PharmEd

Pharmed

SINUPRET FORTE N20 TB

SİNUPRET FORTE 

 

SİNUPRET FORTE  Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində vardır:
 Verbenae herba 36 mq;
 Gentiane radix 12 mq;
 Rumicis herba 36 mq;
 Sambuci nigrae flos 36 mq;
 Primulae flos 36 mq.
Köməkçi maddələr: kalsium karbonat (E 170), xlorofill tozu 25% (E 141), dekstrin, jelatine,
 qlükoza şərbəti, indiqokarmin alüminium lakı (E 132), kartof nişastası,
 laktoza monohidrat, qarğıdalı nişastası, yüngül maqnezium oksid,
 montanqlikol mumu, riboflavin (E 101), rafinəolunmuş gənəgərçək yağı,
 saxaroza, şellak, susuz kolloidal silisium dioksid, sorbitol, stearin turşusu,
 talk, titan dioksid (E 171), təmizlənmiş su, metakril kopolimeri.
 

Farmokoterapevtik qrupu

Digər soyuqdəymə əleyhinə preparatlar.

ATC kodu: R05X.

 

İstifadəsinə göstərişlər

Sinupret forte, paranazal (burunətrafı) sinusların və tənəffüs yollarının kəskin və ya xroniki
iltihabi xəstəliklərində antibakterial müalicə dəstəkləyici terapiya kimi 12 yaşdan yuxarı
yeniyetmələrdə və böyüklərdə istifadə olunur.

 

Əks göstərişlər

Əgər Gentian root, Vervain herb, Sorrel herb, Elder flowers, Primula flowers və ya bu dərmanın
digər inqrediyentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Əgər şikayətlər 7-14 gündən çox davam edərsə, vaxtaşırı pisləşərsə və ya təkrarlanarsa,
həkimə müraciət edin.
Bu dərmanın tərkibində qlükoza, laktoza, saxaroza və sorbitol şəkərləri vardır. Lütfən, əgər
müəyyən şəkərlərə qarşı dözümsüzlüyünüzün olduğunu bilirsinizsə, həkiminizlə
məsləhətləşmədən Sinupret forte qəbul etməyin.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Əgər reseptsiz alınan dərmanlar da daxil olmaqla digər dərmanlar qəbul edirsinizsə / istifadə
edirsinizsə və ya bu yaxınlarda qəbul etmisinizsə / istifadə etmisinizsə, lütfən, bu barədə
həkiminizə və ya əczacınıza məlumat verin.
Bu vaxta qədər digər dərmanlarla qarşılıqlı təsiri məlum deyil.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hər hansı bir dərman qəbul etməzdən əvvəl həkiminizdən və ya əczacınızdan məsləhət alın.
Bütün dərmanlar kimi Sinupret forte hamiləlik dövründə və ana südü ilə qidalandırma zamanı
yalnız həkim tərəfindən ciddi risk-fayda qiymətləndirilməsindən sonra istifadə edilməlidir.
Pediatriyada istifadəsi:
12 yaşdan aşağı uşaqlarda istifadə etmək olmaz.
12 yaşdan aşağı uşaqlarda Sinupret fortenin istifadəsi ilə bağlı bu günə qədər kifayət qədər
araşdırmalar aparılmamışdır.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qablliyyətinə təsiri

Heç bir xüsusi ehtiyat tədbiri tələb olunmur.

