PharmEd

Herba Flora

Sedat 10

Sedat 10

Sakitləşdirici bioloji fəallığa malik qida əlavəsi

 

Tərkibi:

Pişikotu kökü, damotu out, dərman bədrənc otu, yemişan çiçəyi, istiotlu nanə yarpağı ekstraktlarından ibarətdir.

 

Kimyəvi tərkibi:

Pişikotu kökünün tərkibində efir yağları, valerian turşusu vardır. Damotu otunun tərkibində alkaloid-qindarin, qlikozid- oleuropein vardır.

Dərman bədrənc otunun tərkibində sitral aldehidi, efir yağları vardır. 

Yemişan çiçəyinin tərkibində asetilxolin, xolin, vitamin E, C vardır.

İstiotlu nanə yarpağının tərkibində efir yağları-mentol, menton vardır.

 

Farmakoloji təsiri: Benzodiazepin reseptorlarına təsiri nəticəsində sedativ, trankvilizəedici effekt verir, yuxuyagetməni və yuxunun keyfiyyətini yaxşılaşdırır. Mərkəzi sinir sistemində reflektor oyanıqlığı azaldır. Baş beyinin qabıq və qabıqaltı strukturlarının neyronlarında tormozlanma proseslərini artırır. Qıcolma əleyhinə təsir edir. Orqanizmə tonuslandırıcı, damarlara spazmolitik təsir göstərir. Qanın perfuziyasını artıraraq koronar qan dövranını yaxşılaşdırır, ürək vurğularının sayını azaldır, taxiaritmiyaların qarşısını alır. Beyin, ürək və periferik qan damarlarını genişləndirərək qan dövranını yaxşılaşdırır, arterial təzyiqi aşağı salır və əsəbləri sakitləşdirir.

 

İstifadəsinə göstəriş: 

Nevrozlar (narahatlıq, qorxu, isterik vəziyyətlər) 

Psixo-emosional gərginlik

Yuxusuzluq

Depressiv vəziyyət

Xroniki yorğunluq sindromu

Ürək fəaliyyətinin funksional pozulmaları (kardionevroz, taxiaritmiyalar) Predmenstrual sindrom və klimaks 

Hamiləlik nevrozları, doğuşdan sonrakı nevrozlar

Şəkərli diabet, hipertireoz.

 

Əks göstəriş: preparatın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

İstifadə qaydası və dozalanma:

12 yaşdan yuxarı uşaqlar və böyüklər  1-2 kapsuldan gündə 3 dəfə yeməkdən 30 dəq. əvvəl daxilə qəbul edilir. Qəbul müddəti minimum 1 aydır.

 

Buraxılış forması: N100 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.