Pharmed
SNIP FLU COLD N20 TB
SNİP FLYU
Beynəlxalq patentləşdirilməmiş adı: Paracetamol (Acetaminophen) + Pseudoephedrine
hydrochloride + Chlorphenamine maleate
SNİP FLYU Тərkibi
Тəsiredici maddələr: 1 tabletin tərkibində 361 mq parasetamol DC-90 (parasetamol 325 mq
ekvivalentdir), 15 mq psevdoefedrin hidroxlorid, 1 mq xlorfenamin maleat
vardır.
Köməkçi maddələr: mikrokristallik sellüloza 101, mikrokristallik sellüloza 105, kroskarmelloza
natrium, toz şəklində sellüloza, maqnezium stearat.
Farmakoterapevtik qrupu
Digər analgetiklər və antipiretiklər. Anilidlər. Parasetamolun digər dərman vasitələri ilə
kombinasiyası, psixoleptiklər istisna olmaqla.
ATC kodu: N02BE51.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası:
Parasetamolun ağrıkəsici və qızdırmasalıcı təsirləri, ən azı qismən hesab edilir ki, mərkəzi sinir
sistemində prostaqlandin sintezinin inhibə edilməsi ilə əlaqəlidir. 1 q parasetamol effektiv
ağrıkəsici və qızdırmasalıcı vasitədir.
Psevdoefedrin, əsasən, dolayı yolla təsir göstərən simpatomimetik amindir. 60 mq psevdoefedrin
effektiv ödem əleyhinə vasitədir (soyuqdəyməsi və riniti olan xəstələrdə burunda hava axınının
ölçülməsinin nəticələri əsasında qeyd edilmişdir).
Psevdoefedrin terapevtik dozalarda normal qan təzyiqi olan xəstələrdə qan təzyiqinə klinik
cəhətdən əhəmiyyətli təsir göstərmir. Tədqiqatlar göstərmişdir ki, qan təzyiqi nəzarət olunan
xəstələrdə 60 mq psevdoefedrin qan təzyiqinə heç bir təsir göstərmir və ya cüzi təsir göstərir və
sedativ təsir göstərmir.
Sağlam insanlarda xlorfenamin histaminin səbəb olduğu qabarcıqların dozadan asılı olaraq inhibə
edilməsini təmin edir və kəskinləşmənin qarşısını alır. 4 mq xlorfenamini birdəfəlik dozada
istifadəsindən sonra təsiri bir saat ərzində qeyd edilir və ən azı 12 saat davam edir. Xlorfenaminin
insanlarda sedativ təsir göstərə bilər, lakin bu dəyişkən ola bilər və ona qarşı tolerantlıq yarana
bilər. Xlorfenaminin antixolinergik xüsusiyyətləri insanda göstərilmişdir. Bu antixolinergik
xüsusiyyətləri burun axması ilə müşayiət olan vəziyyətlərdə klinik baxımdan əhəmiyyətlidir, çünki
burnun seromukoz vəziləri antixolinergik nəzarəti altındadır.
Farmakokinetikası:
Parasetamol daxilə qəbul edildikdən sonra mədə-bağırsaq traktından tez və tamamilə sorulur və
0,25-2 saatdan sonra plazmada pik səviyyəyə çatır. Mütləq biomənimsənilməsi təxminən 80%-dir
və normal terapevtik dozalarda (5-20 mq/kq) dozadan asılı deyildir. Plazma zülallarına bağlanmır.
Paylanma həcmi təxminən 0,9 l/kq təşkil edir. Plazmadan yarımxaricolma dövrü 1-3 saat arasında
dəyişir və əsasən yaşdan asılı deyil. Qaraciyərdə metabolizə olunur və qlükuronid və sulfat
konyuqatları şəklində sidiklə xaric edilir. Doza həddinin aşılması hallarında qlutationla
konyuqasiyası nəticəsində kiçik metaboliti olan N-asetil-p-benzoxinoniminin detoksifikasiyasının
saturasiyası baş verir və bu, onun toplanmasına və nəticədə qaraciyərin zədələnməsinə səbəb olur.
