Pharmed
SINUPRET N50 DRJ
SİNUPRET
SİNUPRET Tərkibi
Təsiredici maddə: 100 ml tərkibində aşağıdakı bitkilərin sulu-spirtli ekstraktlarının 29 q-ı vardır: 0,2 q Gentiane radix (acıçiçək), 0,6 q Primulae flos (novruzgülü), 0,6 q Rumicis herba (əvəlik), 0,6 q Sambuci flos (kəndəlaş), 0,6 q Verbenae herba (minaçiçəyi). Köməkçi maddələr: təmizlənmiş su. Təsiredici maddəalər: 1 tabletin tərkibində 6 mq Gentiane radix (acıçiçək), 18 mq Primulae flos (novruzgülü), 18 mq Rumicis herba (əvəlik), 18 mq Sambuci flos (kəndəlaş), 18 mq Verbenae herba (minaçiçəyi) vardır. Köməçi maddələr: jelatin, laktoza monohidrat, kartof nişastası, koloidal susuz silisium, sorbitol, stearin turşusu, butil metakrilat sopolimeri, kalsium karbonat, gənəgərçək yağı, xlorofillin maddəsi, dekstrin, maye qlükoza, indiqokarmin alüminium lakı, yüngül maqnezium oksid, qarğıdalı nişastası, montanqlikol mumu, riboflavin (E101), şellak, saxaroza, talk, titan dioksid (E171).
ATC kodu: R05X.
Farmakoloji xüsusiyyətləri
Fitogen (bitki) mənşəli kombinəolunmuş preparatdır. Preparatın farmakoloji xüsusiyyətləri tərkibindəki bioloji aktiv maddələrə əsasən müəyyən olunur. SİNUPRET sekretolitik, sekretomotor və iltihabəleyhinə təsir göstərir. Burun ciblərindən və yuxarı tənəffüs yollarından eksudatların xaric olmasına şərait yaradır.
İstifadəsinə göstərişlər
Qatı seliyin axması ilə ilə müşayiət olunan kəskin və xronik sinusitlər.
Əks göstərişlər
Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
SİNUPRET örtüklü tabletlərinin 6 yaşdan kiçik uşaqlarda istifadəsi, SİNUPRET daxilə istifadə üçün damcıların isə 2 yaşdan kiçik uşaqlarda istifadəsi tövsiyə olunmur. Preparat nəqliyyat vasitələrini və digər təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir. SİNUPRET damcılarının tərkibində alkoqol olması səbəbindən, məhlul alkolizmdən əziyyət çəkən pasiyentlərdə hətta alkoqolizmə qarşı müvəffəqiyyətli müalicədən sonra belə istifadə edilməməlidir. Qaraciyər xəstəlikləri olan pasiyentlərdə SİNUPRET preparatı yalnız həkim məsləhətindən sonra tətbiq edilməlidir. Alkoqolizmdən, qaraciyər xəstəliklərindən və ya epilepsiyadan əziyyət çəkən pasiyentlərdə SİNUPRET preparatının tərkibində 19% alkoqol (etanol) olması nəzərə alınmalıdır. Preparatın böyüklər üçün 1dozasında 0,45q spirt vardır ki ,bu da təqribən 1qaşıq şəraba bərabərdir. SİNUPRET örtüklü tabletlərinin tərkibində qlükoza, laktoza, saxaroza və sorbitol var. Həkim tərəfindən bəzi şəkərlərə qarşı intolerant –dözümsüz olduğuna dair məlumat almış pasiyentlər bu preparatı istifadə etməzdən qabaq həkimlə məsləhətləşməlidirlər. İstifadə edərkən flakonu şaquli istiqamətdə saxlayın. Sinupret damcısının müəyyən müddət saxlanma prosesində yüngül bulanması və əhəmiyyətsiz dərəcədə çöküntü verməsi preparatın effektivliyinə təsir göstərmir. Örtüklü tabletlər quru yerdə saxlanmalıdır. SİNUPRET preparatından ibarət flakonu istifadə etməzdən qabaq çalxalamaq lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
SİNUPRET preparatının antibakterial preparatlarla yanaşı istifadəsi mümkündür, eləcə də məsləhətlidir. Digər dərman vasitələri ilə qarşılıqlı təsirləri məlum deyil.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bütün dərman vasitələri kimi SİNUPRET preparatı da hamiləlik və laktasiya dövrü yalnız müalicə həkimi tərəfindən ciddi şəkildə risk-fayda nisbəti qiymətləndirildikdən sonra istifadə edilməlidir. Tərkibində alkoqol olması səbəbindən SİNUPRET damcısı yalnız örtüklü tabletlərin istifadə olunması mümkün olmadığı hallarda tətbiq edilə bilər.
SİNUPRET İstifadə qaydası və dozası
Böyüklər və 12 yaşdan yuxarı yetkinlər: gündə 3 dəfə 50 damcı və ya 2 örtüklü tablet 6-11 yaş arası uşaqlar: gündə 3 dəfə 25 damcı və ya 1 örtüklü tablet 2-5 yaş arası uşaqlar gündə 3 dəfə 15 ml Sinupret örtüklü tabletləri az miqdarda su ilə çeynəmədən qəbul etmək lazımdır. Əgər 7-14 gün müalicə kursu müddətində simptomlar dəyişməzsə və ya kəskinləşərsə o zaman həkiminizlə məsləhətləşin.
Əlavə təsirləri
Bəzən mədə-bağırsaq pozuntuları (məsələn, mədə ağrısı, ürəkbulanma) qeyd edilmişdir. Nadir hallarda dəridə hiperhəssaslıq reaksiyaları (məsələn, ekzantema, eritema, qaşınma) müəyyən edilmişdir. Bundan başqa, angionevrotik ödem (kvinke ödemi), təngnəfəslik, sifətin şişməsi kimi allergik reaksiyalar da baş verə bilər. Hiperhəssaslıq reaksiyalarının ilkin əlamətlərinin müəyyən edilməsi anından etibarən SİNUPRET preparatının istifadəsi dayandırılmalıdır.
Doza həddinin aşılması
Doza həddinin heç bir aşılması halları müəyyən edilməmişdir. Doza həddinin aşılması baş verərsə, simptomatik müalicə aparılmalıdır.
Buraxılış forması
Daxilə qəbul üçün 100 ml damcı, flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 25 tablet, blisterdə. 2 və ya 4 blister, iclik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.