma tabletlər(çiyələkli):çaxır turşusu, çiyələk ətirləndiricisi, çəhrayı antosian boya
maddəsi P-WS (E 163), natrium saxarin, izomaltoza, maltiol şərbəti.
Farmakoterapevtik qrupu
Antiseptik vasitə.
ATC kodu: R02AA03.
Farmakoloji xüsusiyyətləri
Dərman vasitəsi antiseptik təsir göstərir, qrammüsbət və qrammənfi mikroorqanizmlərə qarşı
aktivdir, antimikotik təsirə malikdir.
İstifadəsinə göstərişlər
İnfeksion-iltihabi xəstəliklər zamanı boğaz ağrısının simptomatik müalicəsi.
Əks göstərişlər
− Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;
− 6 yaşa qədər uşaqlar;
− saxaraza/izomaltaza çatışmazlığı, fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza
malabsorbsiyası.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Hamiləlik, laktasiya dövrü.
Preparatı şəkərli diabetli pasiyentlərə təyin etmək olar (tərkibində şəkər yoxdur).
Preparatı, simptomları aradan qaldıra bilən maksimal dərəcədə mümkün qısa kursla və minimal
effektiv dozada istifadə etmək məsləhət görülür.
Preparatı tərkibinə izomaltoza və maltitol şərbəti daxildir ki, bu da yüngül yumşaldıcı təsirə
səbəb ola bilər.
Simptomların aradan qalxmadığı və ya bədən temperaturunun yüksəldiyi və ya başağrı yarandığı
zaman həkimə müraciət etmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər preparatlarla klinik əhəmiyyətli qarşılıqlı təsiri aşkar edilməmişdir. Preparatın digər yerli
mikrobəleyhinə vasitələrlə eyni zamanda istifadəsi mümkündür.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi, yalnız ana üçün gözlənilən fayda döl üçün
potensial riskdən üstün olduqda həkim məsləhəti ilə mümkündür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat nəqliyyat vasitələrini idarəetmə qabiliyyətinə və sürətli psixomotor reaksiya və yüksək
diqqət tələb edən digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olma qabiliyyətinə təsir
etmir.
STREPSİLS İstifadə qaydası və dozası
Preparatı istifadə etməzdən əvvəl təlimatı diqqətlə oxumaq lazımdır.
Yerli istifadə edilir.
Böyüklər və 6 yaşdan yuxarı uşaqlar:
Hər 2-3 saatdan bir 1 tablet sorulur. 24 saat ərzində 8 tabletdən çox istifadə etmək olmaz.
Qeyd edilən dozanı aşmaq olmaz.
Müalicə kursunun müddəti 3 gündən artıq olmamalıdır. Preparat qəbul edildiyi 3 gün ərzində
simptomlar olduğu kimi qaldıqda, müalicəni dayandırmaq və həkimə müraciət etmək lazımdır.
Əlavə təsirləri
Aşağıda qeyd edilən əlavə təsirlər preparatın qısamüddətli istifadəsi zamanı məsləhət görülən
dozalarda qəbul etdikdə qeyd edilmişdir. Xroniki vəziyyətlərin müalicəsi və uzun müddətli
istifadə zamanı digər əlavə təsirlərin baş verməsi mümkündür.
Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir:
çox tez-tez (≥1/10); tez-tez (≥1/100 - <1/10); bəzən (≥1/1000 - <1/100); nadir hallarda (≥1/10000 -
<1/1000); çox nadir hallarda (<1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi
qiymətləndirmək mümkün deyil).
İmmun sistem tərəfindən baş verən pozulmalar
Məlum deyil – hiperhəssaslıq reaksiyaları (həmçinin angionevrotik ödem, övrə, səpgi, bronxospazm,
bayılma ilə hipotenziya).
Mədə-bağırsaq sistemi tərəfindən baş verən pozulmalar
Məlum deyil – ürəkbulanma, qarın nahiyəsində ağrı, ağız boşluğunda diskomfort (yanma, sancma,
şişkinlik hissi), dadbilmənin pozulması (dildə yanma və ağrılı sancma hissi).
Yuxarıda qeyd edilən və ya təlimatda qeyd edilməyən digər əlavə təsirlərin baş verdiyi halda
preparatın istifadəsini dayandırmaq və həkimə müraciət etmək lazımdır.
Doza həddinin aşılması
Mümükün doza həddinin aşılmasının zamanı mədə-bağırsaq sistemi tərəfindən baş verən
diskomfortun (ürəkbulanma) yaranması az ehtimal edilir.
Müalicəsi:
Həkim nəzarəti altında simptomatik müalicə aparılır.
Buraxılış forması
Sorma tabletlər (çiyələkli).
2, 4, 6, 8, 10 və ya 12 tablet, blisterdə (PVX/PVDX/Alüminium). 1, 2, 3, 4 və ya 5 blister içlik
vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.