Psevdoefedrin daxilə qəbul edildikdən sonra mədə-bağırsaq traktından tez və tamamilə sorulur,
presistem metabolizmi yoxdur. 1-2 saatdan sonra plazmada pik səviyyəyə çatır. Plazma zülallarına
bağlanmasına dair heç bir məlumat yoxdur. Həm birdəfəlik, həm də çoxsaylı dozaları ilə
tədqiqatlarda paylanma həcmi 2,64-3,51 l/kq arasında dəyişir. Plazmadan yarımxaricolma dövrü
böyüklərdə 4,3-7,0 saat arasında dəyişir. İnsanlarda psevdoefedrinin metabolizmi çüzidir,
təxminən 90%-i sidiklə dəyişilməmiş şəkildə xaric edilir. Təxminən 1%-i N-demetilləşmə yolu ilə
qaraciyərdə norpsevdoefedrinə qədər metabolizə olunur.
Zəif qələvi olduğu üçün, böyrək ekskresiyası sidiyin pH-dan asılı olaraq dəyişir. Sidiyin pH-ı
aşağı olduqda borucuq rezorbsiyası minimaldır və sidik axınının sürəti dərmanın klirensinə təsir
göstərmir. Sidiyin pH-ı yüksək olduqda (>7,0) psevdoefedrin böyrək borucuqlarında intensiv
şəkildə reabsorbsiya olunur və böyrək klirensi sidik axınının sürətindən asılı olacaq.
Qaraciyər xəstəliyinin psevdoefedrinin farmakokinetikasına təsir etməsinin ehtimalı azdır. Böyrək
çatışmazlığı plazma səviyyəsinin artmasına səbəb ola bilər.
Xlorfenamin daxilə qəbul edildikdən sonra biomənimsənilməsi nisbətən aşağıdır (25-50%), bu da
qaraciyərdə ilk keçid metabolizminin intensiv olmasını göstərir. Qida qəbulu
biomənimsənilməsini azaldır. Sürətli təsirə malik dərman formalarının istifadəsindən 2-3 saat
sonra, uzunmüddətli təsirə malik dərman formalarının istifadəsindən 6-8 saat sonra plazmada pik
səviyyəyə çatır.
Dərman qaraciyərdə demetilləşmə yolu ilə mono- və didesmetil-törəmələrinə qədər və
deaminləşmə yolu ilə polyar spirt və turşu törəmələrinə qədər aktiv metabolizə olunur.
Yarımxaricolma dövrü müxtəlif subyektlərdə əhəmiyyətli dərəcədə fərqlidir: böyüklərdə bir sıra
tədqiqatlarda ümumi orta göstəricisi 20,4 saat (3-43 saat diapazonunda) təşkil etmişdir. Dizomerinin yarımparçalanma dövrü L-izomeri ilə müqayisədə təxminən 60% çoxdur, bu da
stereoselektiv metabolizmi göstərir. Uşaqlarda yarımxaricolma dövrü daha qısa görünür.
Xlorfenamin əsasən böyrəklər vasitəsilə xaric edilir. Sabit vəziyyətdə, xlorfenaminin təxminən
34%-i dəyişilməmiş şəkildə xaric edilir. Xlorfenamin zəif qələvi olduğu üçün, böyrək ekskresiyası
sidiyin pH-dan asılı olaraq dəyişir.
İstifadəsinə göstərişlər
Snip Flyu aşağıdakı vəziyyətlərdə istifadə edilir:
• Soyuqdəymə və qrip zamanı burun tutulması, burun axması, rinit, asqırma, qızdırma, yüngül və
orta şiddətli, müxtəlif mənşəli ağrılar kimi əlamətlərin aradan qalxması üçün
• Yuxarı tənəffüs yollarının yüksək hərarət və qızdırma ilə müşayiət edilən müxtəlif allergiyaları
zamanı simptomların aradan qalxması üçün.
Əks göstərişlər
Dərman vasitəsinin təsiredici və ya köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək
həssaslıq.
Monoaminooksidazanın inhibitorlarını eyni zamanda və ya iki həftə əvvəl qəbul edən şəxslərə
istifadəsi əks göstərişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
İşemik kolit:
Psevdoefedrinin istifadəsi zamanı bəzi hallarda işemik kolit qeyd edilmişdir. Qəfil qarın ağrısı,
bağırsaq qanaxması və ya işemik kolitin digər simptomları inkişaf edərsə, psevdoefedrinin
istifadəsi dayandırılmalı və həkimə müraciət edilməlidir.
İşemik optik neyropatiya:
Psevdoefedrinin istifadəsi zamanı işemik optik neyropatiya halları qeyd edilmişdir.
