PharmEd

Pharmed

SINNARIZIN 25MG N50 TB

TƏSDİQ EDİLMİŞDİR 
Azərbaycan Respublikası
 Səhiyyə Nazirliyi
 Farmakoloji və Farmakopeya
 Ekspert Şurasının sədri
 _____________ E.M.Ağayev
 
 “_____”____________ 2021-ci il
 Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
SİNNARİZİN
® SOFARMA tabletlər
CINNARIZINE® SOPHARMA 
Beynəlxalq patentləşdirilməmiş adı: Cinnarizine
Tərkibi
Тəsiredici maddə: 1 tabletin tərkibində 25 mq Sinnarizin vardır
Кöməkçi maddə: laktoza monohidrat, buğda nişastası, povidon K25, maqnesium stearat, 
 susuz kolloidal silisium dioksid, mikrokristallik selluloza.
 
Təsviri
Yumru,7 mm diametrində,hər iki tərəfi qabarıq, ağdan ağımtıla qədər rənglərdə olan tabletlərdir.
Farmakoterapevtik qrupu
Vestibulyar aparatın xəstəlikləri zamanı istifadə olunan preparatlar.
ATC kodu: N07CA02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Sinnarizin, bir sıra vazokonstriktor maddələrin təsirini və ləng kalsium kanallarını blokada 
edərək hüceyrələrə kalsium ionlarının axınına mane olaraq beyin və periferik qan dövranını 
yaxşılaşdırır. Beynin damar saya əzələlərin hüceyrələri üçün yüksək bir affinliyə malikdir. 
Eritrositlərin deformasiyasını azaldır və qanın reoloji xüsusiyyətlərini yaxşılaşdırır, hüceyrələrin 
hipoksiyaya qarşı müqavimətini artırır. Nistaqm kimi vestibulyar pozğunluqların digər 
əlamətlərini və labirintin oyanıqlığını azaldır. Antihistamin təsir göstərir.
Farmakokinetikası
Sorulması
Mədə-bağırsaq traktında nisbətən ləng sorulur. Peroral qəbulundan sonra maksimal 
konsentrasiyaya 1-3 saatdan sonra çatır, fərdi qruplar arasında və daxilində fərq əhəmiyyətli 
dərəcədə nümayiş etdirilir.
Paylanması
Plazma zülalları ilə 80%, 13% ilə eritrositlərlə birləşir. Toxumalarda paylanma daha sıxdır, 
yemək qəbulundan 4 saat sonra qaraciyər və ağciyərlərdə, miyokardda və beyində əhəmiyyətli 
dərəcədə yüksək konsentrasiyalar nümayiş etdirilir.
Metabolizmi
Əsasən N-dealkilləşmə yolu ilə intensiv metabolizmə uğrayır.
Xaric olması
Eliminasiya dövrünün yarımxaricolması 3-6 saatdır. Dəyişilməmiş şəkildə nəcislə, metabolitlər 
şəklində sidiklə ekskresiya olunur.

İstifadəsinə göstərişlər
Sinnarizin – kalsium kanallarının blokatorları qrupuna aiddır. O, beyin qan dövranını və
periferik mikrosirkulasiyanı yaxşılaşdırır. Nistaqmı (gözlərin nəzarət olunmayan hərəkətləri) və
digər vestibulyar pozğunluqların təzəhürünü və labirintin qıcıqlanmasını azaldır. Həmçinin 
müəyyən dərəcədə antihistamin (antiallergik) təsirə malikdir.
İstifadə edilir:
vestibulyar aparat xəstəliklərinin və Meyner xəstəliyinin (başgicəllənmə, ürəkbulanma, qusma 
və qulaqda küylə təzəhür olunan) simptomatik müalicəsi.
Hərəkət xəstəliyin (kinetozların) profilaktikası və müalicəsi zamanı.
Əks göstərişlər
Aktiv maddəyə və ya tərkib hissələrindən istənilən birinə qarşı allergiya (hiperhəssaslıq)
Hamiləlik və laktasiya dövrü
Xüsusi göstərişlər və ehtiyyat tədbirləri
Parkinson xəstəliyi və ya ekstrapiramid funksiyaların pozulması (tremor, məkanda
oriyentasiyanın itirilməsi, müvazinətin pozulması) simptomları olduğu halda.
Hipotoniya xəstəliyində (təzyiqin aşağı düşməsi).
Mədə xəstəlikləri.
Bəzi tərkib hissələri barədə vacib məlumat
Sinnarizin Sofarmanın tərkibində köməkçi maddə kimi laktuloza vardır. Əgər Sizdə bəzi 
şəkərlərə qarşı dözümsüzlük varsa, preparatı qəbul etməmişdən əvvəl həkimlə məsləhətləşin. 
Dərman preparatının tərkibində buğda nişastası vardır. Selialkiyalı xəstələr tərəfindən gəbul 
oluna bilər.
Buğdaya garşı allergiyası olan (seliakiyadan fərqli) pasientlərə bu preparatın qəbulu məsləhət 
gürülmür.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əgər Siz hal-hazırda və ya yaxın vaxtda digər dərman preparatları (o cümlədən reseptsiz 
buraxılan) istifadə etmisinizsə, həkimə və ya əczaçiya məlumat vermək lazımdır.
− Sinnarizin Sofarma ilə alkoqolun və ya mərkəzi sinir sisteminə təsir edən digər preparatların 
(mərkəzi sinir sisteminin depressantları və ya trisiklik antidepressantlar) birgə qəbulu 
qarşılıqlı təsirləri gücləndirir.
− Sinnarizin Sofarmanın antihistamin təsiri olduğu üçün dəridə hiperhəssaslıq sınağı qoyarkən
səhv neqativ nəticə almaq olar. Bunu nəzarə alaraq, testlərin keçirilməsindən ən azı 4 gün 
əvvəl Sinnarizin Sofarma ilə müalicəni dayandırmaq lazımdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatı qəbul etməzdən əvvəl, həkiminizlə və ya əczaçıynan məsləhətlşin. 
Hamiləlik
Hamiləlik zamanı istifadəsinin təhlükəsizliyi barədə geniş nəzarət olunan klinik tədqiqatların 
olmadığı üçün, hamiləlik zamanı preparatdan istifadə əks göstərişdir.
Laktasiya dövrü
Ana südünə keçməsi barədə məlumat olmadığı üçün laktasiya dövründə istifadəsi əks 
göstərişdir. Dərmanın istifadəsi zəruri olarsa, ana südü ilə qidalandırma dayandırılmalıdır.
Pediatriyada istifadəsi
12 yaşdan aşağı uşaqlar
Sinnarizin Sofarma 12 yaşdan aşağı uşaqlarda istifadə olunmur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri
Müalicə dövründə nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar 
tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır.

