PharmEd

Pharmed

STOMAGEL 20/5MG 15GR GEL

STOMAGEL

 

Tərkibi

Təsiredici maddələr: 1 q gelin tərkibində 5 mq metilurasil, 20 mq lidokain hidroxlorid vardır.

Köməkçi maddələr: iynəyarpaqlıların efir yağı, lesitin, silbiol, α-tokoferol,metilparahidroksibenzoat, undesilen turşusunun monoetanolamidi, trolamin, etil spirti, karbomer, təmizlənmiş su.

 

Farmakoterapevtik qrupu:

Ağız boşluğu xəstəliklərinin yerli müalicəsi üçün dərman vasitəsi.

ATC kodu: A01AD11.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Ağız boşluğunda hiperemiyanı, ağrını, iltihabı, ödemi, quruluğu, ağızda qaşınma hissini aradanqaldırır, toxuma regenerasiyasını və epitelizasiyanı stimullaşdırır.

Metilurasil – epitelin regenerasiyasını və bərpasını təmin edir, selikli qişada olan amin turşularınınmübadilə prosesinə müsbət təsir göstərir, iltihabəleyhinə təsir göstərir, immunitetin bərpasınıstimullaşdırır. Metilurasil klinik praktikada həm sistem şəklində, həm yerli və eləcə də selikliqişalarda istifadə olunur.

Lidokain hidroxlorid – selikli qişalarda istifadəsi zamanı sinir uclarına təsir göstərir. Lidokain impulsların ötürülməsini təmin edən ionları inhibə edərək neyronların membranını stabilləşdirir, selikli qişaya yerli anesteziyaedici təsir göstərir.

 

Farmakokinetikası

Metilurasil xaricə istifadə zamanı demək olar ki, ümumi qan dövranına absorbsiya olunmur. Lidokain hidroxloridin aktiv maddəsi plazmada maksimal səviyyəyə 20-45 dəq sonra çatır. Ağız boşluğunun selikli qişasından ümumi qan dövranına lidokainin çox cüzi hissəsi keçir. Orqanizmdə lidokain MBT- yə keçir, qaraciyərdə tamamilə metabolizmə uğrayır.

 

İstifadəsinə göstərişlər

− ağız boşluğunun selikli qişasının iltihabi və nekrotik prosesləri: kəskin stomatit, qinqivit,

parodontit;

− mikrob və göbələk infeksiyası nəticəsində ağızda quruluq və qaşınma hissinin olması

 

Əks göstərişlər

− leykozun kəskin və xroniki leykemik formaları;

− limfoqranulomatoz;

− sümük iliyinin bədxassəli xəstəlikləri;

− qaraciyərin ağır xəstəlikləri;

− amid törəməli yerli anestetiklərə və ya gelin komponentlərinə qarşı yüksək həssaslıq;

− 3 yaşa qədər uşaqlar.

 

Xüsusi göstərişlər ehtiyat tədbirləri

Məlhəm gözə düşərsə, onu çoxlu miqdarda su ilə yumaq lazımdır.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Gel strofantinin təsirini potensiallaşdırır, antibiotiklərin və sulfanilamid preparatlarının təsirini gücləndirir.

 

Hamiləlik laktasiya dövründə istifadəsi

Metilurasilin teratogen təsir göstərməsi təhlükəsini nəzərə alaraq, hamiləlik və laktasiya dövründə preparatın təyin olunması, yalnız risk faktorlarını diqqətlə nəzərdən keçirdikdən sonra mümkündür.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri müəyyən edilməmişdir.

 

STOMAGEL istifadə qaydası dozası

Həkimin təyin etdiyi müalicə kursu müddətində gündə 3-4 dəfə ağız boşluğuna çəkilir.

 

Əlavə təsirləri

Nadir hallarda yüngül başağrısı, başgicəllənmə, yerli allergik reaksiya baş verə bilər.

 

Doza həddinin aşılması

Təlimata uyğun istifadəsi zamanı doza həddinin aşılması ehtimalı yoxdur.

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.