Qəfil görmə itkisi və ya görmə itiliyinin azalması, məsələn skotoma baş verərsə, psevdoefedrinin
istifadəsi dayandırılmalıdır.
Ağır dəri reaksiyaları:
Psevdoefedrin tərkibli dərman vasıtələrinin istifadəsi zamanı kəskin geniş yayılmış ekzantematoz
pustuloz (KGEP) kimi ağır dəri reaksiyaları baş verə bilər. Bu kəskin pustuloz səpgilər müalicənin
ilk 2 günü ərzində, əsasən dəri qırışlarında, bədəndə və yuxarı ətraflarda və geniş yayılmış ödemli
eritema üzərində çoxlu, kiçik, əsasən qeyri-follikulyar pustulalar şəklində və qızdırma ilə
müşahidə edilə bilər. Xəstələr ciddi nəzarət altında olmalıdırlar. Yüksək hərarət, eritema və ya
çoxlu kiçik pustulalar kimi əlamətlər və simptomlar müşahidə olunarsa, Snip Flyu-nun qəbulu
dayandırılmalı və lazım gələrsə, müvafiq tədbirlər görülməlidir.
Snip Flyu qaraciyər və böyrək çatışmazlığı, ürək və ya damar xəstəlikləri, hipertoniyası,
hipertireozu, prostat vəzinin hipertrofiyası, şəkərli diabeti, qlaukoması, çətin nəfəsalma kimi
xəstəlikləri, məs., emfizeması və ya xroniki bronxiti, epilepsiyası və ya tireotoksikozu olan
xəstələrə ehtiyatla verilməlidir.
Tövsiyə edilən dozanı aşmayın.
Xlorfenamin yuxululuq, başgicəllənmə, görmə bulanıqlığı və psixomotor pozğunluqlara səbəb ola
bilər ki, bu da xəstələrin nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək qabiliyyətinə ciddi
təsir edə bilər.
Stenokardiya zamanı (lat. angina pectoris) ağrılar güclənə bilər.
Xəstələrə eyni zamanda digər parasetamol tərkibli dərman vasitələrini və ya simpatomimetikləri
qəbul etməmək tövsiyə edilməlidir.
Xəstələrə soyuqdəymə və ya qrip əlamətləri davam edərsə, həkimə müraciət etmək tövsiyə
edilməlidir.
Bütün dərman vasitələrini uşaqların əli çatmayan təhlükəsiz yerdə saxlamaq lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Snip Flyu tabletlərini trisiklik antidepressantlarla, simpatomimetik vasitələrlə (dekonqestantlar,
iştah supresantları və amfetaminə bənzər psixostimulyatorlar) və ya simpatomimetik vasitələrin
katabolizmi ilə çarpazlaşan monoaminooksidazanın inhibitorları ilə eyni zamanda qəbulu qan
təzyiqinin artmasına, MAOİ qəbulu zamanı isə hipertenziv krizin inkişafına səbəb ola bilər.
Tərkibində psevdoefedrin olduğu üçün simpatik aktivliyə malik olan hipotenziv təsirli vasitələrə
(alfa- və beta-adrenergik blokatorlar və metildopa daxil olmaqla) qismən əks təsir göstərə bilər.
Xlorfenamin yuxululuq verə bilər, alkoqol, sedativ vasitələr və trankvilizatorlar bu təsiri
gücləndirə bilər. Xlorfenamin fenitoinin metabolizmini inhibə edir və fenitoin toksikliyinə səbəb
ola bilər.
Snip Flyu tabletlərini uzunmüddət müntəzəm qaydada hər gün istifadə etdikdə varfarinin və digər
kumarinlərin antikoaqulyant təsiri və qanaxmaların riski arta bilər; təsadüfi dozalar əhəmiyyətli
təsir göstərmir.
Mədənin boşaldılmasını tezləşdirən vasitələr, məsələn, metoklopramid və domperidon
parasetamolun absorbsiyasını sürətləndirir, mədənin boşaldılmasını ləngidən vasitələr isə,
məsələn, trisiklik antidepressantlar, narkotik analgetiklər parasetamolun absorbsiyasını ləngidir.
Alkoqolun və antikonvulsantların təsirini stimulə edən fermentlərin eyni zamanda qəbulu
parasetamolun toksikliyinin ehtimalını artıra bilər.
Snip Flyu qəbul edən xəstələr alkoqolun qəbulundan çəkinməlidirlər.
