PharmEd

Pharmed

SERNAYA 333MG 25MG MELHEM

KÜKÜRD MƏLHƏMİ 

Beynəlxalq patentləşdirilməmiş adı: yoxdur.

 

KÜKÜRD MƏLHƏMİ Tərkibi

Təsiredici maddə: 1 tubda (25 q) 8,325 q xaricə istifadə üçün kükürd vardır
Köməkçi maddələr:ağ yumşaq parafin, təmizlənmiş su, emulqator T-2.


Farmakoterapevtik qrupu

Civzəli səpginin müalicəsi üçün yerli istifadə olunan vasitə.

ATC kodu: D10AB02.

 

İstifadəsinə göstərişlər

Dəri xəstəliklərinin (seboreya, sikoz, mikoz, psoriaz) və qoturluğun müalicəsində kompleks
terapiyanın tərkibində.

 

Əks göstərişlər

Dərman vasitəsinə qarşı yüksək həssaslıq, 3 yaşa qədər uşaqlar.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Məlhəmin genital nahiyədə istifadəsi zamanı köməkçi maddə olan ağ yumşaq parafinə görə
lateks prezervativlərin möhkəmliyi azala və partlaya bilər.
Kükürd kifayət qədər toksikliyə malikdir, selikli qişaları, tənəffüs orqanlarını qıcıqlandıra bilər.
Məlhəmin gözlərə düşməsindən çəkinmək lazımdır. Məlhəmin istifadəsindən sonra əlləri yaxşıca
yumaq lazımdır.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Xaricə istifadə üçün preparatlarla eyni vaxtda istifadəsi zamanı gözlənilməz təsirlərə malik yeni
birləşmələr əmələ gələ bilər.
Məlhəmin oksidləşdiricilərlə (hidrogen peroksid məhlulu, kalium permanqanat və s.) qarşılıqlı
təsiri kimyəvi yanığa səbəb ola bilər.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatın hamiləlik və laktasiya dövründə istifadəsinin təhlükəsizliyi və effektivliyi
öyrənilməyib, bu səbəbə görə məlhəmi bu dövrdə, yalnız o zaman istifadə etmək olar ki, ana
üçün gözlənilən fayda dölə və ya uşağa olan potensial riskdən üstün olsun.
Pediatriyada istifadəsi
3-5 yaşlı uşaqlarda dərman vasitəsinin istifadəsi, yalnız həkim məsləhəti ilə mümkündür.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Məlhəmdən istifadə nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə
qabiliyyətinə təsir etmir.

 

KÜKÜRD MƏLHƏMİ İstifadə qaydası və dozası

Xaricə. Dərman vasitəsi 5 gün müddətində gündə 2-3 dəfə dərinin zədələnmiş nahiyələrinə nazik
təbəqə ilə sürtülür.
Qoturluğun müalicəsi:
Birinci gün zədələnmiş nahiyənin işlənməsi duş altında isti su və sabunla yaxşıca yuyulmaqla,
axşam yatmazdan əvvəl aparılır.Məlhəm əllərin dərisinə sürtülür, bundan sonra bədənə və
ayaqlara, ayağın altı və barmaqlar daxil olmaqla. Dərini işlədikdən sonra, yalnız təmiz alt
paltarından və geyimdən istifadə etmək lazımdır. İkinci və üçüncü gunlər müalicədə fasilə edilir,
bu zaman məlhəmin qalığı dəridən yuyulmamalıdır. Dördüncü gün axşam pasiyent sabun ilə
yuyunur və qalan məlhəmdən istifadə etməklə, birinci gündəki olduğu kimi sürtür və yenə də
bütün alt paltarı dəyişdirilir. Dəri işləndikdən sonra əllləri 3 saat ərzində yumaq olmaz; sonradan
əllər hər yuyulmadan sonra məlhəmlə işlənir. Dərinin digər hissələrindən məlhəmin yuyulması
baş verdikdə, həmin nahiyəni yuxarıda qeyd edildiyi kimi işləmək lazımdır. Müalicənin beşinci
günündə məlhəm dəridən tamamilə yuyulur.

 

Əlavə təsirləri

Nadir hallarda allergik reaksiyalar mümkündür.

 

Doza həddinin aşılması

Kükürd məlhəmindən istifadə zamanı doza həddinin aşılması halı bu vaxta qədər təsvir
edilməmişdir.

 

Buraxılış forması

25 q məlhəm, tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
 

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.