Pharmed
SOMAZINA 1000MG 4ML N5 AMP
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
“____”________________ 2022-ci il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
SOMAZİNA® inyeksiya üçün məhlul
SOMAZINA®
Beynəlxalq patentləşdirilməmiş adı: Citicoline
Tərkibi
Təsiredici maddə: 4 ml məhlulun tərkibində ( 1 ampul) 1000 mq sitikolin vardır.
Köməkçi maddə: inyeksiya üçün su, xlorid turşusu və ya natrium hidroksid.
Təsviri
Şəffaf, rəngsiz mayədir.
Farmakoterapevtik qrupu
Psixoanaleptiklər; Digər psixostimulyator və nootrop preparatlar.
ATC kodu: N06BX06.
Farmakoloji xüsusiyyətləri
Sitikolin neyron membranının struktur komponenti olan fosfolipidlərin biosintezini stimulə edir, bu da ion
mübadiləsi nasosu və modulyasiyası, sinir impulslarının örtülməsi üçün zəruri olan reseptorların
funksiyalarını yaxşılaşdırır. Sitikolin neyron membranına stabiləşdirici təsir göstərərək, beyin ödemi
simptomlarını aradan qaldırır. Klinik tədqiqatlar göstərir ki, sitikolin beyin qan dövranının pozulması və
kəllə-beyin travmaları nəticəsində yaranan serebral disfunksiyanın gedişini yaxşılaşdırır. Sitikolin
həmçinin amneziya əlamətlərini azaldır, yuxarıda göstərilən patoloqiyalarla əlaqədər koqnitiv, hissi və
hərəki pozulmaları aradan qaldırır.
İstifadəsinə göstərişlər
Beyin qan dövranının kəskin və yarımkəskin pozulması, kəllə-beyin travmaları və onların fəsadları,
müxtəlif mənşəli koqnitiv pozulmalar.
Əks göstərişlər
Sitikolinə qarşı və ya preparatın tərkibində olan köməkçi maddələrin hər hansı birinə qarşı yüksək
həssaslıq, parasimpatik sinir sisteminin hipertonusu.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Tərkibində meklofenoksat olan preparatlarla birgə təyin edilməməlidir.
Təhlükəsizlik tədbirləri
Davamlı intrakranial qanaxma zamanı preparatın dozası gündə 1000 mq artıq olmamaq şərtilə vena
daxilinə çox ləng (dəqiqədə 30 damcı) yeridilir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Sitikolin L-dopanın təsirini gücləndirir.
Hamiləlik dövründə istifadəsi
Heyvanlar üzərində aparılan eksperimentlərdə sitikolinin teratogen təsiri aşkar olunmayıb. Lakin hamilə
qadınlarda istifadəsinə aid məlumat olmadığından, preparatın hamiləlik dövründə təyin edilməsi məsləhət
görülmür. Lakin, anaya göstərilən fayda dölə ehtimal olunan riskdən üstün olan hallar istisna təşkil edir.
İstifadə qaydası və dozası
SOMAZİNA® 1000 mq: xəstəliyin klinik elementlərindən asılı olaraq, 500-2000 mq/gün dozada yeridilir.
SOMAZİNA® əzələdaxili, venadaxili şırnaqla ləng (3-5 dəq) və ya damcı üsulu ilə (dəqiqədə 40-60
damcı) yeridilir.
SOMAZİNA® bütün venadaxili izotonik məhlullarla uyuşur və hətta qlükozanın hipertonik məhlulunda
həll oluna bilər.
Əlavə təsirləri
Nadir hallarda parasimpatik sinir sisteminə stimuləedici təsir və qısamüddətli hipotenziv effekt müşahidə
oluna bilər.
Hallüsinasiya, başağrı, başgicələnmə, arterial hipertenziya, arterial hipotenziya, respirator, torakal,
mediastenal pozuntular, dispnoe, mədə-bağırsaq xəstəlikləri, ürəkbulanma, qusma, bəzən ishal, qızartı,
səpgi, titrətmə, övrə, purpura, ekzantema, ödem.
Doza həddinin aşılması
Preparatın az toksikliyi sayəsində hətta doza təsadüfi olaraq əhəmiyyətli dərəcədə artıq olduqda,
intoksikasiya istisna olunur.
Buraxılış forması
4 ml məhlul, ampulda. 5 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30oC-dən yüksək olmayan temperaturda, öz qutusunda və uşaqların əli catmayan yerdə saxlamaq
lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Ferrer Internacional, S.А.
Gran Vía Carlos III, 94, 08028 Barcelona, (İSPANİYA).
İstehsalat yeri
Ferrer Internacional, S.А.
C/Joan Buscallà, 1-9, 08173 Sant Cugat del Vallès (Barcelona), İspaniya.