Uyuşmazlığı:
Məlum deyil.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövrü:
Hamiləlik dövründə Snip Flyu tabletlərini həkim məsləhəti olmadan istifadə etməyin.
Laktasiya dövrü:
Laktasiya dövründə Snip Flyu tabletlərini həkim məsləhəti olmadan istifadə etməyin.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Xlorfenamin yuxululuğa səbəb ola bilər; buna görə xəstələr öz hərəkətlərini sərbəst idarə edənə
qədər nəqliyyat vasitələrini və hərəkət edən mexanizmləri idarə etməməlidirlər.
SNİP FLYU İstifadə qaydası və dozası
İstifadə qaydası:
Daxilə qəbul edilir.
Dozası::
Böyüklər
Gündə 4 dəfəyə qədər 2 tablet simptomların azalması üçün qəbul edilir. Doza 4 saatdan daha tez
vaxtda təkrarlanmamalıdır və 24 saat ərzində dörd dəfədən çox dozada qəbul edilməməlidir.
Uşaqlar:
12 yaş və yuxarı uşaqlar: Doza böyüklərdə olduğu kimidir.
6-11 yaş uşaqlar: Hər 4-6 saatdan bir 1 tablet qəbul edilir. Gün ərzində 6 tabletdən artıq qəbul
edilməməlidir. 6-8 yaşlı uşaqlar üçün gün ərzində məsləhət görülən maksimal qəbul dozası 5
tabletdir.
6 yaşa qədər uşaqlar: Digər antihistamin tərkibli vasitələrin istifadəsi kimi 6 yaşa qədər uşaqlar
Snip Flyu tabletlərini həkim məsləhəti və nəzarəti altında qəbul etməlidirlər.
Yaşlılar: Doza böyüklərdə olduğu kimidir.
Böyrək/qaraciyər çatışmazlığı olan xəstələrə ümumi gündəlik doza azaldılmalıdır.
Əlavə təsirləri
Əlavə təsirləri rastgəlmə tezliyinə müvafiq olaraq qeyd edilibdir: çox tez-tez (≥1/10); tez-tez
(≥1/100-dən <1/10-ə qədər); bəzən (≥1/1000-dən <1/100-ə qədər); nadir hallarda (≥1/10000-dən
<1/1000-ə qədər); çox nadir hallarda (<1/10000); məlum deyil (mövcud məlumatlarla
qiymətləndirmək mümkün deyil).
Snip Flyu nadir hallarda əlavə təsirlərə səbəb ola bilər, lakin yüksək həssaslıq, o cümlədən dəri
səpgiləri kimi hallar müşahidə oluna bilər.
Əlavə təsirləri nadir hallarda və sistem təsirləri olan və ya olmayan allergik dəri reaksiyaları
şəklində qeyd edilmişdir.
Qan və limfa sisteminin patologiyaları:
Çox nadir hallarda: Çox nadir hallarda qan diskraziyası, o cümlədən trombositopeniya və
aqranulositoz qeyd edilmişdir, lakin bu Snip Flyu ilə əlaqəli olmaya bilər.
Psixi pozğunluqlar:
Nadir hallarda: hallüsinasiyalar.
Məlum deyil: əsəbilik.
Sinir sisteminin patologiyaları:
Məlum deyil: başgicəllənmə, yuxusuzluq, yuxululuq, həyəcan, narahatlıq, adətən, yüngül formada
qeyd edilmişdir.
Göz patologiyaları
Məlum deyil: işemik optik neyropatiya.
Ürək patologiyaları
Məlum deyil: taxikardiya.
Damar patologiyaları
Məlum deyil: hipertenziya.
Mədə-bağırsaq sistemin patologiyaları
Məlum deyil: işemik kolit, ağızda quruluq.
Dəri və dərialtı toxumaların patologiyaları
Nadir hallarda: yüksək həssaslıq, o cümlədən dəri səpgiləri, angioödem.
Çox nadir hallarda: ağır dəri reaksiyaları.
Məlum deyil: kəskin geniş yayılmış ekzantematoz pustuloz (KGEP) daxil olmaqla, ağır dəri
reaksiyaları.
Böyrək və sidikçıxarıcı yolların patologiyaları
Məlum deyil: Prostat vəzinin hipertrofiyası olan xəstələrdə sidiyin ləngiməsi ola bilər.
