Pharmed

SPAZMODIL 20MG N30 TB

SPAZMODİL, örtüklü tabletlər

SPAZMODİL tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 20 mq pipetanat etobromid vardır.

İstifadəsinə göstərişlər

Spastik vəziyyətlər və mədə-bağırsaq traktının yüksəlmiş motorikası. Ağrılı spastik vəziyyətlər; öd və sidikçıxarıcı yollarının peristaltikasının pozulması (diskineziya). Endoskopik, radioloji müayinələr və premedikasiyalar zamanı.

Əks göstərişlər

Komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq. Qlaukoma, prostat vəzin hiperplaziyası və ya obstruktiv uropatiyanın digər səbəbləri keçməməzlik ilə müşahidə edilən mədə-bağırsaq traktının xəstəlikləri, xoralı kolit, toksik meqakolon, hamiləlik.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə istifadəsi əks göstərişdir. Laktasiya dövründə həkim məsləhəti ilə təyin edilir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

SPAZMODİİL nəqliyyat vasitələrini idərəetmə qabiliyyətinə təsir etmir.

SPAZMODİL istifadə qaydası və dozası

Gündə 2-4 dəfə 1-2 tablet daxilə qəbul edilir. Uşaqlarda istifadəsi tövsiyə edilmir.