PharmEd

Pharmed

SPAZMOLIZIN 40MG N10 SAM

SPAZMOLİZİN

Beynəlxalq patentləşdirilməmiş adı: Drotaverine hydrochloride

 

SPAZMOLİZİN Tərkibi

Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 40 mq drotaverin hidroxlorid vardır. Köməkçi maddələr: bərk yağ.

 

Farmakoterapevtik qrupu

Bağırsaq funksiyasının pozğunluqlarında istifadə olunan preparatlar. Papaverin və onun törəmələri.

ATC kodu: A03AD02.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası: Drotaverin izoxinolin törəmələrinə aid olan spazmolitik maddə olub, fosfodiesterazanı inaktivləşdirərək və sAMF-in hüceyrədaxili toplanmasına mane olaraq, saya əzələlərə bilavasitə təsir göstərir. Bu isə miozinkinazanın inaktivləşməsi nəticəsində saya əzələlərin boşalmasına səbəb olur. Drotaverinin spazmolitik təsiri veqetativ innervasiyanın xarakterindən asılı deyil. Preparat qastrointestinal, biliar, urogenital və ürək-damar sisteminin saya əzələlərinə qarşı aktivdir. Spazmolitik təsir gücünə və müddətinə görə preparat papaverindən üstündür.

Farmakokinetikası: Drotaverin MBT-dan tez absorbsiya olunmur. Per oral qəbulundan sonra qan zərdabında maksimal konsetrasiyası 45-60 dəq sonra qeyd olunur. Qaraciyərdə metabolizə olunur. Yarımxaricolma dövrü 16-22 saat təşkil edir. Orqanizmdən 72 saat ərzində praktiki olaraq tam xaric olur (əsasən, metabolitlər şəklində), təxminən 50%-i sidiklə, 30%-i isə nəcislə. Dəyişilməmiş şəkildə sidikdə aşkar olunmur. Drotaverin və/və ya onun metabolitləri praktiki olaraq plasentar baryeri keçmir.

 

İstifadəsinə göstərişlər

- öd yollarının xəstəlikləri (xolelitiaz, xolangiolitiaz, xolesistit, perixolesistit, xolangit, papillit) ilə əlaqədar saya əzələlərin spazmı;

- nefrolitiaz, uretrolitiaz, pielit, sistit, sidik kisəsinin tenezmləri zamanı sidik traktının saya əzələlərinin spazmı;

Köməkçi vasitə qismində:

- həzm sistemi orqanlarının saya əzələlərinin spazmı: mədənin və 12-barmaq bağırsağın peptik xora xəstəliyi, enterit, spastik kolit, qastroduodenit, yoğun bağırsağın qıcıqlanma sindromu, spastik qəbizlik, meteorizm, pankreatit;

- ginekoloji xəstəliklər: dismenoreya, adneksit, uşaqlığın tetaniyası, güclü və ağrılı doğuş tutmaları, abort təhlükəsi olduqda;

- damar mənşəli baş ağrıları.

 

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı hiperhəssaslıq.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Tac damarlarda nəzərəçarpan aterosklerozu olan xəstələrə preparat ehtiyatla təyin edilir. Mədənin və 12-barmaq bağırsağın xora xəstəliyinin müalicəsində preparat xolinolitiklərlə birgə istifadə olunur.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Spazmolizini levodopa ilə birgə istifadə etdikdə ehtiyatlı olmaq lazımdır, çünki levodopanın antiparkinsonik təsiri azalır və bunun nəticəsində tremor və rigidlik güclənə bilər.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Belə hallarda preparat ehtiyatla təyin edilir.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Pasiyentin preparata qarşı fərdi reaksiyasının qiymətləndirilməsindən sonra sürətli psixomotor reaksiya və yüksək diqqət tələb edən potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmağa icazə verilir.

 

SPAZMOLİZİN İstifadə qaydası və dozası

Preparat rektal istifadə olunur: gündə 2-3 dəfə 1 suppozitoriya düz bağırsağa yeridilir.

 

Əlavə təsirləri

Başgicəllənmə, istilik hissi, tərləmə, allergik reaksiyalar, ürək döyüntüsü ola bilər.

 

Doza həddinin aşılması

Məlumat yoxdur.

 

Buraxılış forması

Tərkibində 40mq drotaverin hidroxlorid olan rektal suppozitoriyalar. 5 suppozitoriya, PVX/PE konturlu-yuvalı qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.