Doza həddinin aşılması
Parasetamol
Simptomları:
İlk 24 saat ərzində solğunluq, ürəkbulanma, qusma, iştahsızlıq və qarında ağrılar ola bilər.
Qəbuldan 12-48 saat sonra qaraciyərin zədələnməsi inkişaf edə bilər. Qlükozanın anormal
metabolizmi və metabolik asidoz ola bilər. Güclü zəhərlənmələrdə qaraciyər çatışmazlığı
ensefalopatiyaya və komaya qədər inkişaf edə bilər və ölümlə nəticələnə bilər. Kəskin böyrək
çatışmazlığı kəskin tubulyar nekroz ilə, ağır qaraciyər çatışmazlığı olmadan da inkişaf edə bilər.
Ürək aritmiyaları və pankreatitlər qeyd edilmişdir. Parasetamolu 10 q və ya daha yüksək dozada
qəbul edən böyüklərdə qaraciyər zədələnmələri inkişaf edə bilər. Nəzərə almaq lazımdır ki, toksik
metabolitlərin artıq miqdarı geridönməz şəkildə qaraciyərdə birləşir (adətən, parasetamol normal
dozalarda qəbul edildikdə qlütation tərəfindən adekvat şəkildə zərərsizləşdirilir ).
Müalicəsi:
Parasetamolun doza həddinin aşılması baş verdikdə dərhal müvafiq müalicə başlanmalıdır. Erkən
əlamətlərin əhəmiyyətli olmamasına baxmayaraq xəstələr dərhal həkim nəzarəti altında olmaq
üçün təcili xəstəxanaya göndərilməlidirlər. Doza həddinin aşılması baş verdikdə 1 saat ərzində,
lakin 4 saat ərzində də nəzərə alına bilər, mədənin yuyulması və ya aktivləşdirilmiş kömürün
qəbulu müsbət təsir göstərə bilər. N-asetilsistein və metionin kimi antidotlar parasetamolun doza
həddinin aşılması baş verdikdə qaraciyəri 12 saat ərzində mühafizə edir. Ehtimal var ki, Nasetilsistein 24 saatdan çox da təsir göstərə bilər.
Psevdoefedrin
Simptomları:
Digər simpatomimetiklər kimi, psevdoefedrinin doza həddinin aşılması zamanı mərkəzi sinir
sistemi və ürək-damar sistemi tərəfindən oyanıqlıq, qıcıqlanma, narahatlıq, tremor,
hallüsinasiyalar, arterial hipertenziya, tez-tez ürək döyünməsi, aritmiyalar, sidiyin ləngiməsi qeyd
edilə bilər. Ağır hallarda psixoz, qıcolmalar, koma və hipertonik kriz qeyd edilə bilər. Kaliumun
hüceyrəxarici və hüceyrədaxili dəyişiklikliyi səbəbindən kaliumun plazma səviyyəsi aşağı ola
bilər.
Müalicəsi:
Xəstələrə standart dəstəkləyici müalicə aparılmalıdır. Ürək-damar pozğunluqları və hipokaliemiya
səbəbindən β-blokatorlardan çəkinmək lazımdır.
Xlorfenamin
Simptomları:
Xlorfenaminin doza həddinin aşılması zamanı sedativ təsiri, MSS-nin parodoksal qıcıqlanması,
toksik psixoz, tutmalar, təngnəfəslik, qıcolmalar, antixolinergik effektlər, distonik reaksiyalar,
kardiovaskulyar kollaps, aritmiyalar qeyd edilə bilər.
Müalicəsi:
Ürək, tənəffüs, böyrək, qaraciyər funksiyalarına və su-elektrolit balansına xüsusi diqqət yetirərək
simptomatik və dəstəkləyici müalicə aparılmalıdır. Əgər doza həddinin aşılması daxilə qəbulu
zamanı baş verərsə mədə yuyulmalı və ya məcburi qusma yaradılmalıdır. Bu tədbirlərdən sonra
absorbsiyanı azaltmaq üçün aktivləşdirilmiş kömür və işlədici vasitələr tətbiq edilə bilər.
Hipotenziya və aritmiyalar dərhal aradan qaldırılmalıdır. MSS tərəfindən qıcolmaları venadaxili
diazepam və ya fenitoin ilə aradan qaldırmaq olar. Ağır hallarda hemoperfuziya tətbiq edilə bilər.
Buraxılış forması
10 tablet PVX/alüminium blisterdə. 1, 2 və ya 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya
qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.