Pharmed
SEVIKAP 100MG 30ML DAMLA
SEVİKAP
Beynəlxalq patentləşdirilməmiş adı: Ascorbic acid
SEVİKAP Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun (20 damcıya yaxın) tərkibində 100 mq askorbin turşusu (C vitamini) vardır. Köməkçi maddələr: susuz qliserin, təmizlənmiş su. Bir damcının tərkibində 5 mq askorbin turşusu vardır.
Farmakoterapevtik qrupu
Vitaminlər, C vitamininin preparatları.
АТС kodu: А11GA.
Farmakoloji xüsusiyyətləri
Güclü reduksiyaedici xassələrinin hesabına, C vitamini insan orqanizmdə baş verən bir çox metabolik proseslərdə iştirak edir. Askorbin turşusu elektrolitləri və fermentləri daşımaq qabiliyyətinə malikdir. Askorbin turşusu immunitetə, detoksikasiya proseslərinə, fol turşusunun öz aktiv forması olan – folin turşusuna çevrilməsinə, xolesterinin metabolizminə, dəmirin mənimsənilməsinə təsir göstərir, həmçinin peroksidləşmə proseslərinin qarşısını alır. Kollagenin, elastinin və proteoqlikanların biosintezində iştirak etməklə, askorbin turşusu həmçinin birləşdirici toxumanın əmələ gəlməsində iştirak edir və bunun hesabına orqanizmin bütün toxumalarının hüceyrədaxili strukturunu inteqrasiya edir və saxlayır. 30-40% zülallardan ibarət olan kollagen birləşdirici toxumanın əsas quruluş komponentidir. Dərinin, qan damarlarının endotelinin, bağların, vətərlərin, sümüklərin, dişlərin, gözün buynuz qişasının, həmçinin hüceyrəarası maddənin, büzücü hüceyrələrin tərkibinə daxildir. Yaraların, bişməcələrin, sümük sınıqlarının sağalması prosesinə təsir göstərir. Askorbin turşusu (С vitamini) – suda həll olan vitamindir, insan orqanizmində sintez olunmur. Askorbin turşusu bir çox faktorların təsirinə qarşı həssasdır və işığın, yüksək temperaturun və havada olan oksigenin təsirindən parçalanır. Leykositlər tərəfindən artıq dərəcədə tutulması hesabına qanda askorbin turşusunun konsentrasiyası azalır. Soyuqdəymənin artıq ilk simptomlarının meydana çıxması zamanı C vitamininin istifadə edilməsi qanda onun konsentrasiyasının əhəmiyyətli dərəcədə artmasına səbəb olur və oradan onu toxumalarda faqosithüceyrələr tuturlar. Sübut edilmişdir ki, C vitamininin istifadə edilməsi soyuqdəymənin müddətini azaldır və gedişini yüngülləşdirir (orta hesabla 23%). C vitamininin orqanizmdə çatışmazlığı sinqa xəstəliyinin yaranmasına səbəb olur. C vitamin çatışmazlığının simptomları: yüksək əsəbilik, taxipnoe, dispepsiya, iştahanın itməsi, ayaqların xarakterik vəziyyəti, ödem və sümüküstlüyüaltı qansızma, diş ətində iltihabi dəyişikliklər, dentinin qeyri-düzgün quruluşu, uzun sümüklərin ağrı törədən radioloji dəyişiklikləri, epifiz nahiyəsində hiperostoz (Meller-Barloy xəstəliyi). Bu zaman subfebril vəziyyət, anemiya, yaraların və sınıqların sağalmasının ləngiməsi müşahidə edilir. Simptomlar C vitamininin istifadəsindən sonra aradan qalxır.
İstifadəsinə göstərişlər
Müvafiq dietanın istifadəsi kifayət etmədikdə C vitamin çatışmazlığının profilaktikası və müalicəsi.