İstifadə qaydası və dozası
Preparatı təlimatda olduğu kimi qəbul edin. Nəyəsə əmin olmadıqda, həkiminizdən və ya 
əczaçınızdan soruşun.
Müalicənin effektivliyi kifayət qədər fərdi doza rejimindən və müalicə kursunun müddətitindən 
asılıdır.
Böyüklər və 12 yaşdan böyük uşaqlar
Vestibulyar simptomlar (başgicllənmə, ürəkbulanma)
Sutkalıq doza – 3 tablet (75 mq), qündə 3 dəfə 1 tablet qəbul edilir.
Kinetozların (dəniz və təyyarə xəstəliyi) profilaktikası
Yola düşməzdən 2 saat əvvəl 1 tablet və sonra yolda olan müddətdə hər 8 saatdan bir 1 tablet.
Tabletlər yeməkdən sonra, kifayət qədər su ilə daxilə qəbul olunur.
Tövsiyə edilmiş dozanı artırmaq məsləhət görülmür.
Uşaqlar
Bu dərman forması 12 yaşdan aşağı uşaqlarda istifadəsi uyğun deyil.
Preparatı həkim məsləhəti olmadan 5 gündən artıq istifadə etməyin.
Sinnarizin Sofarmanın qida və içki ilə birqə qəbulu
Müalicə zamanı spirtli içkilərdən istifadə edilməsi məsləhət görülmür.
Sinnarizin Sofarmanın qəbulunu unutduqda
Əgər Siz tək bir dozanı qəbul etməyi unutmusunuzsa, onu mümkün qədər tez qəbul etməyə
çalışın.
Əgər növbəti dozanın qəbul vaxtı çatıbsa, unudulmuş bir doza atlayaraq, onu həmişəki kimi 
qəbul edin. Unudulmuş dozanı kompensasiya etmək üçün ikiqat doza istifadə etməyin.
Əgər Sizdə preparatın qəbulu barəsində hər hansı əlavə sual yaranarsa, həkimə və ya əczaçıya 
müraciət etmək lazımdır.
Əgər Siz preparatın effektinin həddinən artıq güclü və ya zəif olduğunu hiss edirsinizsə, həkimə
müraciət etməyiniz məsləhət görülür.
Əlavə təsirləri
Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥1/10) – yuxululuq, 
ürəkbulanma və çəkinin artmasıdır; nadir hallarda (≥1/10000 - <1/1000) – ağızda quruluq, 
hipersomniya, letargiya, mədədə diskomfort, qusma, qarın ağrıları, həzm prosesinin pozulması, 
tərləmənin artması, lixenoid keratoz, yorğunluq, hiperhəssaslıq reaksiyaları; məlum deyil (əldə
olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil) – müşahidə olunan əlavə təsirlər: 
baş ağrısı, uzun müddət yüksək dozada Sinnarizin qəbul edən yaşlı xəstələrdə ekstrapiramid
pozulmaların simptomatikasının yaranması mümkündür (tremor, məkanda oriyentasiyanın
itməsi, müvazinətin pozulması), o cümlədən Parkinson xəstəliyinin simptomları, qırmızı 
dəmrovun yaranması, yarımkəskin qırmızı qurdeşənəyi, əzələlərin rigidliyi.
Əgər, hər hansı bir əlavə təsir ağırlaşarsa və ya təlimatda qeyd olunmayan əlavə təsirlər əmələ
gələrsə, həkimə və ya əczaçıya məlumat vermək lazımdır.
Doza həddinin aşılması
Doza həddinin aşılmasının simptomları – qan təzyiqinin aşağı düşməsi, titrəmə, qusma və
yuxululuq.
Əgər Siz təyin olunan dozadan yüksək doza qəbul etmisinizsə, həkiminizə və ya Sizə yaxın olan 
müalicə müəssəsinə müraciət edin.
Buraxılış forması
50 tablet, polivinilxlorid və alüminium folqadan hazırlanmış blisterdə. 1 blister, içilik vərəqə ilə
birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq 
lazımdır.
Yararlılıq müddəti 
3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi
SOFARMA SC.
Sofiya 1220, İlienski şossesi küç., 16, Bolqarıstan.