 

SİNUPRET FORTE İstifadə qaydası və dozası

Sinupret forte-ni həmişə bu içlik vərəqədə göstərilən qaydalara uyğun qəbul edin. Əmin
deyilsinizsə, həkiminizlə və ya əczaçınızla yoxlayın. Həkiminiz tərəfindən başqa bir göstəriş
olmadıqda, tövsiyə olunan doza:
Böyüklər və 12 yaşdan böyük
yeniyetmələr:
1 örtüklü tablet 3 örtüklü tablet
(3 dəfə 1 örtüklü tablet)
Əgər Sinupret forteni qəbul etməli olduğunuzdan daha çox miqdarda qəbul etmisinizsə, lütfən
həkiminizə məlumat verin. Aşağıda sadalanan əlavə təsirlərin daha intensiv ola biləcəyi
mümkündür. Başqa bir hərəkətin lazım olub-olmadığı barədə həkiminiz qərar verə bilər.
Əgər Sinupret fortenin qəbulunu unutmusunuzsa:
Əgər Sinupret forteni həddindən artıq az qəbul etmisinizsə və ya Sinupret forteni qəbul etməyi
unutmusunuzsa, növbəti dəfə ikiqat doza qəbul etməyin, əksinə həkiminizin göstərdiyi və ya
bu içlik vərəqədə göstərildiyi kimi qəbul etməyə davam edin.
Sinupret fortenin qəbulunu dayandırsanız:
Sinupret forte-nin qəbulunun dayandırılması ümumiyyətlə zərərsizdir Bu məhsulun istifadəsi
ilə bağlı hər hansı bir sualınız varsa, həkiminizdən və ya əczaçınızdan soruşun.

 

Əlavə təsirləri

Bütün dərmanlar kimi Sinupret forte də əlavə təsirlərə səbəb ola bilər, baxmayaraq ki, onlar
hamıda baş vermir.
Mümkün əlavə təsirlərin qiymətləndirilməsi aşağıdakı tezlik nisbətlərinə əsaslanır:
Çox tez-tez: müalicə olunan 10 şəxsdən 1-dən çoxunda
Tez-tez: müalicə olunan 100 şəxsdən 1-10-da
Bəzən:müalicə olunan 1000 şəxsdən 1-10-da
Nadir: müalicə olunan 10 000 şəxsdən 1-10-da
Çox nadir: müalicə olunan 10 000 şəxsdən 1-dən azında
Məlum deyil: mövcud məlumatlara əsasən tezliyi qiymətləndirmək mümkün deyil
Mədə-bağırsaq xəstəlikləri (mədə ağrısı, ürəkbulanma kimi) bəzən baş verir. Dərinin yüksək
həssaslıq reaksiyaları (dəri səpgisi, dərinin qızarması, qaşınma kimi) nadir hallarda baş verir.
Bundan əlavə, güclü allergik reaksiyalar (məsələn, dodaqların, dilin və hava yollarının
daralması (angioödem) ilə boğazın və / və ya qırtlağın şişməsi, təngnəfəslik, üzün şişməsi) baş
verə bilər.
Yüksək həssaslıq reaksiyalarının ilk əlamətləri çıxan andan etibarən Sinupret forte yenidən
qəbul edilməməlidir.
Əgər əlavə təsirlər meydana çıxarsa, dərmanın qəbulu dayandırılmalı və həkimə müraciət
edilməlidir. Həkim vəziyyətin ağırlığını və hər hansı bir tədbirin görülməsinin lazım olubolmadığını təyin edə bilər.
Əlavə təsirlərdən hər hansı biri ciddi olarsa və ya bu vərəqədə göstərilməmiş əlavə təsirləri
görsəniz, həkiminizə və ya əczaçınıza bu barədə məlumat verin.

 

Doza həddinin aşılması

Əgər Sinupret forteni qəbul etməli olduğunuzdan daha çox miqdarda qəbul etmisinizsə, lütfən
həkiminizə məlumat verin. Aşağıda sadalanan əlavə təsirlərin daha intensiv ola biləcəyi
mümkündür. Başqa bir hərəkətin lazım olub-olmadığı barədə həkiminiz qərar verə bilər. Doza
həddinin aşılması zamanı simptomatik müalicəyə başlamaq lazımdır.

 

Buraxılış forması

20 tablet, blisterdə. 1 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
 

 

Aptekdən butaxılma şərti

Reseptsiz buraxılır.