Əks göstərişlər
Askorbin turşusuna və/və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq. Оksalat mənşəli sidikdaşı xəstəliyi. Dəmir mübadiləsinin pozulması (talassemiya, hemoxromatoz, sideroblastik anemiya).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Böyük dozalarda istifadə olunan Askorbin turşusu, oksidləşmə-reduksiya metodları ilə (məsələn, nəcisdə gizli qanın olmasını aşkar etmək üçün aparılan müayinə, qanda və sidikdə qlükozanın və kreatininin təyini) aparılan laborator müayinələrin nəticələrini təhrif edə bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Tərkibində mis və dəmir olan preparatlarla kombinasiyada, həmçinin oksidləşdirici xassələrə malik vasitələrlə kimyəvi uyuşmazlığa görə istifadə etmək olmaz. Askorbin turşusunun 200 mq-dan yüksək dozalarda istifadəsi eyni zamanda qəbul edilmiş dəmirin MBT-dən sorulmasını gücləndirir. Askorbin turşusu ilə asetilsalisil turşusunun birlikdə istifadəsi zamanı askorbin turşusunun orqanizmdən xaric olmasının artması və asetilsalisil turşusunun xaric olmasının azalması müşahidə olunur. Askorbin turşusu parasetamolun yarımxaricolma dövrünü uzadır, gündə 1 q-dan yüksək dozalarda isə trisiklik antidepressantların, fenotiazin törəmələrinin və aminoqlikozid antibiotiklərin effektivliyini aşağı sala bilər. Askorbin turşusunun və В12 vitamininin (sianokobalamin) eyni zamanda istifadəsi sianokobalaminin effektivliyinin azalmasına səbəb ola bilər. Askorbin turşusunun qəbulu α-tokoferolun plazma konsentrasiyasını artırır, eyni zamanda tokoferol askorbin turşusunun konsentrasiyasına təsir göstərir. Askorbin turşusu qaraciyər metabolizmini dəyişdirməklə dərman preparatlarının müalicəvi effektlərinə təsir göstərə bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparat hamiləlik dövründə istifadə oluna bilər. Hamilə qadınlarda C vitamininə tövsiyə olunan gündəlik tələbat (dietada olan doza daxil olmaqla) 80 mq təşkil edir. İnsanlarda C vitamininin teratogen təsiri müəyyən edilməmişdir, lakin 5 q-dan artıq dozalar uşaqsalmaya səbəb ola bilər. C vitamininin hamilə qadınlarda yüksək dozalarda istifadəsi sonradan yenidoğulmuşda onun çatışmazlığı simptomlarının meydana çıxmasına səbəb olur. Preparat laktasiya dövründə istifadə oluna bilər. Uşaq əmizdirən analarda C vitamini üçün tövsiyə olunan gündəlik tələbat (dietada olan doza daxil olmaqla) 100 mq təşkil edir. Ana südündə askorbin turşusunun miqdarı südəmər körpə üçün kifayət edəcək miqdardadır. Südəmər uşaqlarda doza həddinin aşılması riskinə görə C vitamininin yüksək dozalarının istifadəsindən qaçmaq lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Təsir göstərmir.
SEVİKAP İstifadə qaydası və dozası
3 yaşa qədər uşaqlara preparatı həkimlə razılaşdırıldıqdan sonra vermək lazımdır. Daxilə qəbul üçün. Həkimin digər göstərişləri olmazsa:
- 2 yaşa qədər körpələrə və uşaqlara: gündə 5-8 damcı içkiyə və ya qidaya əlavə edilərək uşağa verilir.
- 2 yaşdan 11 yaşa qədər uşaqlara: gündə 10 damcı,
- 12 yaşdan 17 yaşa qədər yeniyetmələrə: gündə 15-20 damcı.
Əlavə təsirləri
Preparat orqanizm tərəfindən yaxşı mənimsənilir. Əlavə təsirlər preparatın yüksək dozalarda istifadəsi zamanı baş verir (1 q/gün-dən artıq).
Qanda və limfa sistemində baş verən pozğunluqlar: Qlükozo-6-fosfatdehidrogenaza çatışmazlığı olan pasiyentlərdə С vitamininin yüksək dozalarda istifadəsi zamanı hemolizin inkişaf etməsi mümkündür.
Həzm sistemində baş verən pozğunluqlar: 1 q və ya daha çox gündəlik dozada daxilə qəbul zamanı MBT-da simptomların, məsələn diareyanın meydana çıxması mümkündür. Askorbin turşusunun uzun müddət yüksək dozalarda istifadəsi vərdişolma törədə bilər ki, bu da qəbulun dayandırılmasından sonra C vitamin çatışmazlığına gətirib çıxara bilər.
Böyrəklərdə və sidik-ifrazat yollarında baş verən pozğunluqlar :Askorbin turşusu yüksək dozalarda oksalat turşusunun orqanizmdən sidiklə həddindən artıq xaric olmasına, uratların və sitratların kristallaşmasına səbəb ola bilər ki, bu da sidik-ifrazat sistemində daşların əmələ gəlməsi riskini yüksəldir.
Doza həddinin aşılması
Doza həddinin aşılması barədə məlumat yoxdur. Birincili böyrək xəstəlikləri olan pasiyentlərdə doza həddinin aşılması zamanı mayenin ləngiməsi, hiponatriemiya və hipoxloremiya mümkündür.
Buraxılış forması
10 və ya 30 ml preparat, damcıladıcı dozatorlu, ilk açılışa nəzarət halqasına malik burulub açılan qapaqla bağlanmış tünd şüşə flakonda. Flakonun üzərinə etiket yapışdırılmışdır. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.